Qida mədəniyyətinə yiyələnməmək zəhərlənməyə səbəb olur

16:50 / 08.05.2017

Yay fəsli yaxınlaşdıqca qida zəhərlənmələri ilə əlaqədar xəstəxanalara edilən müraciətlərin sayı artır. Havanın temperaturunun yüksəlməsi, bəzi qida məhsullarının saxlanma şəraitinə düzgün əməl edilməməsi, həmçinin qidalanma zamanı bir sıra qaydaların gözlənilməməsi zəhərlənmə hallarının artmasına səbəb olur.

Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib: “Zəhərlənmələrin səbəbinin 70 faizini düzgün qidalanma mədəniyyətinə yiyələnməmək təşkil edir. Təcrübə göstərir ki, qaraciyər, öd yolları və mədə- bağırsaq xəstəliyi olanların suşi, dönər, hamburger və digər fastfud yeməkləri, energetik içkilər qəbul etməsi ocağın üstünə benzin tökülməsini xatırladır. Həmin xəstələrin ketçup, qızardılmış, tomatlı sousda hazırlanmış xörəklərlə qidalanması da fəsadlar verir. Həm də hər şeyi qida zəhərlənməsinin ayağına yazmaq olmaz. Deyək ki, dörd nəfərlik ailədə iki nəfər yeməkdən zəhərlənibsə, onu qida zəhərlənməsi halı kimi qəbul etmək olar, lakin on üzvü olan ailədə bir nəfərin yeməkdən zəhərlənməsi səbəbi başqa yerdə axtarmağa məcbur edir. Belə halda xəstədə qusma, ürəkbulanma kimi halların baş verməsi həzm sistemi orqanlarında olan problemlərin baş qaldırması ilə əlaqədar olur”.

Botulizm halları barədə danışan həkim bunları söyləyib: “Konservləşdirlmiş ət və ət məhsulları, hisə verilmiş balıq və balıq məhsulları, konservləşdirilmiş müxtəlif tərəvəzlərlə qidalanma nəticəsində baş verən zəhərlənmələr botulizm hesab olunur. Bu il fevralın əvvəlindən Səhiyyə Nazirliyinin əmrinə əsasən botulizm xəstələri digər yoluxucu xəstəliklər şöbəsində qəbul edilir və müalicə alırlar. Orta ağır gedişli botulizm xəstələri bizim şöbəyə, ağır gedişli xəstələr yoluxucu reanimasiya bölməsinə qəbul olunur və orada müvafiq müalicələr alandan sonra vəziyyətində stabilləşmə yaranandan sonra yenidən bizim şöbədə müalicələrini davam etdirirlər”.

G.Babayeva söhbətinə davam edərək deyib: “Müxtəlif qida zəhərlənmələri, hətta bəzən ağlasığmaz zəhərlənmələrlə əlaqədar müraciətlər də daxil olur. Məsələn, bu yaxınlarda bizə qatıqdan zəhərlənən xəstə müraciət etmişdi, halbuki əksər hallarda qatıqdan zəhərlənməyə qarşı istifadə olunur. Məsələ burasındadır ki, evdə bir neçə gün qalıb kif atmış qatıqdan qida kimi istifadə olunması zəhərlənmə vermişdi. Vaxtı keçmiş lavaşdan istifadə edilməsinin də zəhərlənməyə səbəb olduğunun şahidi olmuşam.

Meyvə-tərəvəz, müxtəlif ət və toyuq məhsulları, ev şəraitində duza qoyulmuş turşu və şorabalar daha çox zəhərlənmələrə səbəb olur. Çiyələk və qarpızla zəhərlənmə halları da üstünlük təşkil edir”.

Bəzi qonaqlıq və el şənliklərində baş verən zəhərlənmələrlə əlaqədar danışarkən həkim deyib: “Obrazlı olaraq mədəni bir akvariuma bənzətsək və zəngin süfrədə olan müxtəlif salat və qəlyənaltıların, isti xörəklərin hərəsindən bir qaşıq qoysaq, onun da üstünə şirniyyat, dondurma və qazlaşdırılmış içkilər əlavə edib çalxalasaq, onda hansı mənzərə alınar? Bu cür qidalanmadan sonra qusmamaq, yediyini qaytarmamaq çox çətin məsələdir”.

Mənşəyi və hansı şəraitdə hazırlandığı bilinməyən ərzaqların da zəhərlənməyə səbəb ola biləcəyi barədə danışarkən şöbə müdiri söyləyib: “Kolbasa, süd və süd məhsulları, kremli şirniyyatlar alarkən istehlakçılar həmin məhsulların keyfiyyətinə, saxlanma müddətinə fikir verməlidirlər. Axı bu cür məhsulların saxlanma müddəti ən yaxşı halda iki-üç gündən artıq deyil. Sutkalarla mağaza vitrinlərində və piştaxtada qalan həmin məhsullar da böyük təhlükə mənbəyi rolu oynaya bilər”.

G. Babayeva daha sonra deyib: “Qida qəbulundan yarım saatdan altı saata qədər olan müddətdə mədə bulanması, qusma, başağrısı, qarın nahiyəsində ağrılar zəhərlənmənin ilkin əlamətləri hesab olunur. Yaxşı olar ki, bir banka qaynanmış su vaxtaşırı olaraq stəkanla qəbul edilsin və bu yolla qəbul edilən qidanın geri qayıtmağına nail olunsun. Bundan sonra 5-7 gün pəhriz saxlamaq, yağlı, qızarmış, duzlu, istiotlu xörəklərdən, kofe və şirniyyatlar qəbul etməkdən uzaq olmaq lazımdır. İlkin müddətdə narahatlıqlar sovuşmasa mütləq həkim çağırmaq lazımdır”.

Həkim-infeksionist bu ilin dörd ayında baş verən zəhərlənmə statistikasını da xatırladıb: “Dörd ayda 13 botulizm, 56 zəhərlənmə hadisəsi ilə əlaqədar müraciət daxil olub və xəstələrin hamısı sağalaraq evə buraxılıb”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM