ABŞ Suriyanın Rəqqa şəhərini İŞİD terror qruplaşmasından azad edilməsi üçün kürd silahlılarına “məhdud sayda” silah-sursat tədarük edəcək.
Bu barədə RİA Novosti-yə Pentaqondan bildirilib.
“Biz ABŞ-ın bu addımları ilə əlaqədar Türkiyənin narahatlığını yaxşı anlayırıq... Biz bu silah-sursatı konkret hərbi məqsəd üçün tədarük edirik. Bizim ayıracağımız silah yalnız Rəqqanın azad edilməsi üçün nəzərdə tutulub”, - deyə Pentaqon nümayəndəsi qeyd edib.(APA)