DİQQƏT! Satışda saxta qızıllar var

17:27 / 12.05.2014

Vüqar Bayramov: "Bu gün bazarda üzərində əyar damğası olmayan qızılların satılmasına bir neçə səbəb var"
Ləl-cəvahirat qədimdən bəri bəzək əşyası olmaqla yanaşı, həm də ən yaxşı yatırımlardan biri hesab olunub. Məhz bununla əlaqədardır ki, artıq bir çox şirkətlər öz aktivlərini qızıl üzərinə yatırır, buradan xeyli gəlir əldə edirlər. Lakin son illərdə istehlak məqsədilə satılan qızıllarla bağlı xoşagəlməz hallar da yaşanır. Belə ki, mütəmadi olaraq aparılan reydlər zamanı bəzi hallarda üzərində əyar damğası vurulmayan, ya da üzərindəki damğa dəyişdirilərək daha yüksək göstərilən məhsullara təsadüf olunur. Bu, birbaşa olaraq istehlakçıların aldadılması halıdır ki, satıcı buna görə məsuliyyət daşıyır. Xatırladaq ki, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən cari ilin aprel ayı ərzində vətəndaşlardan daxil olmuş konkret faktlara əsaslanan rəsmi müraciətlərə əsasən, "Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanununun tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə Gədəbəy və Ağcabədi şəhərlərində fəaliyyət göstərən iki sahibkara məxsus obyektlərdə yoxlama aparılıb. Keçirilən əyar nəzarəti tədbirləri zamanı obyektlərdə dövlət əyar damğası ilə damğalanmayan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış 415 ədəd zərgərlik məmulatı aşkar edilib. Bu isə hələ də istehlakçıların hüquqlarının pozulması hallarının davam etdiyini göstərir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, bunun bir neçə səbəbi var: 

"Qanunvericiliyə əsasən, qızılların üzərinə əyar damğalarının vurulması məcburi xarakter daşıyır. Əks halda onların satışı həyata keçirilə bilməz. O baxımdan, sözsüz ki, qızıl bazarında üzərində əyar damğası olmayan məhsul satılırsa, bu, qanunvericiliyə ziddir, qanun pozuntusudur. Bu gün bazarda üzərində əyar damğası olmayan qızılların satılmasına bir neçə səbəb var. Birinci səbəb odur ki, bazarda saxta qızıllar var. Onlar adətən əyarı olmayan və ya düzgün göstərilməyən qızıllardır. Digər səbəb qızılların bir qisminin ölkə daxilində əl yolu ilə, bir sıra rəsmi olmayan sexlərdə hazırlanmasıdır. Adətən sexlərdə hazırlanan qızıllara əyarlar vurulmur. Üçüncüsü, onunla bağlıdır ki, əyarların olmaması bəzən satıcıların özlərinə sərf edir. O cəhətdən ki, qızılın üzərində əyar olmayanda satıcı onu müştəriyə daha çox əyyarlı qızılın dəyərində təqdim edir. Nəticədə onu aldadır, istehlakçı hüquqlarını pozur".

Vüqar Bayramov qızıl satılan dükanlarda istehlakçılar üçün xüsusi xidmət məntəqələrinin yaradılmasının təklif edir: "Problemin həll edilməsi üçün ilk öncə nəzarətin gücləndirilməsi vacibdir. Qanunvericilik əyarsız qızıl satışını qadağan edir. Buna rəğmən, həyata keçirilirsə, demək ki, daha güclü nəzarətə ehtiyac var. Qızıl satışı ilə məşğul olan xüsusi marketlərdə, mağazalarda istehlakçılarla birbaşa işləyə biləcək xidmət məntəqələrinin qurulmasına ehtiyac var. Belə məntəqələr olarsa, istehlakçı problem yaşanarsa, həmin məntəqəyə müraciət edər, məsələ yerində həll olunar". İqtisadçının sözlərinə görə, eyni zamanda əyarsız qızılın, saxta qızılın satılmasıyla bağlı qanunvericilikdə cəzalar artırılmalıdır. Cəzalar artırılarsa vətəndaşları aldatma iddiası, cəhdləri aradan qalxar.

İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı isə bildirir ki, belə problemlərin ortaya gəlmə səbəbi daha çox idxal olunan qızılın tərkibi ilə bağlı olur:

"Belə problemlərin ortaya gəlmə səbəbi daha çox idxal olunan qızılın tərkibi ilə bağlı olur. Bu problemin qarşısını almaq üçün ölkəyə qeyri-qanuni yollarla idxal olunan məhsulları nəzarəti gücləndirmək lazımdır. Eyni zamanda həmin ləl-cəvahirat, qızıl emalı ilə məşğul olan müəssisələr üzərində nəzarəti gücləndirmək lazımdır. Əgər belə olarsa, şühhəsiz ki, bu problemləri minimumlaşdırmaq olar. Bu sahə elə bir sahədir ki, sadəcə olaraq, ölkənin strateji məqsədlərinə daha çox xidmət edir. Ona görə ki, ölkənin strateji valyuta ehtiyyatlarının, o cümlədə Dövlət Neft Fondunun da aktivlərinin müəyyən bir qismiqızıl kimi saxlanılır. Bu baxımdan xüsusi tərkibli və keyfiyyətli, bazarda satış üçün münasib olan qızılın tərkibinə diqqət yetirmək lazımdır"./Xezerxeber.com/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM