Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - Fotolar

13:17 / 11.05.2017

Strategiya.az bildirir ki, Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və kollecin himni səsləndirilib, ardınca ulu öndər H.Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
 
BİTKolun təlim-tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidovtədbiri giriş sözü ilə açaraq, dünyaşöhrətli siyasətçi, ulu öndər H.Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ümummilli lider H.Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Natiq bildirib ki, ulu öndər H.Əliyev Respublikamıza rəhbərlik etdiyi bu dövr ərzində daim ölkənin tərəqqisi üçün çalışıb, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
 
BİTKolun direktoru Varis Allahverdiyev ulu öndər H.Əliyev kimi bir lideri olduğu üçün Azərbaycan xalqının daim fəxr etdiyini, qürur duyduğunu dilə gətirib. Bildirib ki, sovetlər ittifaqı dövründə, eləcə də XX əsrdə müstəqilliyimizi ikinci dəfə bərpa etdikdən sonra Azərbaycan çox çətin vəziyyətlərlə, sınaqlarla üz-üzə qalıb. Ümummilli lider H.Əliyev hər iki zaman kəsiyində öz xidmətləri ilə Azərbaycanı qarşılaşdığı çətinliklərdən, hətta müstəqilliyini yenidən itirmək təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. V.Allahverdiyev 1992-1993-cü illərin hərc-mərcliyindən, vəzifə kürsüsü uğrunda aparılan savaşdan, Qarabağ cəbhəsində baş verən uğursuzluqlardan söhbət açaraq qeyd edib ki, bütün bunlara səbəb o dövrdə səriştəsiz adamların idarəçiliyə gətirilməsi olub. Məhz bu səbəbdən də Azərbaycan xalqı 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə ulu öndər H.Əliyevə etibar edib. Xalqının təkidli dəvətini qəbul edən ümummilli lider H.Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Xalq ulu öndər H.Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayıb, həmin günü Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazılıb. Kollecin direktoru ümummilli lider H.Əliyevin daxili və xarici siyasətindən, ölkənin bütün sahələrini əhatə edən islahatlarından, o cümlədən təhsil sahəsində atılan addımlardan da söhbət açıb. Bildirib ki, hazırda bu siyasi kurs ulu öndər H.Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
 
Kollecin birinci kurs tələbəsi Səma Adilzadə "Heydər Əliyev və gənclik” mövzusunda çıxış edib. O, ümummilli lider H.Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, gənclərə olan böyük ümidlərindən, tövsiyələrindən danışıb.
 
Kollecin müəlliməsi Kəmalə Əzizqızı (Hüseynova)vaxtilə Azərbaycan Dövlət Televiziyasında çalışarkən ümummilli lider H.Əliyevlə qarşılaşmasından, hazırladığı veriliş çərçivəsində dahi şəxsiyyətlə həmsöhbət olmasından, onunla bağlı xatirələrindən söhbət açıb.
 
Çıxışlardan sonra kollecin tələbələri Nərgiz Babayeva və Fərid Yasinlinin aparıcılığı ilə tədbirin bədii hissəsinə başlanılıb. Bədii hissədə "Azərbaycan”, "Ana” mahnıları, həmçinin kollecin müəllimləri Məhbubə Qurbanovanın ifasında "Alagöz”, Etibar Abdalovun sazda ifasında "Qəhrəmanlıq” mahnıları səsləndirilib. Kollecin tələbələri Səidə Qafarzadə Xalq şairi Zəlimxan Yaqubun "Böyük ömrün dastanı” poemasından bir hissəni, Aytac Məmiyeva akademik, millət vəkili Rafael Hüseynovun "Vəfa dərsi”, Ramilə Yusifli Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyevanın "Elegiya”, Turan Əlizadə şair Qabil Ədalətin "Ulu bir sərkərdə, ulu bir öndər” şeirlərini bədii qiraət ediblər. Tələbələr "Odlar yurdu” rəqsini də ifa ediblər.
 
Tədbirin sonunda müğənni Teymur Əziz "Xalq Heydər söyləyəcək” mahnısını ifa edib.      





Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM