Bakı-Şamaxı-Yevlax yolunun yenidən qurulması üçün nəzərdə tutulan layihə hazırlanır. Layihədə yolun Ağsu aşırımından keçən hissəsində aparılacaq işlər zamanı yolun bağlanması nəzərdə tutulur. Bu zaman sürücülər alternativ yol olaraq Ağsu- Göylər – Şamaxı yolundan istfadə edəcəklər. Yolun üzərində yerləşən bütün iaşə obyektləri və restoranlarda fəaliyyət müvəqqəti olaraq dayandırılacaq. Ağsu dolaylarında yerləşən DYP Postu da artıq fəaliyyətini dayandırıb. Ərazidəki obyekt sahiblərinin sözlərinə görə, yolun dağılmasında başlıca səbəb ağırtonnajlı yük maşınlarının ərazidən tez tez keçməsidir. Baxmayraq ki, 3,5 tondan artıq yük maşınlarının keçməsinə qadağa qoyulub, əraziyə yol nişanları da yerləşdirilib, normadan artıq yüklənmiş avtomobillər hər axşam ərazidən keçir. Ümumi uzunluğu 14 kilometr olan Ağsu dolaylarında təmir işlərinin nə zaman başlayacağı isə hələlik bəlli deyil.