Paytaxtda səfirliyə məxsus avtomobil qəzaya uğrayıb.
APA xəbər verir ki, Nəsimi rayonunun Yusifbəyli küçəsində Gürcüstanın Azərbaycandakı səfirliyinə məxsus "Nissan" markalı avtomobil "Iveco" markalı, 90 JR 244 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.