HƏKİM XƏBƏRDARLIĞI: Oynaqlarda ağrı, qızartı, şişkinlik varsa...

17:30 / 10.05.2017

"Oynaqlarda ağrı, şişkinlik revmatik xəstəliklərin əsas əlamətləridir. Bu gün əhali arasında revmatik xəstəliklər geniş yayılıb. Revmatik xəstəliklər sistem xəstəliyidir. Yəni bu, təkcə əzələnin, oynağın, yaxud yumşaq toxumanın xəstəliyi deyil".

Strategiya.az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında daxili xəstəliklər uzmanı Çinarə Səfərova deyib.
 
Mütəxəssis bildirib ki, revmatik xəstəliklər lokal olaraq bir orqanı əhatə etmədiyindən bu problemlə yanaşma da kompleks şəkildə olmalıdır.
 
O, revmatoloji xəstəliklərin təsnifatı haqda danışaraq bu sırada revmatod artrid, Reyno sindromu, Bexterev, Behçet, podaqra və s. bir çox xəstəliklərə rast gəlindiyini deyib.
 
Onun sözlərinə görə, müraciətlərə əsasən, bu gün revmatoid artrit, qırımızı qurd eşənəyi xəstəliklərinin daha geniş yayıldığını demək olar.
 
Ç. Səfərova revmatoid artritin daha çox özünü səhər yuxudan oyananda əl, bilək oynaqlarında tutulmanın yaranması, ağrı ilə büruzə verdiyini deyib: "Bu ağrılar simmetrik olaraq hiss edilir. Əl darağı sümüyü oynaqlarında hərəkət zamanı ağrı yaranır. Əli tam büküb aşmaq olmur. Bundan başqa, xəstələr səhərlər yataqdan durmağa əziyyət çəkirlər. Yataqda hərəkət edirlər ki, oynaqlar açılsın. Təxminən yarım saat sonra oynaqlarda açılma  olur. Bütün bunlar revmatoid artridin xarakterik əlamətləridir".
 
Onun sözlərinə görə, yaz və payız aylarında, mövsüm dəyişikliyi baş verəndə, rütubətli havalarda diz, qurşaq, çanaq, ayaq oynaqlarında ağrıların kəskinləşməsi baş verir: "Çünki yaz və payızda bədənimizin adaptasiya hormonlarında oynama olur. Təbiətdə birdən-birə yaranan dəyişiklik orqanizmə də təsir edir və oyanma yaradır. Hormon az olanda adaptasiya prosesinin tam getməsinə əngəl yaranır və şikayətlər ortaya çıxır. Bu daha çox yazda baş verir. Çünki qışda bədənin vitamin ehtiyatı azalır, bu isə hormonlara təsir edir. Bədənin immun sistemi bu şəkildə reaksiya verir. Oynaqlarda şişkinliklərin, qızartı, ağrının yaranması bundan irəli gəlir".
 
Amma mütəxəssis deyib ki, ağrı olmadan da revmatik xəstəliklərin inkişaf etməsi mümkündür. Revmatik xəstəliklərin inkişafında genetik amillərin rolu haqda danışan həkim onu da bildirib ki, uşaq yaşlarında tez-tez angina keçirilməsi, uşağın ildə 6 dəfədən çox angina olması, temperaturun yüksəlməsi revmatik xəstəliklərin inkişafı üçün zəmin ola bilər. Onun sözlərinə görə, belə hallarda badamcıqların qoruyuculuq mexanizmi sıradan çıxır və tonzilalar infeksiya mənbəyi olur. Belə hallarda isə tonzillektomiya əməliyyatlarının aparılması qaçılmazdır.
 
Mütəxəssis revmatik xəstəliklərin müalicəsində kompleks yanaşmağın vacib olduğunu deyib: "Yəni oynaq ağrıyırsa, oynağı müalicə etməklə iş bitmir. Oynaqlarda problemi yaradan amili aradan qaldırmaq lazımdır. Problemə hərtərəfli yanaşma olanda uğurlu nəticələr əldə etmək mümkündür".
 
Revmatik xəstəliklərin xeyli gəncləşdiyini qeyd edən həkim bildirib ki, burada qidalanma rejiminin pozulması, gənclərin fast-food qidalara, qazlı içkilərə üstünlük verməsi də rol oynayır: "Eyni zamanda stress amilinin də rolu var. Bütün bunlar immun sisteminin zəifləməsinə səbəb olur. Nəticədə bədən öz hüceyrələri ilə mübarizəyə başlayır".
 
Həkim onu da deyib ki, qadınlarda revmatik problemlərlə bağlı kəskinləşmə daha çox 45 yaşdan sonra yaranır. Bu isə qadın cinsi hormonu olan estrogenin azalması ilə əlaqələndirilir: "Bu hormon qadının qoruyucusudur. Bu hormonun ifrazı azalanda xəstəliklər şiddətlənməyə başlayır".
 
Geniş yayılan revmatik problemlərdən birinin də podaqra olduğunu açıqlayan mütəxəssis qeyd edib ki, bu, daha çox ayaq baş barmağı oynağında özünü göstərir: "Revmatoid artrit bütün oynaqları əhatə edə bilir, simmetrik olaraq yayılır. Amma podaqra zamanı problem konkret oynaqlarda özünü büruzə verməyə başlayır. Zaman-zaman dar ayaqqabı geyinən insanlarda ayaq oynaqlarında deformasiya yaranır, bu isə orada kristalların toplanmasına şərait yaradır".
 
Onun sözlərinə görə, kişilər bu problemdən daha çox əziyyət çəkirlər. Bu, daha çox alkoqol, qırmızı ət qəbulu ilə əlaqədar mübadilə pozğunluğunun yaranmasından irəli gəlir: "Əslində podaqra metabolizm prosesinin pozulması nəticəsində yaranır. Yəni ayağın baş barmağında, yaxud da böyük oynaqlarda olan podaqra bütün bədənin zədələnməsi nəticəsində yaranan problemdir".
 
Qırmızı qurd eşənəyi xəstəliyinin gizli inkişaf etməsinin mümkün olduğunu deyən Ç. Səfərova qeyd edib ki, bu, hamiləliyin pozulması, təzyiqin yüksəlməsi,  böyrəklərin zədələməsi və bir sıra problemlərə yol açır.
 
Mütəxəssis onu da deyib ki, revmatik xəstəliklərin xronikiləşməsi ən böyük problemlərdən biridir: "Xəstəlik xronikiləşərsə, müalicədə problem yaranır".
 
Onun sözlərinə görə, revmatik xəstəliklərə bağlı olaraq oynaqlarda yaranan degenerativ proseslərin qarşını almaq mümkündür. Bunun üçün müalicələrlə yanaşı bədənin kalsium və D vitamini ehtiyatının yaradılması vacibdir. Kalsiumlu qidaların qəbulu ilə bərabər Günəş şüalarından yararlanmaq da mühüm əhəmiyyət kəsb edir.
 
Revmatik xəstəliklərin diaqnostikası barədə danışan həkim klinik şikayətlərə uyğun olaraq bir çox revmatik testlərin olduğunu deyib və əlavə edib ki, bu testlərlə dəqiq diaqnoz qoymaq və buna müvafiq olaraq müalicə aparmaq lazımdır.

 

Həkim onu da deyib ki, revmatik xəstələrin çoxunda anemiya müşahidə edilir.
 
Revmatik xəstəliklərdən əziyyət çəkənlər üçün idman və fizioterapiyanın əks göstəriş olması fikri ilə razılaşmayan mütəxəssis deyib ki, əslində bu xəstəliklərin kəskin dövründə idman hərəkətləri, fizioterapiya kursu məsləhət görülmür. Amma müalicə nəticəsində kəskinləşmə aradan qalxandan sonra idman hərəkətləri də, fizioterapiya kursunun aparılması da mümkündür...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM