Bakı Nəqliyyat Agentliyinin baş direktoru, IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyat sisteminin tənzimlənməsi və idarə olunması üzrə Koordinasiya Şurasının sədri Vüsal Kərimli və Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlərin daşınması üçün ayrılan nəqliyyat vasitələrinin sürücüləri ilə görüşüblər.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı, həmçinin Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında Oyunların hazırlığı üçün çox ciddi və böyük işlərin görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, artıq ölkəmiz və paytaxtımız Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AZƏRTAC-a bildirib ki, polis general-mayoru Ramiz Zeynalov Oyunların nəqliyyat əməliyyatlarına cəlb olunan sürücülərə yol hərəkəti qaydalarına ciddi əməl etmələri, eyni zamanda, onlara tapşırılan missiyanı yerinə yetirərkən əsl vətəndaşlıq mövqeyindən çıxış etmələri ilə bağlı tövsiyələrini verib. İdarə rəisi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində sürücülərin üzərinə daha böyük məsuliyyət düşdüyünü xatırladıb. Diqqətə çatdırıb ki, bu işdə yol-patrul xidmətinin əməkdaşları sürücülərə dəstək olacaq. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək.
Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli Oyunların Əməliyyat Komitəsi tərəfindən Agentliyə həvalə edilən nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində bütün lazımi tədbirlərin icrasının təmin olunduğunu diqqətə çatdırıb. Baş direktor qeyd edib ki, Oyunlar müddətində nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin olunması ilk növbədə sürücülərin müəyyən edilmiş vəzifə və funksiyaları tam məsuliyyətlə, yüksək peşəkarlıqla həyata keçirməsindən asılıdır. "Peşəkar bacarıqlarla yanaşı, qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirilməsi baxımından vacib olan digər bir önəmli məqam yüksək vətənpərvərlik hissləridir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın tarixində növbəti bir parlaq qələbə kimi qalması, bu Oyunların böyük idman bayramına çevrilməsinə öz töhfəmizi vermək üçün əsl vətəndaşlıq mövqeyindən çıxış edərək birgə səylər göstərməliyik. Bu yarışlarda da üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirib, dostluq və həmrəylik istəklərimizi ortaya qoyub ölkəmizin nüfuzunu daha artırmaq hər birimizin mənəvi borcudur. Bu gün tutduğumuz vəzifədən asılı olmayaraq hər birimiz IV İslam Həmrəyliyi Oyunlarının bir parçasıyıq və bu, bir dəyərdir. Düşünürəm ki, Oyunların bir parçası olmaq böyük qürurdur", - deyə Vüsal Kərimli vurğulayıb.
IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nəqliyyat şöbəsinin rəhbəri Vüsal Rəcəbli müvafiq dövlət qurumlarının koordinasiyalı fəaliyyəti sayəsində paytaxtın nəqliyyat sisteminin artıq "Bakı-2017" üçün tam hazır vəziyyətə gətirildiyini bildirib.
Görüşdə sürücüləri maraqlandıran suallar cavablandırıb, atletlərin daşınması zamanı ortaya çıxa biləcək maneələrin dərhal aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verilib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM