Gümrü intiqamı

14:25 / 13.05.2017

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov 2015-ci il yanvar ayının 12-də hərbi hissəni özbaşına tərk edərək Avetisyan ailəsinin yeddi fərdini avtomat silah və süngü ilə öldürmüşdü. Bu hadisə Ermənistanda şok effekti yaratdı və bir neşə gün başda Gümrü olmaqla Ermənistanın bir neçə şəhərində Rusiyaya qarşı mitinqlər təşkil edildi.

Hadisə ilə bağlı Rusiyanın Ermənistandakı səfiri XİN-ə dəvət edildi və XİN müavini Şavarş Köçəryan izahat istədi. Rusiya səfiri Avetisyan ailəsinin vəhşicəsinə qətlinə görə erməni xalqına və Avetisyan ailəsinin yaxınlarına başsağlığı verdi.

Məsələ ilə bağlı Ermənistan hökumət üzvlərindən  ilk dəfə müdafiə naziri Seyran Ohanyanın Rusiya müdafiə naziri Serqey Şoyqu ilə telefon əlaqəsi saxladığı, daha sonra Ermənistan XİN müavininin rusiyalı həmkarı ilə görüşdüyü qeyd olundu.

Hadisə baş verən gün Rusiya XİN-i olduqca soyuqqanlı şəkildə erməni xalqına və Avetisyan ailəsinin yaxınlarına başsağlığı verdi.

Yanvarın 14-də Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan rusiyalı həmkarı Arkadi Baxin ilə görüşdü və hadisəni müzakirə etdi.[i] Həmin gün Ermənistanın təhsil və elm naziri Armen Aşotyan məsələyə münasibət bildirərkən digər ölkələrdə yaşanan analoji hadisələri xatırladıb, faciədən kədərləndiyini bildirib və əhalini sakitliyə dəvət edib.[ii]

Bir çox siyasətçi və analitiklər bu hadisənin Ermənistan-Rusiya münasibətlərinə təsir etməməsinin vacibliyini vurğulayan bəyanatlar verdi.

Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da ümumən hökumətdən fərqli və sərt bəyanatlar vermədi. Hüquq müdafiəçisi Artak Zeynalyan Gümrüdə yaşanan hadisə ilə bağlı Rusiya televiziyalarında və xəbər agentliklərində öldürülən insanlar barədə məlumat verilmədiyini, Rusiya hökumətinin adekvat reaksiya göstərmədiyini bildirdi. 

Məlum hadisədən sonra Gümrüdə, daha sonra isə digər şəhərlərdə on minlərlə insanın iştirak etdiyi Rusiyaya qarşı etiraz mitinq və nümayişlər təşkil edildi. Hökumət işin ciddiliyini gec anladı, mitinq və nümayişlərdə Rusiyaya qarşı şüarlar səsləndi, Rusiya bayrağı ayaqlar altına alındı, Putin təhqir edildi və 102-ci bazanın çixarılması tələbi qoyuldu. İlk günlərdə hökumət mitinq və nümayiş iştirakçılarına qarşı səbirli mövqe nümayiş etdirsə də, daha sonra etiraz dalğasının genişlənməsi ilə bütün mümkün vasitələrdən istifadə edərək sabitliyi təmin etməyə çalışdı.

Diqqəti çəkən bir məqam da odur ki, Qərb yönümlü QHT və siyasətçilər də bu məsələdə Rusiya düşmənçiliyini ön plana çıxarmadılar. 

102-ci bazanın komandanlığının şəxsi heyətlə iş üzrə müavini Aleksey Polyuxoviç də erməni xalqına başsağlığı verdi. Amma Polyuxoviçin ifadələri başsağlığından daha çox Ermənistana tarix dərsi vermək və xəbərdarlıq vermək kimi səslənib. Polyuxoviç belə deyib: "Rus-erməni xalqının çoxəsrlik dostluğu türk müharibələri və təbii fəlakətlər kimi bir çox sınaqlardan keçib.”  Polyuxoviç bununla türkləri bir daha ermənilərə düşmən kimi göstərib və 1988-ci il zəlzələsində ilk olaraq ermənilərə kimin yardım etdiyini kobud şəkildə və minnət vuraraq xatırladıb.

Uzun sürən istintaqdan sonra Permyakova ömür boyu həbs cəzası verildi. Amma bu cinayət xüsusilə Gümrüdə yerli əhalinin yadından çıxmadı. Bir çox hallarda 102-ci hərbi bazanın əsgərləri təhdid edilməyə başlandı.

Cari ilin 23 aprel tarixində Gümrüdə Rusiyanın 102-ci hərbi bazasının əsgəri 21 yaşlı Dmitri Yalpayev Bulvar küçəsində hamının gözü qarşısında bıçaqlanaraq qətl edildi. Şübhəli şəxs kimi Aram Cancuqazyan həbs edilib və istintaq gedir.

Ermənistan KİV-ləri elə həmin gün Yalpayevin qatili Cancuqazyanın psixi xəstə olduğunu bildirdilər. Gümrüdə üç nəfər dəli varsa, onlardan birinin şəhərin mərkəzində Yalpayevlə qarşılaşma ehtimalı nə qədərdir? Cibində bıçaqla Yalpayevlə qarşılaşma ehtimalı nə qədərdir? Deyək ki, bu ehtimal baş tutdu. Cancuqazyanın rus əsgəri ilə mübahisəsinə polis və yerli əhali niyə müdaxilə edib cinayətin qarşısını almadı?

Əlbəttə bu dezinformasiya idi və ermənilər bütün hallarda bu qətlin intiqam xarakterli olduğunu gizlətməyə çalışır. Cancuqazyan Yalpayevi bıçaqlayıb öldürməklə Permyakovun öldürdüyü yeddi nəfərin qisasını alıb. Bundan sonra da Gümrüdə Rusiyanın əsgərləri öldürülərsə, təəccüblənmək lazım deyil.

Ermənistan Cancuqazyanın dəli olduğunu bildirdi,[iii] amma daha sonra dəli damğasının yerinə oturmadığı anlaşılınca, olduqca maraqlı bir iddia ortaya atdı. Cancuqazyan müsəlmanlığı qəbul etmiş ermənidir.[iv] Ermənilər bununla guya qatilin etnik kimliyindən daha çox dini kimliyini önə çıxarmaq istəyir.

Amma burada da daşlar yerinə oturmur. Gümrü kimi kiçik bir şəhərdə müsəlman icması varmı? Əlbəttə yoxdur. Əvvəlcə dəli olduğu iddia edilən 20 yaşlı Cancuqazyan islam dini ilə harada və necə, kimlərin vasitəsi ilə tanış oldu? Necə qəbul etdi? İslamı qəbul etdikdən sonra dərhal terrorist ruhuna sahib olaraq, cibində bıçaq gəzdirərək Gümrü küçələrində Rusiya əsgərini axtararaq qarşısına çıxan ilk əsgər Yalpayevi öldürdü?

Əlbəttə, belə hallarda həm ictimai rəy, həm də dövlət cinayətin motivinin intiqam olmadığını müxtəlif vasitələrlə dilə gətirməyə cəhd edə bilər. Bunun üçün məntiqli izahat və iddia lazımdır. Ermənistan isə dəli olduğu iddia edilən Cancuqazyan qədər "ağıllı” olsaydı onun müsəlmanlığı qəbul etməsini və dini kimliyi ilə cinayəti törətdiyini iddia etməzdi. Bu, dezinformasiyanın ən uğursuz zirvəsidir, yalandır, iftiradır, ermənilərin sərsəmliyidir.

Ermənistanda özünə hörmət edən heç kimsə Cancuqazyanın müsəlmanlığı qəbul etdiyinə inanmaz. Bu məntiqsiz iddialar nə qədər primitivdirsə, bir o qədər də ermənilərin xəstə psixologiyasının göstəricisidir. Ermənilər bir az daha düşünə bilsəydilər, Yalpayevin öldürülməsinin intiqam olmadığını məntiqli şəklidə izah edə bilərdilər. Amma düşünsəydilər...

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Служебное расследование на российской военной базе в Армении завершено, www.regnum.ru/news/­society­1884452.html, 14.01.2015 

[ii] Cвязанные с военными базами проблемы неизбежны — армянский министр, www.regnum.ru/news/­society/­­1884210.html, 14.01.2015 

[iii] У подозреваемого в убийстве российского солдата были проблемы с психикой, http://www.lragir.­am/index/rus/0/right/view/55215, 23 Апреля 2017. 

[iv] СМИ: Подозреваемый в убийстве русского солдата в Гюмри - новообращенный мусульманин,http://www.panarmenian.net/rus/news/238404/, 25 апреля 2017.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM