Azərbaycan xalqının ağrılı yeri olan Qarabağ probleminə, Ermənistanın total təcavüzü nəticəsində yurd-yuvasından, doğma el-obasından didərgin düşmüş milyondan artıq qaçqın və köçkünümüzün problemlərinə dünya ictimaiyyətinin, özlərini demokratiya, ədalət fədailəri kimi qələmə verən beynəlxalq qurumların etinasız münasibəti artıq aradan qaldırılmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın apardıqları səmərəli və düşünülmüş siyasət nəticəsində artıq beynəlxalq aləm Qarabağ probleminin haradan başladığını, Ermənistanın və bütövlükdə ədalətsizliyin güclü havadarlarının nəinki kim olduğunu, habelə onların ədalətsiz “motivasiyalarını” da anlamağa başlamışlar. Təkcə Xocalı qətliamının bir sıra dövlətlərin parlamentləri, rəsmi qurumları tərəfindən soyqırımı kimi tanınması dediyimizin tutarlı sübutudur. Əlbəttə, Qarabağ probleminin, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və azərbaycanlılara qarşı tarixən apardığı çirkin siyasətin beynəlxalq aləmdə başa düşülməsi və bir çox hallarda etiraf edilməsi işində dövlət rəsmilərinin, tarixçilərimizin, bütövlükdə ziyalılarımızın əməyi böyükdür.
Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun xidmətləri xüsusi qeyd edilməlidir. Dövlət xadimi və məhsuldar elm adamı Əli Həsənov indiyədək nəşr olunmuş çoxsaylı kitablarında, xüsusilə “Azərbaycan-ABŞ: anlaşılmaz münasibətlərdən strateji tərəfdaşlığa doğru” (Azərbaycan dilində, 1997), “Azərbaycan-ATƏT: Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi Ümumavropa təhlükəsizliyi fonunda” (Azərbaycan dilində, 1997), “Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ” (Azərbaycan dilində, 1998), “Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri: 1991-1996” (Azərbaycan dilində, 2000), “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” (dərslik, Azərbaycan dilində, 2005 və rus dilində, 2007), “Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri” (dərslik, 2008), “Geosiyasət” (Azərbaycan dilində, 2005, rus dilində, 2012, türk dilində, 2012 və gürcü dilində, 2015), “Dünya ölkələrinin müasir siyasi sistemləri” (dərslik, 2012), “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” (dərslik, yenilənmiş və təkmilləşdirilmiş, rus dilində, 2013), “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti” (Azərbaycan dilində, 2011, türk dilində, 2013, rus dilində, 2014), “Azərbaycanın geosiyasəti” (Azərbaycan dilində, 2015), “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları” (Azərbaycan dilində, 2016), “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” (Azərbaycan, ingilis və rus dillərində), “Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi və Azərbaycanın geosiyasəti” (türk dilində, 2016), “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazin geoiqtisadi xarakteristikası: Azərbaycanın yeni neft siyasəti” (türk dilində, 2016), “Cənubi Qafqazın hərbi-geostrateji vəziyyəti və Azərbaycanın təhlükəsizlik siyasəti” (türk dilində, 2016), “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” (Azərbaycan dilində, 2016) kimi monoqrafiya və dərsliklərində problemin tarixi köklərini göstərmiş, Azərbaycanın sülhsevər dövlət siyasətinin mahiyyətini açmış, beynəlxalq dünyaya Azərbaycanın haqq səsini çatdırmağı qarşısına məqsəd qoymuşdur.
Professor Ə.Həsənov sadaladığımız və adlarını çəkmədiyimiz 30-dan artıq fundamental kitabının bir çoxunu həm də dünyanın beynəlxalq aləmdə işlək olan dillərində nəşr etdirmişdir. Çünki Qarabağ probleminə bağlı əsərləri yalnız Azərbaycan dilində nəşr etdirmək, xalq dilində desək, “özü deyib, özü eşitmək”dən başqa heç bir səmərə verməzdi. Məhz bunu nəzərə alan müəllif bu yaxınlarda nəşr etdirdiyi iki fundamental kitabını - “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” və “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” əsərlərini səkkiz dildə nəşr etdirmişdir. Biz elə bu andaca müəllifin bu vacib əsərlərinin mətnlərini Azərbaycan dilindən xarici dillərə çevirmiş və həm də mütəxəssislərin verdikləri qiymətə görə yüksək peşəkarlıqla tərcümə etmiş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına bir oxucu və bir vətəndaş təşəkkürümüzü bildiririk...
