“Xətai” metro stansiyasının orta zalı istifadəyə verildi

18:28 / 06.05.2017

 

Metronun "Xətai" stansiyasının orta zalında əsaslı təmir, yenidənqurma və sağlamlaşdırma tədbirləri başa çatdırılıb. Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, artıq sərnişinlər stansiyanın sərnişinpaylama funksiyasını yerinə yetirən orta zaldan maneəsiz istifadə edəcəklər.

Qeyd edək ki, burada təmir-yenidənqurma işləri "Xətai" və "Cəfər Cabbarlı" stansiyaları arasında gediş-gəlişi tam məhdudlaşdırmamaqla, mərhələli şəkildə həyata keçirilir.

Mürəkkəb hidrogeoloji şəraitdə yerləşən "Xətai" stansiyasının birinci yolunda və sərnişinpaylama zalının həmin yola yaxın yarısında iki ilə yaxın aparılan təmir və yenidənqurma işləri 2016-cı ilin dekabr ayında başa çatdırılıb. Həmin müddət ərzində yola bitişik tuneldə də sağlamlaşdırma tədbirləri yerinə yetirilib, korroziyaya məruz qalmış tunel geyimləri möhkəmləndirilərək təhlükəsizliyi artırılıb. Həmçinin hərəkət relsləri, zəruri olan işarəvermə, rabitə, elektrik təchizatı və elektromexaniki avadanlıqlar yenilənib.

2017-ci ilin əvvəlindən işlərin davamı olaraq stansiyanın ikinci yolu və orta zalın ona bitişik ikinci hissəsində təmir işlərinə başlanılıb. Bu stansiya ətrafında yerüstü ictimai nəqliyyatın intensivliyinin artmasını və sərnişinlərin ehtiyacını nəzərə alaraq, onların rahatlığını tam təmin etmək məqsədilə "Bakı Metropoliteni"nin rəhbərliyi orta zalın ikinci hissəsindəki işlərin mümkün qədər sürətlə yerinə yetirilməsi üçün zəruri addımlar atıb.

Stansiyanın istifadəyə verilən orta zalı görkəmini tamamilə dəyişib. Yol divarının aşağı hissəsində düzülmüş iki cərgəli mərmər üzlüklü səth ağ rəngli alüminium divar-tavan kompozisiyası ilə əvəzlənib. Birinci yolda olduğu kimi, orta zal da “Durlum “GmbH”” şirkətinin korroziyaya davamlı özəl metal asma tavan, divar lövhələri və LED işıqlandırma sistemləri ilə təchiz edilib. Metro stansiyalarında ilk dəfə istifadə olunan bu materiallarla yanaşı, bəzi hissələrdə mərmər-qranit örtükdən də istifadə olunub.

Təmir zamanı orta zalda görkəmli dövlət xadimi və mütəfəkkir, şair Şah İsmayıl Xətaiyə həsr olunmuş memarlıq kompozisiyası demontaj olunub. Buna səbəb 27 il əvvəl qurulmuş kompozisiyanın stansiyanın ağır hidrogeoloji mühitinin, mürəkkəb və aqressiv mikroiqlim şəraitinin təsiri nəticəsində fiziki aşılanmaya məruz qalmasıdır. Həmin kompozisiyanın vəziyyətini dəqiq qiymətləndirmək və yenidən qurulmasının mümkünlüyünü araşdırmaq üçün "Bakı Metropoliteni"-nin rəhbərliyi Azərbaycan Rəssamlar İttifaqına müraciət edib və mütəxəssislərin daxil olduğu xüsusi komissiya yaradılıb.

Kompozisiyanın müəllifi Xəlil Əliyevin də daxil olduğu 8 Xalq rəssamından, eləcə də "Bakı Metropoliteni" sədrinin müavini Hidayət Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, hərəkət xidmətinin rəisi Etibar İsayev, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən ibarət olan komissiya "Xətai" stansiyasında quraşdırılmış dekorativ-tətbiqi sənət kompozisiyasına baxış keçiriblər. Komissiyanın gəldiyi yekdil qərara görə, abidə yararsız hala düşmüş və bərpası mümkün deyil. Bu barədə tərtib olunmuş akt Azərbaycan Rəssamlar İttifaqına və "Bakı Metropoliteni"nin rəhbərliyinə təqdim olunub. Hazırda rəhbərlik burada eyni mövzuda fərqli memarlıq kompozisiyasının yer alması üzərində iş aparır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM