Bakı Nəqliyyat Agentliyi sürücülərdən hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollardakı müəyyən edilmiş sürət həddinə əməl etmələrini xahiş edir.
Agentlikdən verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə nəzarət gücləndirilib.
Güclü külək səbəbindən hərəkətin təhlükəsizliyinə və fasiləsizliyinə mane ola biləcək hal baş verəcəyi təqdirdə dərhal zəruri tədbirlərin görülməsi üçün müvafiq qurumların məlumatlandırılması təmin ediləcək.