Professor Ə.Həsənovun yeni kitablarının kontent-analizindən əvvəl onların 8 dildə təqdim olunmasının əhəmiyyətini qeyd etmək istərdik. Əlbəttə, yuxarıda bu barədə bəzi fikirlər ifadə etmişik. Lakin indiki halda adı çəkilən kitabların dünyanın aparıcı səkkiz dilində nəşrini fenomenal bir hadisə kimi qiymətləndirmək istərdik. Ona görə fenomenal hadisədir ki, bu kitabların Azərbaycan dilindən əlavə, dünyanın ən işlək - türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində nəşr edilməsi həmin dillərdə danışan insanların, tədqiqat aparan tarixçilərin, siyasilərin, diplomatların, politoloqların, sosioloqların gərəyi olacaqdır. Bu məqamda sadəlövhcəsinə belə bir şey də düşünmək olar: həmin o səkkiz dilin oxucusuna bu kitabların çatdırılacağı absurd deyil ki? Qətiyyən deyil. Gəlin bircə anlığa informasiya texnologiyasının bugünkü qlobal imkanlarını yada salaq. Axı, indi internet resursları sırasına yerləşdirilmiş kitablar milyonların, milyardların asanlıqla tanış olmaq faktına çevrilir. Dünyanın bir çox ölkəsində Qarabağ problemini araşdıran tarixçi alimlər var və biz tez-tez dünya politoloqlarının problemə münasibət bildirən əsərlərinin şahidi oluruq. Bax, belə məqamlarda səkkiz dildə internet resurslarında yer almış bu dəyərli mənbə həqiqəti öyrənməyə çox kömək edir.
Professor Əli Həsənovun haqqında bəhs etdiyimiz kitablarında, məsələn, mətnin elə rus dilində də olması əsər barədə beynəlxalq aləmin dərhal reaksiyasına səbəb oldu. Mətbuatdan da xəbər tutduğumuz kimi, aprelin 26-da Rusiyanın nüfuzlu “pravda.ru” internet portalında alimin bu yeni kitabları haqqında geniş məqalə dərc edilmişdir. Sayılıb-seçilən bu xəbər portalı kitabların səkkiz dildə olmağını xüsusi qeyd etməklə, dünyanın digər dillərində fəaliyyət göstərən internet portallarına da bir mesaj göndərir. Rusiya internet-portalı professor Əli Həsənovun kitablarına dair xüsusi məqaləsini belə adlandırıb: “Əli Həsənovun kitabları: Xocalı faciəsindən Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru”. Bu sərlövhə özü Rusiya jurnalistikasının problemə yeni münasibətinin göstəricisidir. Həqiqətən də professor Əli Həsənovun Ermənistanın Azərbaycana təcavüzü, eləcə də ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələlərini obyektiv təhlil süzgəcindən keçirməsi və Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması ilə bağlı apardığı lakonik və çox müfəssəl tədqiqatları dünyanın diqqətini problemin ədalətli həllinə yönəltmək məqsədi daşıyır.
Biz “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlanan əsəri digər kitaba - “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması”na əsas verən tədqiqat kimi birinci sırada görürük. Doğrudan da, ermənilərin Azərbaycana qarşı çirkin əməllərinin, təcavüz, soyqırımı proseslərinin tarixi mərhələləri var ki, bu mərhələlər XX əsrin sonunda bəzi böyük güclərin dəstəyi ilə özünün epogeyinə çatdı. Bu təcavüzün mərhələləri ilə bağlı fikirlərini kitabın giriş sözündə müəllif özü qısa şəkildə belə izah edir: “Səkkiz dildə oxuculara təqdim edilən kitabın əsas məqsədi son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti, eləcə də bu millətçi-şovinist siyasətin əsas mahiyyətinin öyrənilməsidir. Həmçinin XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə, dövlət terrorizmi və soyqırımı siyasətinin sistemli şəkildə tədqiq edilərək ictimaiyyətə çatdırılmasıdır”. Bu cümlədəki “sistemli şəkildə” ifadəsi bizi daha çox cəlb edir və bu sistemlilik qısa, lakonik bir mətndə çox ustalıqla həyata keçirilir. Bu mərhələlərdən biri ermənilərin Azərbaycan torpaqlarına köçürülmə prosesindən başlayıb, XX əsrin əvvəllərindəki etnik təmizləmə və soyqırımı siyasəti, həmin əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının nəticələrinə qədər mükəmməl şəkildə oxucuya çatdırır. Bu üç ciddi tarixi mərhələnin lakonik təqdimi müəllifə daha çox ona görə lazım olmuşdur ki, adətən hər şeyi deyən, amma yorucu olmayan mətnlər müasir dövrdə həm tez oxunur, həm də uzun olmayan belə bir mətnin səkkiz dildə təqdim edilməsi daha çox səmərəli olur.
Erməni xislətini və Ermənistanın iki əsrlik təcavüzkar siyasətini ayrı-ayrı tarixi mərhələlər üzrə tədqiq və ifşa edən, erməni “tarixçilərinin” elmi saxtalaşdırmasını dəqiq faktlarla heçə endirən bu mətnin sonunda müəllifin böyük dövlətlərə belə bir məntiqi çağırışı var: Bütün bunlara görə “böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almalı, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”. Müəllifin bu çağırışına əsas verən faktları təkcə mətnlə deyil, çoxsaylı vizual sənədlər, arxiv fotoları və materialları ilə müşayiət olunur. Bu sənədlərin bir çoxunda sovet ideoloji maşınının həmin etnik təmizləmə mərhələlərində Ermənistana necə dəstək olması faktı xəbərsiz oxucunu bir tərəfdən heyrətə salır, digər tərəfdən hamımızı bir daha ayıq-sayıq olmağa çağırır. Kitabda Qarabağın işğal olunmuş şəhərlərinin işğaldan əvvəl və işğaldan sonrakı vəziyyətini təsvir edən çoxsaylı fotolar qəlbimizi nə qədər ağrıtsa da, bu ağrının Vətən uğrunda mübarizəyə səslədiyi də yaddaşlara çökür.
Haqqında bəhs etdiyimiz kitabların ikincisi - “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabı birincinin məntiqi davamı və məntiqi sonluğudur. Çünki müəllifin birinci kitabda təqdim etdiyi azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı mərhələləri məntiqi olaraq Xocalı qətliamına gətirib çıxarmışdır. Ermənistanın bütün məqamlarda törətdiyi cinayətlərə görə nəinki cəzasız qalması, həm də yeri gəldikcə bəzi dövlətlərdən cinayətə dəstək alması tarixdə görünməmiş bir faciənin - soyqırımının baş verməsi ilə nəticələndi. Bununla yanaşı, kitabda soyqırımına gedən yolun da mərhələləri qısa və aydın şəkildə təqdim olunur.
Müəllif, ilk növbədə, XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin genezisini, daha sonra indiki nəslə çox yaxın bir tarixin - XX əsrin sonlarında Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının real faktlarını xüsusi tədqiqatla açıb göstərir.
Əsərin çox maraqlı bölmələrindən biri “Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması” adlanır. Bu bölmə lap ilk sətirlərdən belə bir həqiqəti xatırladır ki, “bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir”. Müəllif Heydər Əliyevin 2002-ci il fevralın 25-də Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindəki qəti bir fikrini misal gətirir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Professor Ə.Həsənovun bu gün 8 dildə dünyaya təqdim etdiyi iki kitabdan birinin “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlandırılması Heydər Əliyevin bu fikrini elmi tezis kimi əsas götürmüş və Xocalı soyqırımını məhz bu istiqamətdən təhlil etmişdir.
Müəllif Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının möhtəşəm mahiyyətini izah edərək göstərir ki, kampaniyanın əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Daha sonra əsərin müəllifi Xocalı soyqırımının dünyanın beynəlxalq təşkilatlarının tanıması və tanıtması ilə bağlı fəaliyyətinin aydın xronikasını oxucuya təqdim edir. Bütün bunlardan oxucu belə bir təsəlli tapır ki, Azərbaycan bu faciəni dünyaya tanıtmaq istiqamətində bir sıra yeni formatların səmərəli fəaliyyətinə nail olmuşdur. Xocalı faciəsi beynəlxalq aləmdə soyqırımı kimi daha geniş necə tanıdılır? Kitab bu suala çox maraqlı faktlarla cavab verir.
Professor Ə.Həsənov bu tanıtımın davam edəcəyinə və onun bugünkü, sabahkı nəticələrinə inamı Azərbaycan Prezidenti İlham Əliyevin soyqırımının 20-ci ildönümü haqqında imzaladığı Sərəncamdan gətirdiyi bir sitatla sübuta yetirir: “Azərbaycanlılara qarşı erməni millətçi-şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Bu, beynəlxalq aləmə təqdim olunan kitabın mətn hissəsinin son cümləsidir. Bu son cümlə bizdə belə bir qəti inam yaradır ki, Azərbaycan dövləti lap yaxın gələcəkdə özünün ədalət haqqına mütləq qovuşacaq.
Amma kitab bununla bitmir. Əsasən beynəlxalq aləmdə tədqiqat aparan, hadisələri obyektiv qiymətləndirmək gücündə olanlara ünvanlanan bu kitabda Qarabağ problemi və xüsusilə Xocalı hadisəsi ilə bağlı dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində əksini tapmış jurnalist yazılarının mənbələri təqdim olunmuşdur. Hər iki kitabın anonslarında da deyildiyi kimi, burada “Azərbaycan xalqının müxtəlif dövrlərinə dair sənədlər və xəritələr, yeni münaqişənin nizama salınmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da verilmişdir”. Eyni zamanda, Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər də müxtəlif dillərdə təqdim olunmuşdur.
Tədqiqatçıların bu mənbələrə nəzər salması kifayətdir ki, həqiqətin bir üzü olduğu bilinsin. Kitabda müxtəlif dillərdə izahını tapan çoxsaylı sənədlərin orijinal surətləri Xocalı həqiqətinin dünyaya tanıdılması, Ermənistanın dövlət səviyyəsində terrorçuluq siyasətinin ifşası, Xocalı soyqırımının bir sıra xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə tanınması kimi vacib faktları geniş oxucuya təqdim edir.
Dövlət xadimi, yorulmaz tədqiqatçı, professor Əli Həsənovun bu kitabları Ermənistanın Azərbaycana qarşı terrorçuluq və işğalçılıq siyasətini bir daha dünya ictimaiyyətinə çatdırmaq işində çox mühüm addım kimi maraq doğurur. Kitabların maraqlı bir formatda nəşr olunmasına Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Baş direktoru Aslan Aslanovun buraxılışa məsul bir şəxs kimi, siyasi elmlər doktoru, professor Elçin Əhmədovun elmi redaktor kimi zəhmətlərini ayrıca qeyd etmək istərdik. Dünyanın səkkiz beynəlxalq işlək dilində nəşr olunan bu iki fundamental kitab Ermənistanın Azərbaycana qarşı iki əsr boyu törətdiyi çoxsaylı cinayətlərin yeni formatda tanıdılması sahəsində hadisə kimi qiymətləndirilməlidir.
Nizami Cəfərov,
filologiya elmləri doktoru, akademik
Cahangir Məmmədli,
filologiya elmləri doktoru, professor
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM