Ümumdünya Səhiyyə Təşkilatı qətl hadisələrinin ən çox törədildiyi ölkələrin siyahısını açıqlayıb. Virtualaz.org ÜST-nin tədqiqatının nəticələrinə əsasən xəbər verir ki, dünya üzrə ən çox qətl hadisəsi Hondurasda törədilir – 100 min nəfərə 85,7 qətl. Başqa sözlə, hər 1 milyon nəfər əhaliyə 857 qətl hadisəsi düşür.
Sonrakı yerləri daha iki Latın Amerikası ölkəsi tutur – Salvador (100 min nəfərə 63,2 hadisə) və Venesuela (51,7).
Maraqlıdır ki, ilk “onluğa” daxil olan digər ölkələr də sözügedən regionu təmsil edir - Kolumbiya (48,8), Beliz (37,2), Qvatemala (36,2), Yamayka (35,2), Trinidad və Tobaqo (32,8), Braziliya (30,5) və Dominikan Respublikası (30,2).