ABŞ Konqresinin yeni sənədi: münaqişələrə ikili münasibətin təsdiqi

10:38 / 22.05.2017

KİV Amerika Konqresinin 2017-ci il üçün büdcə sənədini qəbul etdiyi barədə informasiya yayıb. Həmin sənəddə Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Bunun üçün ABŞ-ın dövlət orqanları qarşısında vəzifələr qoyularaq həmin ölkələrə ayrılacaq dəstək vəsaiti də göstərilib. Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə zərər verə biləcək hər hansı dövlətə yardım edilməyəcəyi vurğulanıb. Bunlar normal və başadüşüləndir. Lakin həmin sənəddə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün dəstəklənməsinə dair heç nə yoxdur. Avropa və postsovet məkanı ölkələrini "Rusiya aqressiyası"ndan qorumaq üçün 100 milyon dolların ayrılacağı haqqında mücərrəd bir bənd vardır. Ancaq konkret işğalçı olan, təcavüzkar Ermənistana qarşı heç bir müddəa yoxdur. Səbəb nədir? Əgər Rusiya "təcavüzkardırsa", onun regiondakı ən yaxın müttəfiqi, Azərbaycanın 20 faizini işğal etmiş Ermənistan kimdir?

Büdcə sənədi: faktlar və suallar

ABŞ Konqresinin Nümayəndələr Palatası cari il üçün ölkə büdcəsini təsdiq edib. Orada xüsusi xidmət orqanlarının maliyyələşməsi məsələsi də vardır. "Deutsche Welle" nəşrinin yazdığına görə, sənəddə Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün təmini ilə bağlı maddələr də yer alıb. Həmin maddələrə görə, Amerika bu iki ölkənin ərazi bütövlüyünü dəstəkləyir və bunun üçün konkret maliyyə məbləği ayırır.

Vaşinqton Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə xələl gətirən heç bir addımı qəbul etmir. Əksinə, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımış heç bir ölkəyə yardım etməyəcək. Əlavə olaraq, bu regionlara olan Rusiya yardımlarına dəstək verən hər hansı orqan və ya dövlətə Amerika kömək etməyəcək. ABŞ orqanlarına isə belə bir fəaliyyət qəti qadağan edilib (bax:"Территориальная целостность" Украины и Грузии прописана в бюджете США / "Eadaily.com", 5 may 2017).

Bunlarla yanaşı, Krıma da hər hansı yardım qadağan edilir. Onu tanıyan ölkələrə dəstək qadağan olunur. Amerika şirkətlərinin Ukraynanın suverenliyinə zərər verə biləcək addımlar atmadığına nəzarət Maliyyə Nazirliyinə tapşırılıb. Sənəddə bütün bunlar ümumi səviyyədə "Rusiyanın təsiri və aqressiyası"na qarşı durmaq üçün ABŞ-ın ayırdığı 100 milyon dollar çərçivəsində həyata keçirilməlidir. Həmin məbləğ Avropa və postsovet ölkələrində Moskvanın nüfuzunun qarşısını almağa, onun mümkün "aqressiv" davranışlarını əngəlləməyə xərclənməlidir.

Bu məbləğ, əsasən, müxtəlif qeyri-hökumət təşkilatlarına, demokratik institutlara və KİV-in azadlığına sərf edilməlidir. Başqa sözlə, "beşinci kolon" maliyyələşməkdə davam etməlidir. Təcrübə göstərir ki, ümumi ifadələr altında yardımdan söhbət gedirsə, Qərb başlıca olaraq özünə sərf edən hakimiyyətə dəstək verir, lakin müstəqil addımlar atan iqtidarlara qarşı "beşinci kolon"un imkanlarından istifadə edir. Buradan belə bir nəticə alınır ki, əgər yardımın konkret ünvanı (məsələn, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə dəstək kimi) göstərilməyibsə, ümumi ayrılan vəsaitin müstəqil ölkələrin suverenliyinə dəstək olacağı müəmmalıdır. Burada, əksinə, konkret ölkələrin qarışdırılması məqsədi istisna deyil. Həmin səbəbdən bizi 100 milyon ABŞ dollarının bu aspektdəki xərcləri bir qədər başqa kontekstdə maraqlandırır.

Məsələnin bu tərəfinə keçməzdən öncə, Tbilisinin bu informasiyaya reaksiyasına qısa nəzər salaq. Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze vurğulayıb ki, Amerikanın yeni büdcəsi ərazi bütövlüyünün (Gürcüstanın – Newtimes.az) bərpasına və tanınmama siyasətinə əhəmiyyətli dəstək verəcək. O, sözlərinə davam edərək, deyib: "Bizim problem Amerika Konqresi tərəfindən aktiv surətdə dəstəklənir" (bax: əvvəlki mənbəyə).

Bundan başqa, bir qədər əvvəl 30 senator prezident Donald Trampa xüsusi müraciət etmişdi ki, ABŞ-ın Cənubi Qafqazdakı "etibarlı və mətin" regional tərəfdaşı olan Gürcüstana "ikipartiyalı" dəstək davam etsin, yəni respublikaçılar və demokratlar arasında bu məsələdə fikir ayrılığı olmasın.

2017-ci ilin martında isə Gürcüstanın müdafiə naziri Vladimir Çaçibaya bəyan etmişdi ki, ABŞ-la Gürcüstan arasında müdafiə və təhlükəsizliklə bağlı imzalanan memoranduma əsasən Vaşinqton Tbilisiyə 70 milyon dollar yardım edəcək (bax: əvvəlki mənbəyə). Eynilə Amerikanın Ukraynaya olan hərbi yardımları haqqında informasiyalar mövcuddur.

Bəs Vaşinqton bu cür ciddi dəstəklərin fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nələri düşünür? Yuxarıda vurğuladığımız kimi, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə olan yardımlar fonunda bizi problemin bu aspekti maraqlandırır. Məhz həmin məqamda bir sıra müəmmalı faktorlar meydana çıxır.

İlk növbədə, onu deyək ki, Konqresin qəbul etdiyi sənəddə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən ölkələrə qarşı hansısa addım atılacağı qeyd olunmayıb. Orada Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına konkret dəstək ifadə edilməyib. Ümumi ifadə altında yuxarıda vurğuladığımız 100 milyonların Azərbaycanla bağlı hansı məqsədlərə istifadə edildiyi isə təcrübədən məlumdur. Onlar əsas olaraq "beşinci kolon"un bəslənməsinə, buradakı siyasi institutları dəstəkləmək adı ilə anti-Azərbaycan iyi gələn işlərə sərf olunur. Həmin işlər sırasında, təəssüf ki, separatçı qüvvələr də vardır.

İkili standartlar: Ermənistan təcavüzkar deyilmi?

Bunun konkret təsdiqi hər il ABŞ Konqresinin müxtəlif ad altında Dağlıq Qarabağdakı qondarma rejimə milyonlarla vəsait ayırmasındadır. Bu, sirr deyil. Rəsmi olaraq həmin pulu sözdə demokratik, humanist və s. məqsədlər üçün ayırdıqlarını deyirlər. Onda bəs abxaz, yaxud osetinlərin belə bir yardıma ehtiyacı yoxdurmu? Və ya Krımdakı sadə insanların eyni yardıma ehtiyacı yoxdurmu? Təbii ki, var. Ancaq Vaşinqtonu Gürcüstan və Ukraynadakı münaqişələr Rusiya təcavüzkarlığı aspektində maraqlandırırsa, Dağlıq Qarabağ erməni təcavüzkarlığını gizli yolla legitimləşdirmək kontekstində maraqlandırır. Fərq bundan ibarətdir və məhz həmin acı həqiqətə görə, sənəddə Azərbaycanın ərazi bütövlüyünü pozan hər hansı qüvvəyə qarşı konkret mövqe ifadə edilmir.

Bunun fonunda Amerika Ermənistana hər il ciddi maliyyə yardımı göstərir. Vaşinqtonu qane etməyən bircə şey var – İrəvan Moskva ilə dostluq edir. Bu gün Ermənistan Rusiyaya arxa çevirib, Amerikaya üstünlük versə, olacaq regionun ən demokratik ölkəsi, etibarlı və mətin müttəfiq, sülhpərvər, suverenlik aşiqi və s.

Onda ümumi mənzərə necə görünür? Amerika Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək ki, bunu da normal hal hesab edirik. Bu dərəcədə qeyri-obyektiv şəkildə isə Ermənistana, erməni separatçılarına yardımlarını davam etdirəcək. Eyni addımları Vaşinqton Yaxın Şərqdə, Suriya və İraqda atır. Orada da "yankilər" bir sıra terror qruplarına silahlar verir, maliyyə, təlim yardımları göstərir və bu cür oyunla regionun bütün dövlətlərini gərginlik içində saxlamağa çalışır.

Təbii ki, vaxt gələcək, Vaşinqton bu cür əsassız siyasətin fəsadlarını görəcək. Ancaq həm günahsız insanların qanı tökülür, həm də müsəlman ölkələrində dövlətçilik zəiflədilir. Güclü dövlət olmayan yerdə isə çoxlu sayda təhlükələr meydana gəlir. O cümlədən qlobal təhlükəsizlik sistemi işləməz hala düşür. Bunu artıq mütəxəssislər vurğulayırlar. Siyasətçilər isə əvvəlki ikili standartlarını inkişaf etdirməyin izinə düşüblər.

Yuxarıdakı faktlardan aydın olur ki, Cənubi Qafqazda münaqişələrin həlli ilə bağlı Amerikanın dəqiq planı, yaxud fəaliyyət kursu yoxdur. Hələlik amerikalıları Rusiyanın Gürcüstan siyasəti düşündürür. Ermənistanın təcavüzkarlığı sənədə belə yazılmır. Belə şərtlər daxilində regionda təhlükəsizliyin və sabitliyin təmini mümkün deyil. Deməli, hələ bir müddət də risklər və təhdidlər mövcud olacaq. Xüsusilə erməni terroru can almaqda davam edəcək. Onun mənfi sonuclarını isə bütün dünya bir daha hiss edəcək. Maraqlıdır ki, bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin özü məlumat yayıb.

Bu qurumun başında duran Daniel Kouts Senata təqdim etdiyi məruzədə 2017-ci ildə Dağlıq Qarabağda müharibənin alovlana biləcəyini vurğulayıb. O, səbəb kimi tərəflərin "güzəştdən imtina etməsi"ni göstərib (bax: Глава Нацразведки США: война в Карабахе может начаться в 2017 г. / "Eadaily.com", 12 may 2017).

Deməli, yenə ikili standartlar, yanlış əsaslandırma. Müharibənin alovlanmasının başlıca səbəbi təcavüzkar Ermənistanın cilovlanmaması, ona havadarlıq edilməsi və Azərbaycanın təbii haqlarının real olaraq tanınmaması ilə bağlıdır. Bu müstəvidə Konqresin qəbul etdiyi büdcə sənədi Vaşinqtonun ikili standartlar siyasətinə uyğun olmaqla ədalətdən, haqdan çox uzaqdır!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM