Virtualaz.org-un azvision.az-a istinadən xəbərinə görə, müraciətdən bəlli olur ki, hüquq müdafiəçisinin vəkilləri aprelin 28-də üzləşdikləri hadisə ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinə üz tutublar.
Onun vəkillərinin birinci müraciəti üzrə dinləmə sabah saat 16:00-da Nəsimi Rayon Məhkəməsində olacaq.
Əslində bunun əksi - yəni polisin məhkəməyə müraciət etməsi daha məntiqli olardı. Çünki onlar heç bir qanun pozuntusuna yol vermədən saxlanma aktını həyata keçiriblər. Leyla Yunus isə onları öz vəzifə borclarını yerinə yetirdiyinə görə təhqir edib, təxribata çəkməyə çalışıb, hətta polisin papağını götürüb tullayıb. Buna baxmayaraq, ona yenə də heç kim heç nə deməyib. Halbuki istənilən ölkədə bunu edən insan məsuliyyətə cəlb olunardı...
Yəqin, Leyla Yunusun məhkəməyə müraciət etməkdə məqsədi “tualet şousu”nu indi də orada davam etdirməkdir. Maraqlıdır, o, məhkəməyə nə deyəcək? “Polislər məni çiş eləməyə qoymurdu, cənab hakim, tutun onları..?”.