İndoneziyanın cənub sahillərində sahilə çıxmış naməlum su heyvanının cəsədi hamını heyrətləndirib.
Trend-in məumatına görə, bu cəsədin dəqiq hansı heyvana məxsus olması müəyyən etmək çətin olub. Seram adası sahillərində tapılan bu cəsədin yerli sakinlər balina yaxud kalmara aid olduğunu ehtimal edirlər.
Sakinlər üfunət iyi gəldiyi üçün cəsədin sahildən götürülməsi tələbi ilə yerli orqanlara müraciət ediblər..
Okeanoloqlar isə naməlum su heyvanının cəsədindən nümunə götürərək analizə təqdim ediblər.