Bakının Nərimanov rayonunda yaşlı qadın naməlum şəraitdə bıçaqlanıb. Hadisə Maqsud Əlizadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.
1958-ci il təvəllüdlü Quliyeva İzafə Hüseyn qızı naməlum şəraitdə qarın nahiyəsindən bıçaqlanıb.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisənin kim və ya kimlər tərəfindən törədildiyini araşdırır.