Alfa lipoik turşusu 1980-cı illərin sonlarında kəşf edilib. İlk illərdə vitamin adlandırılan alfa lipoik turşusunun bir çox faydaları var. Alfa lipoik turşusu son illərdə bir çox araşdırmanın əsas obyekti olub. Bu maddə həm suda, həm də yağda həll olmaq qabiliyyətinə malikdir. Antioksidant xüsusiyyətlərini özündə ehtiva edən maddə yaşlanmaya qarşı güclü silahdır. Araşdırmalarda məlum olub ki, alfa liopik C, E vitaminləri və digər antioksidantlardan çox daha güclüdür. Alfa Lipoik turşusu C və E vitamini, Co-enzym Q10 və Glutation kimi digər antioksidantlar arasında güclü antioksidant şəbəkəsi əmələ gəlməsini dəstəkləyir və digər antioksidantların bədəndə istifadəsini artırır.
Berkli Universitetində aparılan tədqiqatda alfa lipoik turşusu ilə L-Carnitinin birgə istifadəsi hüceyrələrin həyat müddətini uzatdığı göstərilib. Bəzi araşdırmalar isə alfa lipoik turşusu həblərinin arıqlamağa kömək etdiyini iddia edir.
Bu həblərin insan sağlamlığına təsirini araşdırdıq. Azərbaycanlı dietoloq və "Sağlam bəslən-arıqla” kitabının müəllifi Leyla Zülfüqarlı alfa lipoik turşusu haqqında ətarflı məlumat verib:
"Təbii ki, doymamış yağ turşularının bu və ya digər şəkildə arıqlamağa təsiri var, amma bu problemi bir tərkibin sayəsində həll etmək olmaz. İlk növbədə kökəlməyə səbəb olan bir sıra məsələləri aradan qaldırmalıyıq. Təkcə bir maddədən möcüzə gözləmək absurd və səhv olardı. Çünki mexanizm bir tərkibin üzərində qurulmur. Odur ki, alfa lipoik turşusunu içməklə arıqlamaq mümkün deyil”.
Mütəxəssis bildirib ki, insanlar qidalanmada çoxsaylı səhvlərə yol verdiyi üçün artıq çəkidən əziyyət çəkir: "Bəşəriyyətdə piylənmə ciddi rəqəmlərə çıxmaqdadır. Azərbaycanda ölkənin genefonduna görə, əhalinin 60 faizi kökəlməkdən əziyyət çəkir. Və kökəlmənin əsas səbəblərinin 56 faizini səhv qidalanma təşkil edir. Yerdə qalan 4 faizi isə genetik və digər səbəblərdən dolayı baş verir. Təbii ki, alfa lipoik turşusunun köməyi ilə bu qədər kökəlmənin qarşısını almaq qeyri-mümkündür. Köklükdən xilas olmağımızın birinci aparıcı qüvvəsi sağlam qidalanmadır. Buna görə də mətbəximizdə islahatlar aparmağa başlamalıyıq. Sağlam qidalanma böyük bir elmdir. Onun çox ciddi müddəaları var. Müddəaların birini edib, digərini etməsək, yenə müsbət nəticələr verməcəyək. Rasional qidlanma balanslaşma rejimində edilməlidir, bütün parametrlərə cavab verməlidir. Bunları etməyən insan bütün günü bu tərkibi içsə, hansı effektdən söhbət gedə bilər? Bir mütəxəssis kimi həblər vasitəsilə arıqlamağa çalışan insanları sözsüz ki, qınayıram. Onları bu yoldan çəkinməyə səsləyirəm. Dərman vasitələri ilə arıqlamaq məsləhət deyil. Ən sağlam üsul rasinol qidalanmaya riayət etməkdir”.
Oxucuları müxtəlif ölkələrdə alfa liopik turşusu ilə bağlı aparılan araşdırmaların nəticələrini ilə tanış edirik.
Alfa lipoik turşusu ehtiva edən qidalar
Alfa lipoik turşusuna qırmızı ət, böyrək və qaraciyər kimi məhsullarda, həmçinin pivə mayası, gül kələmi, ispanaq, pomidor və yaşıl noxud kimi bitkilərin tərkibində rast gəlinir. Bu yaxınlarda isə alimlər orqanizmimizin da kiçik miqdarda alfa lipoik turşusu istehsal etdiyini kəşf edib. Eyni zamanda alfa lipoik turşusu həb şəklində bəzi xəstəliklərin müalicəsində istifadə edilir.
Alfa lipoik turşusunun 10 faydası
1. Alfa lipoik turşusu orqanizmimizin ərzaqlardan istehlak etdiyi karbohidratlardan, yağlardan və zülallardan enerji istehsal olunmasında B vitamininə yardım edir. Xroniki yorğunluğu aradan qaldırır.
Bədəni oksigen azlığı nəticəsində yaranmış problemlərdən ən yüksək səviyyədə qoruyur. Yağda həll edildikləri üçün hüceyrə qılafını keçib hüceyrə içindəki genetik şifrəni qorumaq şərti ilə xərçəngə qarşı önləyici rol oynayır.
2. Alfa lipoik turşusu xəstəxanalarda qaraciyərə təsir edən zəhər müalicəsində iynə yolu ilə istifadə edilir.
3. Alfa lipoik turşusu diabetik müalicədə də istifadə olunur. ( 1 və 2-ci tip diabetdə)
2-ci tip diabet xəstəliyində qanda şəkərin səviyyəsinin tənzimlənməsində rol oynaya bilər. Şəkər xəstələrində görülən ağrıları və ətalət hissini yüngülləşdirə bilər.
Araşdırmalar göstərib ki, alfa lipoikin HİV və qaraciyər xəstəliklərin müalicəsində də faydalı ola biləcək. Heyvanlar üzərindən aparılan sınaqlarda alfa lipoik turşusunun HİV virusunun böyüməsini əngəllədiyi məlum olub, lakin insanlar üzərində eyni təsirə malik olub-olmayacağı hələlik məlum deyil.
1995-ci ildə aparılan araşdırmanın nəticələrinə görə, alfa lopoik turşusu katarakt proplemi olan şəxslərin müalicəsində müsbət istiqamətdə təsir göstərib.
Klivlend Klinikasından verilən açıqlamaya görə, alfa lipoik turşu tərkibli kremlər dəri qocalmasının qarşısını alır.
5. Alfa lipoik ürək xəstəlikləri nəticəsində baş verə biləcək qəfil ölümlərin də qarşısını almaqda yardım edir.
6. Bu turşu beyin funksiyalarını qoruyur, eyni zamanda altsheymer kimi xəstəliklərdə hafizə itkisinin qarşısını alır.
2007-ci ildə "Journal of Neural Transmission”da nəşr edilən araşdırmanın nəticəsinə görə, gündəlik 600 mq-lıq alfa lipoik turşusu Alzheimer xəstəliyinin inkişafını ləngidir.
7. Alfa Lipiok turşusu beyin hüceyrələrinin mühafizəsinə yardım edir.
8. Antioksidant kimi bədəni xərçəngdən qorunması barədə araşdırmalar davam edir.
İmmun sisteminin fəallığını artırır, həmçinin radiasiyanın zərərli təsirlərindən qoruyur.
9. Alfa lipoik sinirlərə qan axınının artmasına yardım edir və beləliklə bədən üzvlərinin uyuşmasının qarşısını alır.
10. Qaraciyəri zərərli hüceyrə dəyişikliklərindən qoruyur və toksinlərin orqanizmdən atılmasında yardımçı olur.
Gündəlik doza:
Ümumi istifadə üçün 30 - 100 mq.
Diabet müalicəsində - 3x200 mq.
Sinir, qaraciyər funksiyalarında qan dövranını yaxşılaşdırmaq məqsədilə gündəlik 600 mq-a qədər istifadə edənlər də var.
Həm kapsul, həm də inyeksiyalar şəklində tətbiq edilir.
Zərərləri varmı?
Qalxanabənzər xəstəlikləri olan şəxslər və diabetik dərman istifadə edənlər həkim razılığı olmadan istifadə etməməlidir. Çünki Metmorfin (Glucophage), glipizid (Glucotrol) və gliburid (Diabetə) kimi qanda şəkərin miqadarını aşağı salan dərmanlarla birlikdə istifadəsi mənfi təsirə səbəb ola bilər.
Alfa lipoik turşusu bəzi metabolik yollarda ferment fəallıqlarına təsir göstərə bilər. Ümumiyyətlə, həkim məsləhəti olmadan istifadə edilməsi məsləhət deyil.
Sitokin P 450 kimi ferment sistemiylə həzm olunan dərmanlarla bu növ məhsulların birlikdə istifadəsi bəzən mənfi nəticələrə gətirib çıxara bilər.
Yüksək dozalarda mədə ürək bulanması və ishal kimi yan təsirləri mümkündür. Çox artıq qəbulu qanda şəkərin miqdarının aşağı düşməsinə yol açar.
Bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər.
Alfa lipoik turşusu metal yaradan bir maddə olduğu üçün maqnezium, dəmir və süd kimi kalsium tərkibli məhsullarla bir yerdə qəbul edilməməlidir.
B1 vitamini çatışmazlığı olan şəxslərin istifadə etməsi məsləhət görülmür.
Hamiləlik və əmizdirmə dövründə istifadə olunmamlıdır.
publika.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM