Şamaxının Dəmirçi kəndi ərazisində rayon mərkəzindən 35 kilometr məsafədə, dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerli əhali arasında Gəgəli yaylağı adı ilə tanınan ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub.
Nekropolun ərazisi təxminən 3 hektara yaxın sahəni əhatə edir
AZƏRTAC xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası mayın 7-dən başlayaraq burada tədqiqatlar aparır. Professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar 28 qəbir açıb, onlardan 18-i təmizlənərək öyrənilib. Nekropolun ərazisi təxminən 3 hektara yaxın sahəni əhatə edir. Həmin ərazidə ilkin arxeoloji tapıntılar hələ 2015-ci ildə yol çəkilərkən təsadüfən aşkarlanmışdı.
Dəmirçi kəndi ərazisindəki nekropolda əsaslı tədqiqatlar “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-dək daş qutu qəbir qeydə alınıb.
Skeletlər üzü əsasən şimal-şərq istiqamətində basdırılıb
Kvadrat formada olan qəbirlərin hamısının divarları çaydaşı və ya əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üzəri isə iri sal daşlarla qapanıb. Qəbirlərin üst örtüyü kimi istifadə olunan sal daşların əksəriyyətinin uzunluğu 2 metr, eni 1,5 metr, qalınlığı isə 10-40 santimetrdir. Bu daşların ağırlığı 150-300 kiloqramdan çoxdur. 6-7 nəfərin çətinliklə yerindən tərpətdiyi bu cür ağır və iriölçülü daşların buraya necə gətirilməsi və səliqə ilə qəbirlərin üzərinə yerləşdirilməsi maraq doğurur.
Qəbirlərdə skeletlər sıx və ya zəif bükülü vəziyyətdə olmaqla sol böyrü üstə, üzü əsasən şimal-şərq istiqamətində aşkar olunub.
Gümüş camın içində aşkarlanan parça qalıqları Azərbaycan ərazisində tapılan ən qədim parça nümunəsidir
Professor Qafar Cəbiyev AZƏRTAC-ın müxbirinə müsahibəsində daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin və çeşidli maddi-mədəniyyət nümunələrinin tapıldığını bildirib: “Tapıntılar içərisində keramika məmulatı üstünlük təşkil edir. Bu tapıntılar əsasən təkqulplu ağzı büzməli formada olan su qablarından ibarətdir. Zoomorf lüləkli, bir neçə qulpu olan müxtəlif ölçülü və formalı məişət qabları da çoxluq təşkil edir. Daş qutu qəbirlərdə şüşə və metal nümunələr də aşkarlanıb. Metal əşyalar içərisində dəmir silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir”.
Tədqiq olunan 10 və 11 saylı qəbirlərdə skeletin başının altında gümüş cam tapılıb. Elmi cəhətdən çox mühüm tapıntılardan birisi isə həmin camların içərisində skeletin başı altında parça qalıqlarının aşkar olunmasıdır. Professorun qənaətinə görə, bu, hələlik Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan ən qədim parça nümunəsidir. 10 saylı qəbirdəki skeletin yanına iri dəmir qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və ya toplum içərisində xüsusi nüfuza malik hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.
Nekropolun eramızın III-IV əsrlərinə aid olduğu güman edilir. Xatırladaq ki, analoji abidələr Xalqların Böyük köçü dövründə Uzaq Şərqdən tutmuş Şərqi Avropaya qədər türk xalqlarının yaşadığı ərazilərdə geniş yayılıb. Şübhəsiz, Dəmirçi nekropolunda aşkar edilənlər qədim Azərbaycan dövləti olan Albaniyanın tarixini, xüsusilə də dəfn adətlərini, ənənəvi məişət və mədəniyyətinin ayrı-ayrı aspektlərini daha dərindən öyrənmək baxımından mühüm elmi əhəmiyyət kəsb edir.
Dəmirçi nekropolunda arxeoloji tədqiqatlarla yanaşı, ekspedisiya tərəfindən Dəmirçi, Zarat və Zarat-Xeybəri kəndlərinin əhalisinin məişət və mədəniyyəti də tarixi-etnoqrafik aspektdən öyrənilməkdədir. Eləcə də ətraf ərazidə daş qutu qəbirlərdən ibarət daha bir neçə nekropol qeydə alınıb. Dəmirçi nekropolunda qazıntılar və aşkar olunan materialların elmi cəhətdən öyrənilməsi işləri davam etdirilir.
Azərbaycan ərazisində daş qutu qəbirlər hələ tunc dövründən məlumdur
Professor, həmçinin bildirib ki, Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində müxtəlif növ qəbir tipləri aşkar olunub. Məsələn, alban dövrünə aid abidələrdə ölülərin küp, təknə, sadə torpaq, katakomba və daş qutu qəbirlərdə dəfn olunduğu müəyyən edilib. Diqqəti cəlb edən məqamlardan birisi də budur ki, daş qutu qəbirlər əsasən dağlıq, dağətəyi və yamac yerlərdə qeydə alınıb. Azərbaycan ərazisində daş qutu qəbirlər professor Cabbar Xəlilov tərəfindən XX əsrin 50-60-cı illərində Xınıslıda (Şamaxı rayonu) geniş miqyasda tədqiq olunub. Maraqlıdır ki, Azərbaycan ərazisində daş qutu qəbirlər hələ tunc dövründən məlumdur.
Ekspedisiya rəhbərliyi hesab edir ki, Dəmirçi nekropolunda və ətraf ərazidə arxeoloji tədqiqatlar daha geniş miqyasda davam etdirilməlidir.
Dəmirçi nekropolunda “Qaranlıq turizmi” konseptinin tətbiq edilməsi təklif olunur
Qeyd edək ki, Bakı, Şabran və Şamaxı şəhərlərini Lahıcla birləşdirən qədim karvan yolunun üzərində yerləşməsini və həmin yolun yenidən qurulması nəticəsində bölgənin turizm regionuna çevrilməsi perspektivini nəzərə alsaq, Dəmirçi nekropolunun konservasiyası məqsədəuyğun olardı.
MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli Azərbaycanda ilk dəfə olaraq yeraltı abidələrlə tanışlıq - “Qaranlıq turizmi” (Dark tourism) konseptinin Dəmirçi nekropolunda tətbiq olunmasını təklif etdiklərini və bu konsept əsasında abidənin konservasiya, bərpa və təbliğatının aparılmasının dünya turizm mütəxəssisləri və şirkətləri tərəfindən maraqla qarşılanacağına əmin olduğunu söyləyib.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM