Keyxanım: “Nişanlım məni səhər saat 5-ə kimi ...”

14:55 / 13.05.2014

"Hərənin öz ulduzu"nda Ceyran, "Səhnədə məhəbbət"də müğənni qız, "Volqalı canan"da İradə, "Talelər qovuşanda"da Gülər kimi rollarla tamaşaçı sevgisi qazanıb. Səhnədə ifa etdiyi bu rollarla sənətə gəlsə də, televiziyadakı "Keyxanım” obrazı ona daha çox şöhrət gətirdi. Yəqin ki, çoxunuz söhbətin kimdən getdiyini, bildiniz. Movqe.az-ın bu dəfəki qonağı Keyxanım obrazı ilə bu gün də sevilən tanınmış aktrisa Ülviyyə Əliyevadır. Bir illik nişanlısı barədə danışmağa tərəddüd edən aktrisa suallarımızı cavablayıb:

 
 -Teatr aləminə gəlişiniz necə oldu?
- Mən 17 yaşımdan teatrda çalışmışam. Universiteti bitirən kimi Hüseynağa Atakişiyevin rəhbərliyi ilə Dövlət Gənclər Teatrında çalışmışam. Sonradan orada hazırlaşıb universitetə girmişəm. Haradasa, 18 yaşımda Afaq Bəşirqızının dəvəti ilə Musiqili Komediya Teatrında fəaliyyətə başlamışam. Artıq 14 ildir ki, bu teatrda çalışıram. Teatr məktəbdir. Teatrda çalışmayanda aktyor paslanır. Sadəcə olaraq, qismətim televiziyada gətirdi. Tamaşaçılar məni verilişlərdən tanıdılar, sevdilər.
 
- Tamaşaçılar sizi ən çox televiziyada yaratdığınız «Keyхanım» obrazından  tanıyıb sevdi. Ülviyyə Əliyevanı bu obraz məşhurlaşdırdı demək olarmı?
- Bu "SOY Production"un ideyası oldu. Mən «Hərənin öz payı» filminə çəkildim. O filmi görəndən sonra Oqtay müəllim məni "SOY Production”a dəvət etdi. Və Keyхanım obrazı tez bir zamanda populyarlıq qazandı.
 
- Eşitdiyimə görə sevgiliniz biznesmendi ?
- (gülür) Ay bacı nə olar o barədə soruşma. Narahat olmayın bir irəliləyiş olsa, deyəcəm. Biz qız eviyik. Qız evinin də boynuna gözləmək düşür.
 
-Toya media nümayəndələrini dəvət edəcəksinizmi ?
- Yox. Sadəcə kifayət qədər məlumat ötürüləcək. Ancaq toyum mediaya qapalı şəkildə keçiriləcək. Həyat yoldaşım özü bu barədə qərar verəcək.
 
- Deməli bu qərarı o verib...
- Bilirsinizmi, mən istəyirəm ki, sənətimlə gündəmdə qalım. Aktual olum. İnsan nə qədər sirli qalırsa, o qədər maraqlı olur. Mən də elə istəyirəm. Şükür Allaha hələ ki, sənətim var. Yaradıcılıq işlərim var ki, onlarla gündəmdə qala bilim. Nə vaxt ki, Allah etməmiş gündəmdən düşərəm, o zaman ola bilər şəxsi həyatımla bağlı nələrisə açıqlayaram.
 
- Sizcə indi şəxsi həyatı ilə gündəmi zəbt edənlər sənəti olmayanlardı ?
- Yox, əstəğfullah mən elə demirəm. Demərəm də... Elə şəxsi həyatı ilə gündəmdə olanlar var ki, mən onların sənətini də, özlərini də çox sevib, hörmət edirəm. Bu onların şəxsi işidir. Mənimsə prinsipim belədir ki, şəxsi həyatla gündəmdə olmayım.
 
- Nişanlınıza kifayət qədər vaxt ayıra bilirsizmi ? Heç olurmu vaxt çatdıra bilmirsiz, dava düşür aranızda ?
- Xeyr, o insan məni şükürlər olsun ki, çox yaxşı başa düşür. Lazım olanda nişanlım  məni səhər saat 5-ə kimi gözləyib. Gəlib, aşağıda gözləyib, çəkiliş bitib, çıxıb getmişik. Ay zəng etsin ki, tez ol harda qaldın gəl. Belə şeylər olmayıb. Sakitcə  gözləyib və aparıb evə qədər ötürüb məni.
 
- Xoşbəxt olmaq üçün insana nə lazımdı ?
- Öncə can sağlığı. İnsanın canı sağ olmayanda var-dövlət əhəmiyyətsiz olur.
 
- Necə evlilik planlaşdırırsınız?
- Hüzurlu, sakit yuva istəyirəm. Kifayət qədər xarici ölkələr də, var– dövlət də görmüşəm. Başqa heç nə lazım deyil.
 
- Çox kompleksli görünürsünüz. Deyəsən nişanlnız sizə "sus, otur. Çox danışma” kimi qadağalar qoyub?
- (gülür-red) Yox. Qadağa yox, bu sadəcə bizim ortaq məxrəcimizdi. Bizim istəklərimiz, dünya görüşümüz üst-üstə gəlir. O mənə demir ki, yox sən bunu etməyəcəksən, etsə öldürərəm, kəsərəm. Belə şeylər aramızda yoxdu. Mən də öz həddimi bilirəm. Çalışıram onun bir dediyini iki etməyim. Əsl Azərbaycan qadınına məxsus olan kreteriaları bilirəm. Özümü heç zorlamıram. Özümü çərçivələmirəm. O da bilir mən tanınmış adamam. Başa düşür məni.
 
- Neçə ildir nişanlısınız?
- Bir ildi.

- Özünüzü xoşbəxt hesab edirsinizmi?
- Bəli, çox xoşbəxtəm. Nəhayət ki, həyatımda arzuladığım kişi qarşıma çıxdı. 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM