Nevropatoloqdan XƏBƏRDARLIQ: "Bu hallarınız varsa, mütləq..."

16:32 / 18.05.2017

Ürək sıxılmaları, baş ağrıları, halsızlıq, qusma, yorğunluq, yaddaşsızlıq son vaxtlar təkcə orta yaş və yaşlıların deyil, gənclərin də ən çox şikayət etdiyi problemə çevrilib. Bəzən bu problemləri fəsil dəyişkənliyi, ya da həyatdakı qayğılarla əlaqələndiririk. Əslində bu əlamətləri özündə müşahidə edənlər daha diqqətli olmalı, ən qısa zamanda həkimə müraciət etməlidir. Çünki bu xəstəliklər ciddi nevroloji problemdən xəbər verə bilər.

Milli.Az bildirir ki, Nəsrəddin Tusi adına Klinikanın nevropatoloqu Tamilla Hacıyeva-Əsgərova bu sahədə illərin ona verdiyi təcrübələrə əsaslanaraq müalicə üsulları və çıxış yolları barədə publika.az-ın suallarını cavablandırıb.

- Belə fikirlər var ki, hər həkim ixtisası üzrə bir orqanı müalicə edir. Nevropatoloq, psixoterapevtlər insanın ruhunu öyrənir. Siz öz işinizi necə xarakterizə edərdiniz?

- Biz bütün bədəni və ruhu müalicə edirik. Çünki beynimizdə yerləşən mərkəzlər bütün orqanları idarə edir. Beyin hipotalamus hormonları buraxır, orqanlar da düzgün işləyir. Hipotalamusu beynin drijoru da adlandıra bilərik. Drijor düzgün işləməyəndə digər orqanların da fəaliyyəti pozulur. Hipotalamusun fəaliyyətinin pozulmasını nevrozlarla da müşahidə edirik. Bəzən insanlarda boğulma, ürəkdə çatışmazlıq, nəfəs almada çətinlik yaranır, hətta reanimasiyaya belə düşürlər. Bu əlamətlər sematik xəstəliklərə oxşayır. Lakin profesional həkim onun nevroz əlamətləri olduğunu bilməlidir. Təəssüf ki, bəzi həkimlər nevroz əlamətlərini allergik reaksiyalar, ya da ürək çatışmazlığı, bronxial astma krizi kimi dəyərləndirir. Təcrübəli nevropatoloq isə xəstəni görən kimi anlayır ki, onunla beş dəqiqə danışmaqla, adi naşatır qoxusu, yaxşı bir sözlə vəziyyətdən çıxara bilər. Ona görə də, deyə bilərik ki, biz bütün orqanizmi müalicə edirik. Nervpatoloq yaxşı həkim, düz adam olmalıdır. Xəstə onunla uşaqların sağlamlığı, maddi problemlərindən tutmuş həyatındakı bir çox məqamları bölüşməlidir. Bəzən 30 dəqiqə xəstə ilə söhbətin problemi müəyyən etmək üçün yetərli olduğu deyilir. Lakin həkim xəstənin probleminin səbəbini müəyyən edənə qədər danışmalıdır. Bu sahədə 50 illik təcrübəm var. Əvvəl texnologiya bu qədər inkişaf etməmişdi. Biz xəstəni adi gözlə müayinə zamanı doğru diaqnoz qoymağı öyrənmişdik.

- Hansı əlamətləri olan şəxsin nevropatoloqa müraciət etməsi mütləqdir?

- Səhər baş ağrıları, qusma, iki görmə, yol gedəndə səndələmə kimi əlamətləri olan şəxslərin nevropatoloqa müraciət etməsi vacibdir. Bunlar ciddi problemlərdən xəbər verə bilər. Udmanın pozulması da ciddi xəstəliyin əlaməti ola bilər. Xəstədə yorğunluq əlaməti varsa, çox danışanda səs batırsa, ikigörmə problemi varsa, onlar mütləq nevrpatoloqa müraciət etməlidir. Bəzən bir dərmanla bu xəstəlikdən xilas olmaq mümkündür. Xəstənin üzü əyilirsə, qolu və ya ayağı keyləşirsə, bu zaman da təcili nevropatoloqa müraciət etməlidir. Çünki bu insult əlaməti ola bilər. Xəstələr bu əlamətləri nəzərə alıb vaxtında müraciət etsələr, ciddi problemlərin qarşısını almaq mümkün olar.

- Bəs bizdə xəstələr adətən, hansı mərhələdə müraciət edir?

- Müraciətlər iki qrupa bölünür. Bəziləri hər adi halı ciddi problemə çevirir. Lakin bir qisim də var ki, ən son məqamda gəlir. Təəssüf ki, bəzən onlara kömək edə bilmirik. Çox vaxt isə gec gəlirlər. Ona görə profilaktik yoxlama olmalıdır.

- Siz təcrübəli həkimsiniz, həm də respublika səviyyəsində tanınırsınız. Son illərdə hansı nevroloji xəstəliklərlə bağlı müraciətlər artıb?

- Son illər ən çox nevroz, depressiyalarla bağlı müraciət edirlər. Onların əsas şikayətləri baş ağrıları, ümumi zəiflik, yuxusuzluq, tez yorulma ilə bağlı olur. Biz də bu insanlara kömək edirik. Bir neçə aylıq müalicədən sonra onlar bizə təşəkkürlə gəlirlər. Çünki sadaladığımız problemlər aradan qalxır. İkinci qrup müraciətlər bel, boyun ağrıları, ətraflarda keyləşmə ilə əlaqədardır. Bu da adətən, fəqərələrdəki dəyişikliklərlə bağlı olur. Osteoxondroz 25 yaşdan sonra bel, sonra boyunda yaranır. Beldəki yırtıqların 90 faizini konservativ yolla müalicə edirik, tam sağalırlar. Hətta 7-8 mmlik yırtıqları belə tam düzəldə bilirik. Çox az xəstəni cərrahi üsulla müdaxiləyə yönləndirik. Üçüncü, ən çox müraciət yaşla əlaqədar yaddaşsızlıq problemi yaşayanlarla bağlıdır. Növbəti yerlərdə skleroz, baş ağrıları, başgicəllənmə, insult keçirənlər aşağı ətraflarda keyləşmə ilə bağlı müraciət edirlər.

- El arasında belə ifadə var ki, bir soyuq, bir də əsəbdən özünü qoru. Çünki bütün xəstəliklərin əsasında bu iki səbəb durur. Siz həkim kimi nə deyə bilərsiniz, həqiqətən əsəb bir çox xəstəliklərin başlandığıcı ola bilir?

- Bu ifadə əsassız deyil. Əsəbilik və soyuqdəymə ilk növbədə immuniteti aşağı salır. Bütün xəstəliklər də məhz bundan sonra üzə çıxır. Dağınıq skeleroz, insult keçirənlər müraciət edərkən problemin əsəb, ya da soyuq dəymədən başladığını deyirlər. Çünki bu iki hal immuniteti birbaşa aşağı salan səbəblərdir.

- Ən çox müraciət edilən problemdən danışarkən yaddaşsızlığı misal çəkdiniz. Bu hal təkcə yaşlı insanlar deyil, gənclər arasında da müşahidə edilir. Səbəbin informasiya bolluğu, beyin yüklənməsi ilə izah edirlər. Sizcə, səbəb nədir?

 

- Yaddaşsızlıq çox böyük problemdir. Bu nevroz xəstələrində də müşahidə edilə bilər. Həmçinin tələbələrdə, beyin yorulanda, rejim düzgün olmayanda, həmçinin yaşlı insanlarda alzaymer, skeleroz başlayanda da yaddaşsızlıq müşahidə edilə bilər. Bunu biz gərək dəqiq müəyyən edib, müalicəsini aparaq. Birinə sadəcə düzgün rejim, digərinə yüngül dərmanlar lazım olur. Alzeymer, skleroza isə uzun müddətli müalicəyə ehtiyac olur.

- Son zamanlar intiharlarla bağlı məsələ tez-tez gündəmə gəlir. Çox zaman bildirilir ki, intiharın qarşısını almaq üçün ətrafdakıların depressiyada olan, intihara meyil edən şəxslərə necə dəstək vermələrinə ehtiyac var. Sizin bununla bağlı tövsiyələriniz nələrdir?

- İntihara meyilli olan şəxsə birinci növbədə ailə kömək etməlidir. Əlbəttə, həkimin də bu məsələdə rolu danılmazdır. Lakin ilk növbədə xəstə özü depressiyadan çıxmaq istəməlidir. Amma bəzin insanlar o quyudan çıxmağa çalışmır. İstəyirlər ki, hər kəs onlara kömək etsin, onların qayğısına qalsın. Həkim də xəstədə inam yaratmalıdır. Bəzi xəstələr olur ki, ona tətbiq etdiyimiz müalicə iki həftə sonra effekt verməlidir, lakin nəticəni daha tez görürük. Çünki müalicəyə başlamamışdan əvvəl mən xəstədə inam yaradıram, beş gün sonra özünü daha yaxşı hiss edəcəyini deyirəm. O da bu sözlərə inanır, özündə güc tapır. Əlbəttə, hər dəfə bu cür olmaya da bilir. Sağalacağına inanmayan xəstəyə həkim sözləri kömək etməsə də, müalicə üçün yazılan dərmanlar mütləq effekt verir.

- Bu dediklərinizi əsas tutaraq nevroloji problemlərin həllində həkim, xəstə və dərmanın rolunu faizlə göstərə bilərikmi?

- Bu suala cavab vermək çətindir. Xəstəliyin növünə görə faiz dəyişə bilər. Lakin təxmini olaraq 50 faiz dərman, 30 faiz həkim sözü, inam, 20 faiz xəstənin özü və ətrafı. Buna görə də xəstəni müalicə edəndə onun yaxınlarını da bu işə cəlb etməyə çalışıram. Xəstə yaxınından ona necə kömək edib, qayğı göstərmələrini soruşuram. Bu, həm doğru müalicə üsulu seçməyimə kömək edir, həm də xəstələrə. Bəzən xəstələr özü etiraf edirlər ki, yaxınları ilə söhbətimdən sonra onların münasibətində müsbət mənada dəyişikliklər görürlər. Deməli, yalnız depressiyada olan xəstə deyil, onun yaxını da nevropatoloq yanına getməlidir.

- Yaz fəslidir, insanlarda halsızlıq, xroniki yorğunluq müşahidə edilir. Bu vəziyyət insanların gündəlik aktiv fəaliyyətinə də təsir göstərir. Çıxış yolu kimi insanlara nə məsləhət görərdiniz?

- Birinci növbədə rejim, normal qidalanmaq, hər gün idman etmək mütləqdir. Dərmanlar, otlaq, polivitaminlər qəbul etməlidir. Bəzən belə hal müşahidə edən insanlar onlara sistem yazmağı məsləhət görür. Lakin bu, doğru deyil. İnsan ilk növbədə özü-özünü müalicə etməlidir. Sistem ən son mərhələdə ola bilər. İsterik vəziyyətlərlə kalsium-xlor yazılmalıdır ki, bədən silkələnsin, ocağı söndürsün.

- Amma nevroloji xəstələrə yazılan dərmanların asılılıq yaratmasından şikayətlər artıb. Siz kimyəvi, yoxsa bioloji tərkibli dərmanlar məsləhət görərdiniz?

- Xəstə özü seçməlidir ki, o asılılıq, yoxsa bu xəstəlik. Dərmana asılılıq yaradan faktor kimi baxmaq doğru deyil. Xəstə sağalandan 6 ay sonra belə antidepresantları qəbul etməlidir. Dərmanın asılılıq yaratması fikri ilə razılaşmıram. Müalicə yazanda da onun yaxşı effekt verməsinə çalışırıq. Nə üçün təzyiq, diabet xəstələri ömür boyu dərman qəbul etməklə razılaşırlar? Nevroloji xəstəliyi olanlar da, sağlamlıqları üçün hər gün bir dərman qəbul etməyə normal yanaşa bilərlər.

- Həkim kimi xəstələri tibbin imkan verdiyi ənənəvi yolla müalicə edirsiniz. Bu gün isə yoqa, meditasiyalar vasitəsilə yorğunluqdan çıxmaq, nevroloji problemləri həll etmək dəbə minib. Bu üsullar həqiqətənmi kömək edə bilir?

- Bu üsulların insanlara kömək etməsi halları ilə mən də qarşılaşmışam. Belə müalicə metodlarının ziyan olmasını eşitməmişəm. İlk növbədə özüm necə kömək edə biləcəyimi müəyyən edirəm. Həmçinin imkan daxilində, gücü, inamı olanlara nevroloji problemlərdən xilas olmaq üçün yoqa, meditasiya etməyi məsləhət görürəm.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM