“Respublikası Günü” və Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25-ci ildönümü ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə Nyu-Yorkda rəsmi qəbul keçirilib.
Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov “Respublika Günü” və Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümü ilə əlaqədar açılış nitqi ilə çıxış edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun “Respublika Günü” və Azərbaycanın BMT-ə üzvlüyünün 25-ci ildönümünə həsr edilmiş qəbulda açılış nitqi:
Xanımlar və cənablar, Hörmətli dostlar və qonaqlar,
Azərbaycan tarixində iki görkəmli günü – Respublika Günü və Azərbaycanın BMT-ə üzvlüyünün 25-ci ildönümünü qeyd etmək üçün bugün bizimlə birgə olduğunuza görə Sizə minnətdarlığımı çatdırmaq istərdim.
Azərbaycan BMT-ə üzv olduğu gündən üzləşdiyi iqtisadi çətinliklərə və ölkəmizə qarşı təcavüzə, eləcə də onun dağıdıcı nəticələrinə baxmayaraq, iqtisadi və siyasi cəhətdən dinamik müasir dövlətə çevrilərək özünü etibarlı tərəfdaş kimi sübut edib. Biz bu müddət ərzində BMT-nin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk.
Azərbaycan ardıcıl surətdə BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə, məqsəd və məramlarına münasibətdə öhdəliklərinə tam sadiqlik nümayiş etdirib, sədaqətlə təşkilatı dəstəkləyib və onun fəaliyyətinə fəal surətdə töhfə verib.
Bu qısa dövr ərzində Azərbaycan BMT-nin iki əsas orqanına, daha dəqiqi Təhlükəsizlik Şurası (2012-2013) və İqtisadi və Sosial Şura (2003-2005 və 2017-ci ildən növbəti 3 illiyə), habelə İnsan Haqları Komissiyası (2005-2006), İnsan Haqları Şurası (2006-2009) və təşkilatın digər seçkili orqanlarına və qurumlarına üzv seçilib.
Azərbaycan BMT çərçivəsində humanitar, insan hüquqları, iqtisadi və mədəni məsələlərlə bağlı qəbul olunmuş çoxsaylı qətnamələrin əsas müəllifdir.
Mənim ölkəm beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin qorunmasında öhdəliklərinə tam sadiqdir və bu istiqamətdə davamlı səylər göstərir. Hazırkı zamanda dünyanın və bizim regionun qarşılaşdığı xüsusi çağırışları aydın şəkildə anlayaraq, Azərbaycan beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələri əsasında Cənubi Qafqazda və ondan kənarda uzunmüddətli sülhün yaradılmasına töhfə verməyi davam etdirəcəkdir.
Bu ilin əvvəlində Baş katibin Təhlükəsizlik Şurasında çıxışı zamanı qeyd etdiyi kimi “milli suverenliyə və ərazi bütövlüyünə qarşı olan təhdidlər nizamnaməyə uyğun olaraq qanunun aliliyinə əsaslanan beynəlxalq nizamı qorumaq və möhkəmləndirmək üçün birgə işləməli olduğumuza xatırlatmadır”.
Ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmamazlığı prinsipi əsasında siyasi həllinə sadiqdir. Bunu beynəlxalq hüquq tələb edir və BMT Təhlükəsizlik Şurası, Baş Assambleyanın münaqişəyə dair müvafiq qətnamələrinin birmənalı tələbidir. Ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla qaçqın və məcburi köçkün vəziyyətinə düşməsində əziyyət çəkən ölkə kimi Azərbaycan regionda sülh, stabillik və inkişafı təmin edə biləcək münaqişənin ən qısa müddətdə həllində əsas maraqlı tərəfdir.
Azərbaycan tərksilah və silahların yayılmamasına dair müvafiq beynəlxalq alətlərindən irəli gələn öhdəliklərə tam əməl edir və beynəlxalq terrorla mübarizə səylərinə ardıcıl surətdə töhfə verir.
Qlobal iqtisadi böhran və digər çağırışlara baxmayaraq, biz ölkənin mərhələli iqtisadi artımını qoruyub saxlayaraq inkluziv və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində səyləri davam etdiririk. 6 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev qlobal inkişaf məqsədləri və hədəflərinə uyğun olaraq milli prioritetlərin və onların göstəricilərinin 2030-cu ilədək müəyyənləşdirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun müvafiq Dövlət proqramlarının və strategiyaların qəbul edilməsi və illik milli DİM tərəqqi hesabatının hazırlanmasını təlimatlandıracaq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb. Bu illər ərzində biz müxtəlif regionlardan olan çoxsaylı ölkələri humanitar və digər yardımlarla təmin etmişik.
Azərbaycan milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə önəm verir. Azərbaycanda 2016-cı il Multikulturalizm, 2017-ci ili isə İslam Həmrəyliyi İli elan olunub.
2016-cı ilin aprelində Azərbaycan “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu təşkil edib.
Mədəniyyətlər və sivilizasiyalar arasında mədəni körpü kimi Azərbaycanın rolu 2015-ci ildə Birinci Avropa Oyunlarına və ən son İslam Həmrəyliyi Oyunlarına, eləcə də digər əhəmiyyətli beynəlxalq mədəni və idman tədbirlərinə ev sahibliyi etməsində özünü bir daha nümayiş etdirib.
Azərbaycan sülh, təhlükəsizlik və dayanıqlı inkişaf yolunda birgə səylərə həqiqətən töhfə verən fəal və güclü tərəfdaş olub və olaraq qalacaq.
Son olaraq, mən bir daha bu gün bizimlə olduğunuza görə sizə təşəkkür edirəm. Sağ olun!
Çıxışdan sonra tədbir konsert proqramı və ziyafətlə davam edib. Tədbir əsnasında Azərbaycanın BMT ilə əməkdaşlığına dair foto-sərgi təşkil olunub.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM