Əhməd Cavadın 125 illik yubleyinə həsr olunan tədbir keçirilib

11:10 / 15.05.2017

 

 

AMEA Mərkəzi Elmi Kitabxanasının və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın 125 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Azərbaycan Respublikasının dövlət himni ilə başlayan konfransda Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru Leyla İmanova çıxış etdi. O, istiqlal şairi Əhməd Cavadın 125-ci ildönümünü keçirməklə Azərbaycan tarixi və mədəniyyəti üçün, Azərbaycan milli yaddaşı üçün həyatı və yaradıcılığı ölçülməz əhəmiyyət kəsb edən istiqlal qurbanı şair Əhməd Cavadı bir daha yad edildiyini, Əhməd Cavadın timsalında məzarı bəlli olmayan, şərəfli istiqlal yolu yarımçıq bitən minlərlə Azərbaycan övladlarını Azərbaycan Demokratik Respublikasının 100-illiyi ərəfəsində yad edildiyini, milli yaddaşa və mili şuura yazılası məlumatların önəmini bir daha gündəmə gətirildiyini bildirdi. Ə.Cavadın anadan olduğu 5 may tarixinin MEK üçün ikiqat önəmli olduğunu bildirən direktor 2014-cü ilin bu tarixində kitabxananın yeni binasının Prezident İlham Əliyev tərəfindən istifadəyə verildiyini, kitabxana qarşısında yeni strateji hədəflərin qoyulduğunu və yeni perpsektivlərin açılmasını bildirdi. L.İmanova MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi barədə danışaraq onun Azərbaycan tarixi və mədəniyyətinin təbliği üçün çox əhəmiyyətli baza olduğunu vurğuladı. Çıxışında MRY-da Azərbaycan üçün milli dəyər kəsb edən zəngin materialların, o cümlədən Əhməd Cavadaın qələminə aid və haqqında yazılmış mənbələrin, ADR-ə aid materialların toplanılmasını, MEK tərəfindən rəqəmsallaşdırılmasını, beynəlxalq mübadiləyə hazır elektron kataloqa və MRY-ya daxil edilməsini bildirdi. L.İmanova çıxışında ADR-in 100 illiyi ərəfəsində ölkə kitabxanalarında, arxivlərində, muzeylərində və şəxsi kolleksiyalarda ADR-ə aid sənədlərin siyahılarının hazırlanmasını və vahid elektron kataloqda birləşdirilməsini təklif etdi.

AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Milli istiqlal şairi Əhməd Cavad: həyatı, mühiti, ədəbi estetik və sosial-siyasi görüşləri” mövzusunda məruzə ilə çıxış etdi. Onun sözlərinə görə Ə.Cavad tarixdə istiqlal şairlərimizdən biri kimi qiymətli mövqe qazanıb. Onun sözlərinə görə Əhməd Cavad fəaliyyəti ilə dövlətçiliyimizin, ədəbiyyatımızın tarixi yaddaşına əbədilik yazılmışdır. “Şair Milli Azərbaycan ideyasını və türklük ideyasını inkişaf etdirən sənətkardır. Ona görə də yubileyləri dövlət səviyyəsində keçirilmiş, prezident İlham Əliyev şairin 120 illik yubileyi münasibətilə sərəncam vermişdir. Əhməd Cavaddan danışmaq Azərbaycan ədəbi mühiti ilə yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Avropa ədəbi mühitindən danışmaq deməkdir. 22 yaşından etibarən mətbuatda çalışıb, məqalələri, şeirləri dərc olunub. I Dünya müharibəsi zamanı Osmanlı tərəfdarı kimi çıxış etdidib, əsir düşən türklərə qayğı göstərib, rus ordusunun işğalçılığına qarşı çıxıb. Türkiyə mühiti və mövzusu onun bütün yaradıcılığının əsasını təşkil edir. Onu hər dəfə “Müsavat casusu”, “Türkiyə agenti” adlandırmaqla hücumlar təşkil ediblər. Şair 1937-ci ildə həbs edilib və güllələnib. 1956-cı ildə bəraət alıb”.

“Cavid ömrü” filmində Əhməd Cavad obrazının yaratmış Xalq Artisti Nurəddin Mehdixanlı çıxışında bildirib ki, “Çəkiliş zaman müəyyən arxiv sənədlərilə tanış oldum. Onda mən Əhməd Cavadın nə qədər güclü iradəyə, əqidəyə malik biri olduğunun bir daha şahidi oldum. O, heç zaman özünə “azəri” deməyib, o deyib ki, “mən türk oğlu türkəm”. Çox təəssüf ki, o yazdıqlarına görə canıyla cavab verdi”. N.Mehdixanlı “azəri” ifadəsinin və onun zərərli təsirlərinin qarşısının alınmasında AMEA əməkdaşlarının, alimlərinin rolunun vacib olduğunu qeyd edib. Çıxışçı qeyd edib ki, millətin milli kimliyinə, dilinə, tarixinə, yaddaşına qarşı getmək onun yox olmasına səbəb ola bilər ki, bunun da qarşısı alınmalıdır. O, Qarabağ torpağının işğal edilməsi tarixinə dair son günlərdə səslənən zərərli ifadələrə qarşı “Apreldə Azərbaycan əsgəri nəyə qadir olduğunu sübut etdi” fikrini söylədi və ziyalılarımızı ordumuzun yanında olmağa səslədi. Çıxışının sonunda Xalq Artisti Nurəddin Mehdixanllı Əhməd Cavadın “Susmaram” şeirini səsləndirdi.

MEK direktoru Leyla İmanova Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçısı olmuş xüsusi təyinatlılarımızı - Natiq Mehdiyev və Ülfət Həsənovu alqış sədaları altında səhnəyə dəvət edib: “Bu gənclər sübut etdilər ki, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Hüseyn Cavidin qəhrəmanlıqları, onların vətən eşqi, millət sevgisi ölməyib”.

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi İdarəsinin şöbə müdiri Aslan Qasımlı (Aslan Kənan) Əhməd Cavada qarşı olan hücumlardan, onun şərlənməsi, həbsi, öldürülməsi barədə arxiv sənədlərində olan məlumatlardan bəhs etdi. 

Tədbirdə Quzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı səfiri Ufuk Turganeri və Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz iştirak edib. Hamit Karadeniz qeyd edib ki, ilk tanış olub əzbərlədiyi şeir “Çırpınırdın, Kara deniz” şeiri olub. “Keçmişini bilməyən gələcəyinə ümidlə baxa bilməz. Əhməd Cavad “Çırpınırdın, Kara deniz” şeirini hansı inancla, duyğu ilə yazmışsa bugünkü gənclik də bunu hiss etməli və yaşmalıdır. Əgər Əhməd Cavadların ideallarını gələcək nəslə aşılaya bilməsək gələcəyimizə ümidlə baxa bilmərik” – deyən müşavir bu işi görmək üçün ziyalılarımızın böyük əmək sərf etməli olduğunu bildirib.

Bu gün Əhməd Cavada aid məlumatlar müxtəlif saytlarda, sosial şəbəkələrdə gözəl niyyətlə, ancaq çox vaxt uğursuz redaktədə yerləşdirilir. Şeirlərin mətnində hərifdən tutmuş söz dəyişdirilməsinə qədər “yaradıcılıq” nümunələrinə rast gəlirnir. Eyni zamanda müxtəlif mənbələrdə eyni fotoşəkillərə fərqli şəkilaltı yazıların verilməsinə rast gəlinir. Leyla İmanova MEK-in informasiya mühafizəsi və istifadəyə verilməsi üzrə ixtisaslaşan elmi kitabxana olduğunu vurğulayaraq, Əhməd Cavad irsinin qorunması üzrə tədbirlərin görülməsini, şairə aid mətnlərin, fotomaterialların nizamlanmasını, vahid istinad mənbəyinin yaradılmasını və çap edilməsini təklif etdi. Etibarlı istinad mənbələrindən biri kimi Əhməd Cavadın AR Prezidentinin 2004-cü il Sərəncamına əsasən latın qrafikası ilə çap olunmuş “Seçilmiş əsərləri” nümunə göstərildi.

AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru professor Asif Rüstəmli Əhməd Cavad haqqında yazılan nəşrlərdən, onun “Çırpınırdın, Kara deniz” şeirindən, yaradıcılığından bəhs edib. O, Əhməd Cavadın “Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm” fikrini səsləndirərək bunun çox dərin mənaya malik olduğunu vurğulayıb. O, Əhməd Cavadın həbsi və öldürülməsi ilə bağlı maraqlı faktları gündəmə gətirib. Asif Rüstəmli deyib ki, Əhməd Cavad Azərbaycan ədəbiyyatında xüsusi rolu olan şairlərdən biridir: “80 il bundan öncə çox dəyərli ziyalılarımız repressiya olunublar. Məncə Akademiyanın divarları arasında keçirilən bu tədbiri həm də repressiya qurbanlarının 80 illiyi ilə bağlı anım tədbirlərinin açılışı saymaq olar”.

BDU-nun dosenti Atamoğlan Məmmədli Türk millətinə edilən repressiyalardan danışıb. A.Məmmədli Əhməd Cavadın sayəsində vətən əxlaqının Azərbaycanda nümunəvi bir əxlaqa çevrildiyini deyib: “Təklif edirəm ki, şairin güllələndiyi günü “Repressiya günü” kimi qeyd edək”.

Şairin nəticəsi Cavad Axundzadə tədbirin təşkilində iştirak edən hər kəsə minnətdarlığını bildirərək Əhməd Cavadın adını daşımağın onun üçün şərəf olduğunu deyib: “Əhməd Cavad bir dəryadır. Mən arzu edirəm ki, Bakı şəhərində Əhməd Cavadın heykəlinin açılışında iştirak edək”.

Sonda MEK əməkdaşı Günel Əhədovanın ifasında “Çırpınırdın, Kara deniz” şeiri səsləndirilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM