Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyaya gedib.
Strategiya.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Z.Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.
Toplantı mayın 26-da Moskva şəhərində keçiriləcək.