ƏBƏDİYYƏTİN RƏMZİ- alma

09:14 / 01.06.2017

 

 
 


Alma daima əbədiliyin, sağlamlığın, məhsuldarlığın, zürriyyətin və elmin – bilgəliyin rəmzi sayılmışdır. Məqalədə məqsəd almanın bu kimi rəmzi mənalarından yola çıxaraq istər sağlamlıq, istər məhsuldarlıq, istərsə də zürriyyətə olan ehtiyacın dolayı yolla insanın əbədiyyətə olan susuzluğuna, ölümsüzlüyə olan ehtirasına gedib çıxmasını əsaslandırmaqdır. 
Açar sözlər: alma, əbədiyyət, türk mədəniyyəti, tibb, rəmz. 

Alma motivi türk mədəniyyətində müqəddəslik qazanmışdır. Türk dünyasında almanın simvolik məna yükü çox ağırdır. 
Nədənsə, “alma” sözü daima “qızıl” sözü ilə təyin edilir və adətən, mənbələrdə ondan “qırmızı alma” adı altında, bu şəklində söz edilir. Bu almanın cinsəl mənada rəmz olunması ilə də sıx bağlıdır, “qırmızı” rəng olaraq cinsəlliyi vurğulayır. Bu, istər qırmızı rəngli bitki, meyvə olsun, istərsə də sadəcə rəngin özü, kiçik çanaqda yerləşən orqanlara müsbət təsiri ilə əsaslandırılır (məsələn, qırmızı bibər). Bu mənada “qızıl” sözü “qırmızı”, “al” anlamına gəlir. Əslində, almanın əsl adı “alalma”, “almula”dır.Yəni “al” sözü “alma” sözünün kökündədir. 
Alma türkçülükdə və islamda ““zürriyyət motivi” olaraq dəyərləndirilir və nəslin davamını təmin edir.” Bu nağıl və dastanlarda dərvişin övlad həsrəti susuzluğu ilə yananlara bir qırmızı alma ilə sərinləyəcəklərini bildirməsində aydın əksini tapır. 
Almanın bu simvolik əksinə “İbrahim” nağılında rast gəlinir. “Əhmədin və qardaşı Məhəmmədin uzun müddət övladları olmurdu. Bir dəfə Əhməd bulaqdan su içdikdə bir ədəd qırmızı alma gördü, onu evinə apardı. Almanı yarı bölüb, yarısını özü arvadı ilə yedi, yarısını isə qardaşıgilə verdi. 9 ay sonra Əhmədin bir oğlu, Məhəmmədin isə qızı doğuldu.”
Bu məsələ, hədislərdə də var. “Rəsulullah (s.ə.s.) belə buyurdu: “Mihraca aparıldığımda məni cənnətə daxil elədilər, mən cənnət ağaclarından bir ağacın yanında durdum, elə bir ağac idi ki, cənnətdə onun kimi gözəl, yarpaqları bəyaz və meyvəsi xoş olan bir ağac görməmişdim. Onun meyvəsindən götürüb yedim, bu bir alma ağacı idi, bu mənim sulbümdə nutfəyə çevrildi, yer üzünə qayıtdığımda Xədicə ilə bir araya gəldim, və o Fatmaya hamilə qaldı. O vaxtdan bəri nə zaman cənnət ətrini arzulasam Fatmanı qoxlayıram.” (1- Suyutî, "ed-Dürr-ül Mensur" adlı tefsirinde, "Subhan-ellezi esra bi-abdihi leylen min-el mescid-il haram…" (2) ayetinin tefsir bölümünün sonunda, Tabaranî'den naklen Aişe'nin (r.a) şöyle dediğini yazıyor: Resulullah (s.a.a) şöyle buyurdu: "Miraca götürüldüğümde beni cennete dahil ettiler ve ben cennet ağaçlarından bir ağacın yanında durdum; öyle bir ağaçtı ki, cennette onun gibi güzel, yaprakları beyaz ve meyvesi hoş olan bir ağaç görmemiştim; onun meyvesinden alıp yedim; bu benim sulbümde nutfeye dönüştü; yeryüzüne döndüğümde Hatice'yle bir araya geldim ve o, Fatıma'ya hamile kaldı. O zamandan beri ne zaman cennet kokusunu arzuluyorsam Fatıma'yı kokluyorum."(3))
İnsanda utanc hissi, məhz alma yeyəndən sonra yaranıb və o, örtünməyə ehtiyac hiss eləyib. Bu da almanın özündə cinsəl xüsusiyyətləri daşıdığına əsaslı nümunədir.
Zürriyyet axtarışı da əbədiliyi sonlu zamanlar - ömürlər vasitəsilə əldə etməyin yansımasıdır, əslində. Türkiyə və Azərbaycan türkcəsində mövcud olan atalar sözlərinə nəzər salmaq fikrə aydınlıq gətirəcək. “Elmanın yarısı o, yarısı bu.” – “Bir almanın iki üzü”, “Alma almaya bənzər”; “Alma öz ağacından uzağa düşməz” – “Armut dibine düşer”; “Alma ağacından alma düşər, armud ağacından armud”; Bu atalar sözlərinə diqqət yetirəndə, əslində, bənzərliyin zürriyyət yolu ilə var olduğu, bunun da əbədiyyətlə əlaqəsi olduğu meydana çıxır. Eləcə də, tibbi tərəfdən yola çıxılsa, yenə əbədiyyət axtarışı son nöqtə olacaq: “Alma yanaq” gözəllik bildirməklə yanaşı, sağlam insanı, anemiyadan uzaq insanı təyin etmək üçün işlədilir. “Hər axşam iki alma yeyənin həkimə ehtiyacı qalmaz”, “Elmayı heybeden, eşeyi semerden eksik etme”, “Elma yanak kızartır, hastalık yanak soldurur”, “Elmanı yemem deme, yaşını sakın söyləmə.” İnsanın yaşını gizlətməsi onun qocalığı boynuna almaması ilə bağlıdır ki, bu da, qocalığın ölümə gedən yol olması deməkdir. Ölüm öz qorxusu ilə əbədiyyətə antonimdir. 
Digər baxımdan da “qızıl” sözü həm də məcazdan uzaq halda, əsl mənasında, yəni “altun” mənasında işlənir. Məsələyə bu istiqamətdə yanaşdıqda isə, ağla ilk gələn “Qızılalma” məfkurəsidir. “Oğuzlar için, hangi yöne giderlerse gitsinler ulaşacakları zafer, ulaşılmadan önce Kızılelma′dır.” “Qızılalma” nədir? Haqqın xaqanını göndərəcəyi yerdir “Qızılalma”. Yavuz Sultan Səlim yeniçəriləri ilə salamlaşarkən (hərbi) “Qızılalmada görüşərik” deyərdi. Ayasofiya məscidimdəki “altın top” “Qızılalma”nı simvolizə edir. 
Mahmud Kaşğari “Divani-lüğət it türk” əsəsində yazır: “Allah türk millətini seçdi, türk adını da Allah verdi. Allah sadəcə türklərə ad verdi. Və onları dünyanı idarə etsinlər deyə yaratdı.” Qızılalma məfkurəsi budur. İlahi vəzifələndirilmədir, “dövlət” qavramına uyğun gəlir. 
“Qızılalma” kontekstdir, mədəni informasiya ilə dolu məfhumdur. Və bu konteksti öyrənməyin, dərk etməyin yolu türkü öyrənməkdən keçir. İnsanın bir hekayəsi yoxdursa, o, yoxdur deməkdir. Ədəbiyyat önəmli şeydir və “literatur” deyilən termini “ədəb” sözü ilə izah edib, ona tərif verən tək millət türkdür.
Alma həm də əvvəldə qeyd edildiyi kimi elmin, bilgəliyin rəmzidir. Qızılalmanın “tərcüman” məfhumuna nəzər salındıqda Həzrəti Əlini şah edən bir istedad olduğu ortaya çıxır. “Cənnətdən, Allah qatından Əliyə tərcüman bilginin əsli, əsası verilir və tamamı təqdim olunur, bunun simvol adı almadır. Həzrəti peyğəmbərin(s.ə.s.) kəlamını da xatırlamaq yerinə düşər: “Əli elmin qapısıdır.” 
Mahmud Kaşğari “Divani-lüğət it türk” əsərindəki bu hekayə də əsl hekayədir. Əsl hekayə Allaha söykənir. Yer üzündə hekayəsi olmadan qurulan heç bir dövlət, mədəniyyət, mərkəz mövcud deyildir. Bu insana sirayət etmənin, ona “ulaşmanın” bir yoludur. Qurani-Kərimin üslubu da hekayədir. Allah mesajını insanlara çatdırmaq üçün üslub olaraq hekayə anlatmağı seçir. “Qızılalma” da türkün gerçək hekayəsidir. Düzdür, günümüzdə, XXI əsrə bu qavramı “alma”dan yola çıxaraq izah etmək, rol-model olaraq göstərmək çətindir, amma mümkündür. “Mümkünsüzdür” deyənlərlə razılaşmamağa səbəb odur ki, “alma”nın əvvəldə sadalanan xüsusiyyətləri, əslində, onun əbədiliyin simvolu olduğu nəticəsinə gətirib çıxarır. İnsan əbədi olmayacağını anladığı an heç olmazsa, özündən sonra “izi” qalsın deyə zürriyyət arzusu ilə yaşayır. Türklərin fəthlərinə baxılırsa, buna ancaq dərin bilik və ağılla nail olmağın mümkünlüyü göz önunə sərilər. Bu mənada “Qızılalma” həm əbədilik, həm də bilgəliyin simvolunun kombinasiyasıdır.
Və sonda, əbədi və əzəli olan yalnız ALLAHDIR (c.c). Əbədilik yalnız ONA məxsusdur. 
 
 
 

ƏDƏBİYYAT
 

1. Azərbaycan ədəbiyyatı inciləri I cild, Bakı, Azərnəşr, 1985, 430 s.
2. Azərbaycan nağılları Bakı, Turan, 2001, 320 s.
3. İ. Həmidov Azərbaycanca-rusca atalar sözü 
4. Həkimov M.İ. Xalqımızın deyimləri və duyumları Bakı, İşıq, 1968, 265 s.
5. Türk Dili ve Edebiyatı Ansiklopedisi V cilt, 346 s.
6. Atalar sözü Bakı, Yazıçı, 1985, 690 s.
7. http://www.youtube.com/watch?v=GV8nkGQGLLo 
8. http://www.islamkutuphanesi.com/turkcekitap/online/fatima_as_kimdir_3/fazilet/fa 
 
Nəsrəddinova Jalə
Bakı Slavyan Universiteti

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM