Bakıda bir neçə yolda sürət həddi azaldılıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas avtomagistralda - Heydər Əliyev prospekti-Hava limanı və Zığ Dairəsi-Hava Limanı yolunda hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Məqsəd, yolda hərəkətin təhlükəsizliyini təmin etməkdir.