Bakıda iki qardaş evdə yanaraq ölüb.
Daxili İşlər Nazirliyindən (DİN) Strategiya.az-a verilən məlumata görə, mayın 22-də saat 17 radələrində Binəqədi rayonu Z.Bünyadov prospektindəki evlərdən birində yanğın baş verib.
Nəticədə evin 18 kv.m sahəsində olan əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibi Aleksandr Cekullayevin və qardaşı Anatolinin yanmış meyitləri tapılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.