Ali məktəblərimizdə hansı kafedra və ya ixtisasın olması zəruridir...

14:31 / 18.05.2017

 

Azərbaycan Respublikasında son illər ərzində təhsil sahəsində aparılan islahatlar təhsilimizin məzmununun və formasının müasir tələblər səviyyəsində qurulmasına və daha da inkişaf etməsinə, şəxsiyyət yönümlü təhsilin formalaşmasına geniş imkanlar açıb. Məhz bunun nəticəsidir ki, respublikamızda formalaşmış şəxsiyyət yönümlü təhsil prosesi artıq dünyanın inkişaf etmiş təhsil müəssisələrinin tələbləri ilə ayaqlaşır.

Son zamanlar ali məktəblərə qəbul, eləcə də dövlət qulluğuna qəbulda məzunların göstərdiyi nəticələr və təhsildəki inkişaf dinamikası dediklərimizin əyani sübutudur. Bu prosesin artan dinamika ilə inkişafı təhsilimizi qabaqda daha da böyük uğurların gözlədiyindən xəbər verir. Dünya fənn olimpiadalarında məzunlarımızın əldə etdiyi uğurlar da dediklərimizin əyani sübutudur.

Amma bütün sadaladığımız məsələlərlə yanaşı, təhsil prosesində qarşılaşdığımız və həllini gözləyən bəzi məsələlər də vardır ki, onların həlli hələ də bizi gözləyir. Belə ki, istər magistraturaya qəbul prosesində, istərsə də dövlət qulluğuna qəbul imtahanlarında məntiq fənni əsas fənn blokuna salınıb. Sadaladığımız bu hallara baxmayaraq respublikada təhsil prosesi ilə məşğul olan ali məktəblərimizin heç birisində “Məntiq” kafedrası fəaliyyət göstərmir. Məntiq fənni yalnız “Fəlsəfə” kafedralarında bir fənn kimi tədris edilir. Misal üçün deyə bilərik ki, Avropa ölkələrinin əksər universitetlərində məntiq kafedraları fəaliyyət göstərir.

Bu fənnin yalnız formal məntiq fənni kimi (Aristotel məntiqi) tədrisi gələcək məzunların həm magistr, həm də dövlət qulluğuna imtahanlarda müəyyən çətinliklərlə qarşılaşmasına səbəb olur. Çünki magistr və dövlət qulluğu imtahanlarında analoji olaraq formal məntiq məsələləri deyil, əsasən riyazi məntiq və fəza məntiqi məsələlərinə üstünlük verilir. Məzunlar isə bu boşluğu doldurmaq üçün əsasən repititorlara müraciət etmək məcburiyyətində qalırlar. Bu isə məzunlar üçün əlavə (maddi) problemlərin yaranmasına səbəb olur.

Son zamanlar elm sahəsində aparılan islahatların nəticəsi kimi AMEA-nın Fəlsəfə İnstitutunda “Məntiq” şöbəsinin açılması ilə bağlı qərar qəbul edilmişdir. Fikrimizcə bu təqdirəlayiq hadisədir. Amma bu şöbədə işləyən elmi işçilərin məntiq sahəsində nə dərəcədə peşəkar və təcrübəli elmi işçi olması özü də yeni suallar yaradır. Çünki ali məktəblərdə nəinki məntiq ixtisası yoxdur, həm də ən yaxşı halda 1 smestr ərzində məntiq kursu keçən sosial elmlər üzrə təhsil alan tələbələrin bu sahədə daha peşəkar və hazırlıqlı olması da təəcüblü görünür. Bəzi ixtisaslarda isə bu kurs tamamilə tədris olunmur. Son illər ərzində hətta fəlsəfə doktoru və elmlər doktoru dərəcələri üzrə elmi iş müdafiə edənlər arasında da məntiq üzrə ixtisaslaşanlar ancaq barmaqla sayıla bilər. Belə olduqda isə məntiq ixtisasının və kafedrasının fəaliyyət göstərməsi artıq xüsusi aktuallıq kəsb edir. Bu hal isə universitetlərdə kafedraların açılmasını zərurətə çevirir. Əgər təhsil sistemində bu boşluq doldurulmasa onda bu sahə yenə də xüsusi “işbazların” fəaliyyət sahəsinə çevriləcək və uzun illər bunun mənfi təsirlərini məzunlar öz üzərində hiss edəcəklər.

Fikrimizcə, respublikanın ali məktəblərində ya “Məntiq” kafedraları yaradılmalıdır, ya da dövlət qulluğu və magistraturaya qəbul prosesində məntiq fənn blokuna daxil olan suallar dünyagörüşü əhatə edən suallarla əvəz edilməlidir. Birincinin yaradılması intelektual kapitalın daha da müasir səviyyədə inkişafına və formalaşmasına təsir etdiyindən daha məqbul hesab edilə bilər. Bu isə sovet dövründən formalaşmış təhsil sistemimizdə yeniliyə doğru atılmış ən mütərəqqi addımlardan biri ola bilər.

Rəşad ƏSGƏROV fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM