Türkiyənin Azərbaycandakı Səfirliyi tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına Brendon J. Cannonun "Legislating Reality and Politicizing History: Contextualizing Armenian Claims of Genocide (Reallığı Qanuniləşdirmə və Tarixi Siyasiləşdirmə: erməni soyqırım İddialarının Kontekstləşdirilməsi)" adlı kitabı hədiyyə edilib.
Kitab Birinci Dünya Müharibəsi ərəfəsində Osmanlı İmperiyasında ermənilərin köçürülməsiylə bağlı maraqlı faktları ehtiva edir və 2016-cı ildə nəşr olunub.
Bu kitab əslində ermənilerin köçürülmə tarixi və ya erməni diasporasının tarixinə aid kitab deyil. Cannon bu kitabda əsasən 1915-ci il hadisələrindən diasporanın qurulmasında necə istifadə edildiyindən bəhs etmişdir.
Cannon daha sonra diqqəti türklər və ermənilərin barışdırılması cəhdlərinə yönləndirmiş və erməni diasporasının həyata keçirdiyi kampaniyanın Türkiyə, Ermənistan və erməni diasporası arasındaki əlaqələrə mənfi təsir etdiyini müzakirə etmişdir. Cannon “olduqca emosional” olan kampanyanın dolayısıyla torpaqdan əlavə yaddaşa yönləndirildiyini yazmışdır. Bu yaddaş siyasi baxış, din və dil baxımından fərqlənən ermənilərin birləşməsinə xidmət etməkdədir. Bu, xüsusilə erməni diasporasının erməni dilini bilməyən gələcək nəsilləri üçün keçərlidir.
Cannon, erməni soyqırımı iddialarının erməni diasporası, Ermənistan Respublikası, Şimali Amerika, Rusiya və Avropa mediasında, bir çox siyasətçi və bəzi tanınmış araşdırmaçılar tərəfindən tarixi reallıq olaraq qəbul edildiyini yazsa da, bu iddiaların “əksik və xətalı” olduğunu da bildirmişdir.
Erməni diasporasının “soyqırımın” tanınması istiqamətində daima səfərbərlik vəziyyətində olduğunu bildirən Cannona görə, bu səfərbərlik erməni “egosu” və “soyqırımçı türklər” adlı iki cəbhəni ortaya çıxarmışdır. Türklərin “soyqırımı inkar edənlər” olaraq özgələşdirilməsi, ermənilərin kilsə, din və siyasətlərinin bacarmadığı qədər birləşməsinə səbəb olmuşdur.Cannon irəli sürür ki, din, dil və siyasi baxış erməniləri heç zaman birləşdirməmiş, “ortaq travma vasitəsilə formalaşan milli kimlik” diasporanı yaratmaqda xüsusi rol oynamışdır.
Bir siyasi tələb olaraq ermənilərin “soyqırımın” tanınması kampaniyasının əsassızlığı bu kampaniyanın uğurlu olma şansını sıfıra endirmişdir. Cannona görə, erməni siyasi ədəbiyyatında soyqırımın Türkiyə hökuməti tərəfindən tanındıqdan sonra təzminat və torpaq tələb edilməsi də uğursuzluğun digər səbəbidir. Bu kampaniyanın strateji çatışmazlığına gəldikdə isə, müəllif 1915-ci il hadisələriylə əlaqəsi olan həm türk, həm də ermənilərin artıq həyatda olmadıqlarını vurğulamışdır. Hətta Türkiyə hökümətinin 1915-ci il hadisələrini araşdırmaq üçün ortaq komissiyanın yaradılması təklifi də ermənilər tərəfindən qulaqardı edilmişdir. Bütün bunlarla birlikdə, Erməni diasporasının soyqırım yönündə müxalifət tanımaması açıq-aşkar məğlubiyyət göstəricisidir.
Cannon, türk diasporasını erməni diasporasıyla müqayisə edərək vurğulamışdır ki, türk diasporası digərindən fərqli olaraq “mən və başqaları” prinsipinə əsaslanmamış, “Türk milli kimliyi sonradan uydurulan travma” vasitəsilə məhdudlaşdırılmamışdır. Müəllif həmçinin 1915-ci il hadisələrinin soyqırım kimi qəbul edilməsinə yönəlmiş kampaniyanın iqtisadi nəticələrinə də deyinmişdir. Belə ki, Ermənistan və Türkiyə sərhədlərinin bağlı olması turizm və ticarətə böyük itkilər vermişdir. O cümlədən, Azərbaycandan Türkiyəyə uzanan enerji xəttlərindən Ermənistanın kənarda qalması onu regional enerji bazarından xaric etmişdir.
Erməni diasporasında milli kimliyin formalaşması baxımından Cannonun bu kitabı bir ilkdir. Bu kitab tarixi kitab deyil, diasporadakı erməni siyasi təşkilatlarının hansı şəkildə yaranmasının geniş şəkildə ələ alması və mövzudan xəbərsiz olan əcnəbilərə əlçatanlığı baxımından dəyərli əsərdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM