II Dünya müharibəsinin taleyində Türkiyə amili

13:04 / 31.05.2017

 

 

 

 

Almaniyanın işğalçılıq siyasəti nəticəsində bütövlükdə Avropa qitəsini cənginə alan II Dünya müharibəsinin başa çatmasından 72 il ötür. Yola saldığımız ayda Avropada və postsovet ölkələrində Adolf Hitlerin təcavüzkarlığının əsasını təşkil edən faşizm üzərində qələbənin ildönümü qeyd edildi. Hazırda, əsasən, Yaxın Şərqdə cərəyan edən, Sakit okeanı regionunda isə “soyuq müharibə” formasında təzahür edən münaqişə vəziyyəti də II Dünya müharibəsinin başlanğıcına oxşar proseslərin getdiyini göstərir.

Suriya və İraq ərazisində davam edən müharibə, Rusiyanın Krımı ələ keçirməsi, Baltikyanı ölkələrdə oxşar proseslərin aparılması, NATO-nun Rusiya sərhədinə yaxınlaşması III Dünya müharibəsi barədə proqnozların ortaya çıxmasına səbəb olur. Bəzi mütəxəssislərin qənaətinə görə, əslində III Dünya müharibəsi başlayıb və onun başlanğıc tarixi başa çatanda hesablanacaq. Bu vəziyyətdə ən əlverişlisi neytral siyasət yürüdərək bu münaqişələrdən kənarda qalmaqdır.

Müharibələrin sayının artdığı indiki dövrdə olduğu kimi, II Dünya müharibəsinin başlanma, davametmə dövrünə aid maraqlı və sual doğuran məqamlar var. Tarix kitablarında II Dünya müharibəsinin başlanğıcı Birincinin revanşı kimi qəbul edilir, lakin Almaniyanın Şərqə doğru “həvəslə” irəliləməsi, Yaponiya başda olmaqla bəzi dövlətlərin fürsətdən istifadə edib öz məqsədlərinə çatmaq üçün qitələri aşaraq apardıqları işğalçılıq siyasəti İkincinin daha dəhşətli və genişmiqyaslı olduğunu ortaya qoydu. Belə ki, əgər 1914–1918-ci illər arasındakı müharibə, əsasən, Avropa qitəsində gedirdisə, 1939–1945-ci illər müharibəsi sözün əsl mənasında dünya savaşı idi.

Əsas həlledici müharibələr Pireney yarımadasından Urala qədər olmaqla Avropada cərəyan etsə də, Şimali və Şərqi Afrika, Asiya (Yaponiyadan Hindistan

sərhədinə qədər) və Sakit Okean adalarına qədər silahlı qüvvələrin yerdəyişməsi baş vermişdi. Bu qanlı mübarizə dünya əhalisinin üçdə ikisini əhatə etmişdi. Müharibədən kənarda yalnız Avropanın 5 neytral dövlətinin, Latın Amerikasına daxil olan ölkələrin, Qərbi Afrika, Ərəbistan yarımadasının, Əfqanıstan və Türkiyə Respublikasının əhalisi qala bilmişdi. Obyektiv və subyektiv səbələrdən Avropanın müharibədən kənarda qalan ada dövləti Böyük Britaniya və onun daimi müttəfiqi ABŞ üçün bu müharibə dünyanı yenidən bölüşdürmək üçün bir şans idi.

Qardaş Türkiyə Cümhuriyyətinin II Dünya müharibəsinə qoşulmamasının səbəbləri, nəticələri, ən əsası da niyə qatılmaması 70 ildir müxtəlif cür qiymətlərə, şərhlərə səbəb olur. Əslində Azərbaycanın da platsdarma çevrilməsinin qarşısını alan bu tarixi fakt çox vaxt ya düzgün qiymətləndirilməmiş, ya da əhəmiyyətinin fərqinə varılmamışdır. Bəs görəsən, həmin dövrdə hansı proseslər baş vermiş, rəsmi Ankara nəyin hesabına müharibədən kənarda qala bilmişdi?

II Dünya müharibəsindən qabaq “Yurdda sülh, cahanda sülh” şüarını əsas götürən böyük öndər Mustafa Kamal Atatürkün liderliyindəki Türkiyə Cümhuriyyəti tərəfsizlik siyasəti yürütmək niyyətində idi. Ancaq Almaniyanın 1930-cu illərdə qonşularına hücum etməsi, İtaliyanın 7 aprel 1939-cu ildə Albaniyanı işğal etməyə başlaması kimi ciddi hadisələrdən sonra Türkiyə Böyük Britaniya və Fransa ilə yaxınlaşmaq məcburiyyətində qalmışdı. Bunun nəticəsi olaraq 19 oktyabr 1939-cu ildə Türkiyə, Böyük Britaniya və Fransa arasında “Qarşılıqlı kömək sazişi” imzalanmışdı. Sazişdə Avropa dövlətlərindən hər hansının Türkiyəyə hücum etməsi və müharibə baş verməsi halında Fransa və Böyük Britaniyanın Türkiyəyə kömək etməsi, Böyük Britaniya və Fransa Avropa dövlətlərindən hər hansının hücumuna məruz qaldıqda isə, Türkiyənin bu iki dövlətin lehinə tərəfsizlik siyasəti yürütməsi nəzərdə tutulurdu.

Türkiyə hakimiyyəti sözügedn müqavilələrə Almaniya nasizmi və İtaliya faşizminə qarşı imza atdığı üçün Şərq qonşusu Sovet İttifaqının problem yaratmayacağına inanırdı. Ancaq sonradan SSRİ-nin Almaniya ilə müqavilə imzalaması, Türkiyənini nəzarəti altında olan boğazlarda baza yaratmaq tələbi vəziyyəti, ümumiyyətlə, iki ölkə arasındakı münasibətləri gərginləşdirmişdi.

Almanların Yunanıstanı işğal etməsi və Bolqarıstanın Almaniya tərəfində müharibəyə girməsi cəbhənin Türkiyə sərhədinə qədər çatmasına gətirib çıxardı. Almaniya isə Türkiyənin Müttəfiqlərə yaxınlaşmasının qarşısını almaq məqsədi ilə 18 iyun 1941-ci ildə “Türkiyə ilə qarşılıqlı hücum etməmək Paktı” imzaladı. Bu fakt məhz Türkiyənin II Dünya müharibəsindən kənarda qalmasını təmin edən səbəblərdən biri idi. Lakin o da bir tarixi fakt idi ki, oxşar saziş SSRİ ilə bağlansa da, qısa müddət keçməmiş İkinci Dünya müharibəsinin ən qanlı döyüşləri Almaniya və SSRİ arasında olmuşdu. Amma Türkiyənin SSRİ-dən bir fərqi vardı ki, rəsmi Ankara Türkiyə dövlətçiliyinin məhvindən və ağır müharibələrdən sonra dövlət quruculuğu prosesini başa çatdırmaq üçün yalnız və yalnız sülh istəyirdi.

SSRİ rəhbərlərinin vəziyyəti isə bir qədər fərqli idi. Hələ 30-cu illərin əvvələrində, həyata keçirilməsi mümkün olmayan ideyalar əsasında qurulan rejimin 10 il keçməmiş laxladığını görən, həmin vaxtdan da bunun qarşısını almaq üçün repressiv metodlarla əhalini qorxutmağa çalışan, ziyalıları, əsasən də türk xalqlarının savadlı təbəqəsini məhv etməyə çalışan İosif Stalin üçün Almaniyanın hücumu işlədiyi cinayətləri ört-basdır etmək üçün bir fürsət idi. Son nəticədə SSRİ müharibədən qalib çıxsa da, ölkənini əhalisinin aldığı ağır zərbə heç bir vaxt yeri doldurulmayacaq qədər iz buraxdı.

1941-ci ildə imzalanan Almaniya-Türkiyə paktı Böyük Britaniya və ABŞ-ın xoşuna gəlməmişdi. ABŞ bu səbəblə “Borcvermə və icarə Qanunu” çərçivəsində Türkiyəyə göstərdiyi yardımı kəsdi. 1943-cü ildə keçirilən Kasablanka Konfransında Franklin Ruzvelt və Uinston Çörçill arasında Türkiyənin də müharibəyə qatılması ilə Balkan cəbhəsinin açılması barədə qərar qəbul edildi. U. Çörçill bu tələbi Türkiyənin rəhbərlərinə çatdırmaq üçün 30 yanvar – 1 fevral 1943-cü il tarixləri arasında Adanada Türkiyənin prezidenti İsmət İnönü və Baş nazir Şükrü Saraçoğlu ilə danışıqlar apardı. U. Çörçill Türkiyənin ən geci 1943-ci ilin sonunda müharibəyə qatılmasını tələb etdi. Bu tələb qarşısında Türkiyənin dövlət xadimləri iki məqam üzərində xüsusilə dayandılar: 1. Türkiyə Sovet rəhbərliyinə qarşı inamsız idi, çəkinirdi və ehtiyatlanırdı; 2. Türkiyənin savaşa girməsi üçün Türk Ordusunun texniki vasitələr baxımından geniş şəkildə

möhkəmləndirilməsi tələb olunurdu. Sovet rəhbərliyi isə qərəzli şəkildə Türkiyənin bitərəfliyinin Almaniyanın xeyrinə olduğunu bildirir, müharibəyə qatılmasında israr edirdi. Belə ki, 1943-cü il oktyabr ayında keçirilən Moskva Konfransında 1943-ci il başa çatmadan Türkiyənin müharibəyə qatılması barədə qərar verildi.

Böyük Britaniya xarici işlər naziri İ.Stalinin israr etdiyi bu qərarı çatdırmaq üçün Türkiyə xarici işlər naziri ilə Qahirədə görüşdü. Türkiyə bu konfransda kifayət qədər hərbi kömək edilmədiyi təqdirdə müharibəyə qatılmayacağını bəyan etdi. Türkiyənin müharibəyə qatılmağı rədd etməsinin cavabı sərt oldu. Rəsmi Moskva Türkiyənin müharibəyə cəlb edilməsində israr edirdi. 1943-ci ilin noyabrında keçirilən Tehran Konfransında İ.Stalin çox aqressiv şəkildə “lazım gələrsə, boynundan tutaraq müharibəyə soxmaq lazımdır” ifadələri ilə israrını dilə gətirdi. Əslində bu israrın arxasında müəllifi ermənilər olan başqa gizli planlar dayanırdı. U. Çörçill Tehran Konfransı sonunda Prezident İsmət İnönü ilə görüşdü. Ağır təzyiq qarşısında İsmət Paşa, prinsip etibarilə müharibəyə qoşulmağı qəbul etdi. Ancaq müdafiə olunmaq üçün lazımi hərbi yardım edilmədiyi müddətdə müharibəyə girməyəcəklərini bəyan etdi.

