Gürcüstan enerji siyasətində diversifikasiya etməyə çalışaraq Rusiya və İran qazının Gürcüstana ixracı ilə bağlı danışıqlar aparmaqdadır. İran qazının Ermənistan ərazisindən Gürcüstana nəqli barədə müqavilənin imzalanması haqqında məlumat yayılmışdır. İranın Milli Qaz İxracı Şirkətinin icraçı direktoru Əli Reza Kameli bildirmişdir ki, İran 40 milyon kubmetr qazın Gürcüstana sınaq nəqli üçün müqavilə imzalayıb.
Bu məlumatı təkzib etməyə çalışan Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili Gürcüstan hökumətinin qaz tədarükü ilə bağlı İranla razılaşmaya qoşulmadığını və qazın nəqli ilə bağlı Gürcüstanda fəaliyyət göstərən özəl şirkətlərin müqavilə imzalanması barədə də məlumata malik olmadığını bildrimişdi.
Lakin İranın Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə İdarəsinin rəhbəri Qulamrza Baqeri Müqəddəmin sözlərinə görə, 2017-ci ilin mart aydan etibarən Gürcüstana İrandan təbii qaz idxalına başlanması nəzərdə tutulub. O, bildirib ki, iki ölkə arasında təbii qaz idxalına dair alqı-satqı müqaviləsi imzalanıb, lakin Gürcüstan hələ də idxala başlamayıb. Gürcüstan tərəfi isə qaz idxalına 1 ay sonra start veriləcəyini bildirib.
Qeyd olunmalıdır ki, İrandan Gürcüstana tranzit infrastrukturunun olmamasıdır. Məlumdur ki, İrandan Ermənistana yalnız 700 km-lik lokal boru xətti mövcuddur.
Nəzəri olaraq İrandan Gürcüstana tranzit boru xətti çəkmək mümkündür, lakin Ermənistanın qaz nəqli sisteminə Rusiyanın "Qazprom” şirkəti nəzarət edir, bu cür layihələrdə Ermənistanın iştirakı Rusiyanın iştirakına bərabər tutulur. Bu da Gürcüstanın Rusiya ilə bağlı siyasətində problemlərin yaranmasına gətirib çıxaracaqdır.
2017-ci ilin 11 yanvar tarixində Gürcüstan XİN birinci müavini D.Zalkaliani Gürcüstan hökuməti ilə Rusiya Federasiyasının "Qazprom” şirkəti arasında imzalanmış sazişin təfərrüatları ilə bağlı ölkədə akkreditə olunan diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların nümayəndələri üçün keçirdiyi brifinq zamanı Gürcüstan dövlətinin 2017-ci ilin ilk aylarında tranzit haqqı müqabilində Rusiya Federasiyasından Ermənistana daşınan qazın 10%-ni natura şəkilində əldə edəcəyini, sonrakı aylarda bunun əvəzində Gürcüstana tranzit haqqı ödəniləcəyini bildirmişdir. Yeni razılaşmaya görə RF-dan təbii qazın daha sərfəli qiymətə 1000 kubmetr üçün əvvəlki qiymətdən (215 dollar) fərqli olaraq, cari ildən 185 ABŞ dollarına alacağı qeyd edilmişdir.
Gürcüstanın qazla təchizatının əsas hissəsi Azərbaycanın payına düşür. SOCAR bu ölkəyə qazı güzəştli qiymətə satır. Əhali üçün nəzərdə tutulan bu qazın min kubmetrinə görə Gürcüstan 189 dollar ödəyir. 2014-cü ildə Gürcüstan Azərbaycandan kommersiya qiymətinə (min kubmetri 240 dollardan) 400 milyon kubmetr qazalıb. Azərbaycanın Gürcüstana satdığı qazın min kubmetrinin orta qiyməti cəmi 131.25 dollar olub. "Qazprom” qazın Ermənistana tranzitinə görə Gürcüstana satdığı qazın min kubmetri 185 dollar təşkil edir.
Gürcüstanın "Qazprom”la danışıqlara getməsinə nə səbəb oldu? Gürcüstan müxalifəti hesab edir ki, məsələnin arxasında Rusiyanın siyasi maraqları dayana bilər. Rusiya Gürcüstana qaz nəqlinin artırılmasının əleyhinədir. Rusiya bununla həm Azərbaycan, həm də Gürcüstan üzərinə təsir vasitələrini artırmağa çalışır. Hazırda Rusiyanın Gürcüstana iqtisadi təsir qüvvəsi zəifdir. Ancaq qaz güclü təsir vasitəsi ola bilər. Əgər Rusiya qazından asılılıq 15-20 faiz təşkil edərsə, bu, siyasi təzyiq alətinə çevriləcəkdir.
Gürcüstan bu təhlükəni hiss edərək qarşısını almağa çalışır. 2017-ci ilin aprelin 11-də Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, cari ilin sonuna qədər Gürcüstan "Qazprom”dan qaz almaq niyyətində deyil. Onun sözlərinə görə, ilin sonunadək heç bir Rusiya şirkəti ilə qaz alqı-satqısına dair yeni müqavilə imzalanmaycaq.
Rusiya qazının Gürcüstana girməsinə mane olmaq üçün alternativ olaraq Gürcüstan hökuməti cari ilin aprel ayından etibarən əhalini və kommersiya sektorunu yalnızca Azərbaycan qazı ilə təmin etməyi planlaşdırır. SOCAR Gürcüstana qaz verilişini Şahdəniz yatağından Bakı-Tbilisi-Ərzurum qaz xətti ilə təmin edəcək. Verilmiş proqnozlara əsasən, bu il Gürcüstan ümumi olaraq2,457 milyard kubmetr qaz alacaq ki, bunun da 2,347 milyard kubmetri və ya ümumi həcmin 95,5 faizi Azərbaycandan idxal olunacaq. Beləliklə, Gürcüstanın qaz idxalında Rusiyanın payı 4%-ə enəcəkdir.
Bununla Gürcüstan Rusiya Federasiyasından asılılığını tam azaltmaq niyyətindədir. Buna baxmayaraq Gürcüstan tərəfi iqtisadi maraqları üçün Ermənistana tranzit olunan qazdan imtina etmir və imtinanın Ermənistanla münasibətlərinə mənfi təsir edəcəyini səbəb göstərərək həm Azərbaycanı, həm də daxildəki Rusiyaya qarşı olan qüvvələri sakitləşdirməyə çalışır.
Beləliklə, Gürcüstanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün atdığı addımlar sabit xarakter daşımır və hər an gözlənilməz addımların və proseslərin şahidi olmaq mümkündür.
Ramil Tağıyev
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM