Gəncə Qaz İstismarı İdarəsinin müdiri Rauf Qasımovla bağlı şok iddia üzə çıxıb
Strategiya.az bildirir ki, Moderator.az-a müsahibə verən Gəncə şəhər sakini Mina Mirzəyevaya Rauf Qasımovun ona cinsi əlaqə təklif etdiyini və bunun müqabilində ona yaxşı gün-güzaran, ailə üzvülərinə maddi cəhətdən köməklik edəcəyini bildirib. Onu sözlərinə görə, R.Qasımov ona bildirib ki, “ya mənimlə intim əlaqədə olmalısan, ya da ki, “maddə” ilə səni işdən qovacam”.
R.Qasımov əvvəllər Naxçıvan Muxtar Respubilkasın Daxili İşlər Orqanında (DİO) çalışıb. Məlumata görə o, bu cür hərəkətlərinə görə də DİO sıralrından çıxarılıb.