1944-cü ildə Almaniyanın vəziyyəti çox pis idi. Müttəfiq dövlətlərlə əlaqələrini düzəltmək və vəziyyətdən istifadə etmək istəyən Türkiyə, Almaniya ilə diplomatik əlaqələrini kəsdi. Türkiyə bir tərəfdən Almaniyanın, digər tərəfdən də Müttəfiqlərin təzyiqinə baxmayaraq, həqiqətən müharibədən kənarda qalmağa nail oldu. Yalta Konfransında Birləşmiş Millətlər Konfransının 25 aprel 1945-ci ildə San-Fransiskoda keçirilməsi barədə qərar qəbul edilmişdi. Bu konfransa 1 mart 1945 tarixində Almaniya və müttəfiqlərinə müharibə elan etmiş və Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsində imzalamış dövlətlərin çağrılmasına qərar verilmişdi. Türkiyə, Birləşmiş Millətlər Təşkilatının xaricində qalmaq istəmirdi. Bu səbəblə 23 fevral 1945-ci ildə Almaniya və Yaponiyaya müharibə elan etdi, ancaq real şəkildə müharibəyə girmədi. Çünki qısa bir müddət sonra Almaniya və Yaponiya təslim oldu. Türkiyənin Almaniya və Yaponiyaya müharibə elan etməsi, məğlub olan dövlətlərin iştirakı ilə keçiriləcək sülh konfranslarında iştirak etmək imkanını təmin etdi.

Lakin Sovet ittifaqının addımı adekvat deyildi və faktiki olaraq müharibədən kənarda qalan Türkiyəni cəzalandırmaq məqsədi daşıyırdı. SSRİ rəhbərliyi 19 mart 1945-ci ildə Türkiyə ilə 1925-ci ildə imzaladıqları “Hücum etməmək və neytrallıq Paktı”nı birtərəli qaydada pozduğunu açıqladı. Səbəb olaraq da müqavilənin yeni şərtlərə uyğun gəlməməsi göstərildi.Halbuki müharibə getdiyi dövrdən fərqli olaraq artıq Türkiyə tərəfdən almanların SSRİ-yə hücum etmək ehtimalı aradan qalxmışdı. Cənubi Azərbycan isə sovet qoşunlarının nəzarətində idi. Əslində isə sözügedən Paktın ləğv edilməsi, Stalinin Türkiyəyə hücum etməmək sözündən geri çəkilməsi mənasını daşıyırdı. Türkiyə, yeni bir müqavilənin şərtlərini görüşməyə hazır olduğunu bildirdi. Lakin 7 iyun 1945-ci ildə rəsmi Moskva Türkiyəyə nota verdi, ittifaq şərti olaraq Qars, Artvin və Ərdahan vilayətlərinin SSRİ-yə, daha doğrusu, Gürcüstan SSR-ə və qondarma erməni respublikasına qatılmasını, boğazlarda baza yaratmağa icazə verilməsini tələb etdi.

Müharibədən qalib çıxan SSRİ-nin bu tələbləri o qədər ciddi qoyulmuşdu ki, cəmi 1 ay sonra artıq hər iki respublikadan bu prosesdə iştirak etmək üçün İ.Stalinə müraciətlər ünvanlanır, Ermənistan və Gürcüstanda isə Türkiyədən alınacaq torpaqların bölüşdürülməsinin müzakirələri aparılır, tarixi, etnoqrafik və coğrafi cəhətdən bu ərazilərin onlara məxsusluğu barədə sənədlərin hazırlanması prosesi gedirdi. Hətta ermənilər Türkiyədən nə qədər ərazi qoparacaqlarını da dəqiqləşdirmişdilər: 26 000 km2. Ermənilər bu ərazinin 20 000 km2-nə iddia edirdilər. Gürcülər isə ən azı yarısının gürcülərə məxsusluğu barədə iddia qaldırmış, ermənilərdən L.Beriyaya şikayət etmişdilər. Ermənilərin iddiasına görə, I Dünya müharibəsindən sonra Rusiyanın Türkiyəyə güzətə getdiyi Qars və Ərdahan vilayətinin ərazisi və keçmiş İrəvan quberniyasının Sürməli qəzası Ermənistan SSR-ə birləşdirilməli idi. Bu plan baş tutsa, Türkiyənin Naxçıvan MSSR ərazisində Azərbaycanla quru sərhədi əldə etmək üçün İrandan aldığı ərazi də Ermənistana verilməliydi. Türkiyəyə qarşı ərazi iddiaları bununla bitmirdi. Ermənilər Ərazurum, Van, Bitlisi də tələb edir, gürcülər Trabzon, Rizə, Girəsun vilayətlərini almaq mümkün olmasa, orada ən azından Türkiyənin tərkibində Lazisitan muxtar bölgəsi yaratmağı planlaşdırırdılar.

Bu vəziyyət Sovet İttifaqı – Türkiyə əlaqələrini çox kritik bir nöqtəyə gətirmişdi. İki dövlət arasındakı münasibətlər bu vəziyyətdə olduğu bir vaxtda Postdam Konfransı (17 iyul 1945 – 2 avqust 1945) öz işinə başladı. SSRİ-nin Türkiyədən tələbini nə Böyük Britaniya, nə də ABŞ qəbul edə bilərdi. Bu səbəblə hər üç dövlətin boğazlar haqqında fikirlərini ayrı-ayrılıqda Türkiyəyə bildirməsi barədə qərar verildi. Türkiyənin Şərq qonşusu tərəfindən hədələrə qarşı düşünülmüş və çevik xarici siyasəti, son nəticədə NATO-ya üzv olması onu ermənilərin rəhbərliyində söz sahibi oldğu SSRİ-nin işğalından xilas etdi. Stalinin ölümündən sonra bu məsələnin gündəmdən çıxarılması, N.Xuruşşovun bu siyasəti tənqid etməsi də tarixdən məlumdur.

Bu tarixi faktlardan sonra mühüm bir məqamı qeyd etmək yerinə düşər. Belə ki, həmin dövrdə respublikaya rəhbərlik edən M.K.Atatürkün silahldaşlarının hər hansı bir riskli addımı (istər Almaniyanın tərəfində, istərsə də SSRİ-nin təhriki ilə müharibəyə girməsi) təkcə Türkiyə Cümhuriyyətinin deyil, Azərbaycan da daxil olmaqla ətraf regionların qanlı müharibə meydanına çevrilməsinə səbəb ola bilərdi. Çünki A. Hitlerin Bakını ələkeçirmə planının ən əlverişli marşrutu məhz Türkiyə istiqamətindən ola bilərdi. Məhz bu səbəbdən iki ölkə arasında saziş olsa da, SSRİ də 1941–1945-ci illərdə Türkiyə tərəfdən hücum ehtimalını hər zaman nəzərdən keçirirdi. Erməni xislətinin təzahürü sayəsində ərazi iddiaları və dost Türkiyənin məcburən NATO-ya qoşulmaqla itirilməsi II Dünya müharibəsi başa çatdıqdan sonra da bu təhlükəni gündəmdə saxlamaqda idi. Gözlənilən hücumun qarşısını almaq üçün, əsasən, Ermənistan və Gürcüstan sərhədlərində həmin illərdə hazırlanan mühəndis-istehkam qurğuları, müasir silahlarla təchiz edilmiş müdafiə mövqeləri də bunu sübut edir. Sovet İttifaqı dağılana qədər də Türkiyə ilə sərhədyanı yaşayış məntəqələrində həmin mövqelər nəzarətdə saxlanılır və mövcudluğunu qoruyurdu.

Ən nəhayət, müharibə başa çatmamış regionda olan mövcud vəziyyət, SSRİ-nin mövqeyi və planları nəzərə alındıqda, əslində Türkiyənin II Dünya müharibəsinə qoşulma məsələsində düzgün addım atdığı sübut olunmuşdur. Bu addımla Türkiyə təkcə öz əhalisini müharibə bəlasından xilas etmədi. Hələ 30 yaşı

tamam olmamış Cümhuriyyətin yenidən işğalçı müharibəyə cəlb edilməsinin, digər tərəfdən Azərbaycan başda olmaqla SSRİ-nin cənub regionlarının ikinci bir cəbhədən Almaniyanın qoşunlarının hücum meydanına çevrilməsinin, ən əsası da Bakının işğal edilməsinin qarşısını aldı.

Qaşqay ZİYƏDDİNOĞLU


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM