Elmar Məmmədyarov və Manuel Gonzalez Sanzın birgə mətbuat açıqlaması

11:19 / 03.06.2017

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın birgə mətbuat açıqlaması

 

Xarici işlər naziri Elmar Məmmədyarov 1-2 iyun 2017-ci il tarixində Rosta Rika Respublikasına rəsmi səfəri çərçivəsində Kosta Rika Respublikasının prezidenti Zati-aliləri cənab Luis Guillermo Solis tərəfindən qəbul edildi.

Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin salamlarını və xoş arzularını Prezident Luis Guillermo Solisə çatdırdı, öz növbəsində, Prezident Luis Guillermo Solis ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş etdi.

Səfər çərçivəsində xarici işlər nazirləri Manuel Gonzalez Sanz və Elmar Məmmədyarov geniş tərkibdə görüş keçirdi və 16 sentyabr 2002-ci ildə Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu”na uyğun olaraq, siyasi məsləhətləşmələr apardılar.

Siyasi məsləhətləşmələr çərçivəsində nazirlər ikitərəfli münasibətlərin cari statusunu nəzərdən keçirdilər və Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, keçən dövr ərzində siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə etdilər.

Nazirlər Kosta Rika və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini qeyd edərək, bu xüsusda Manuel Gonzalez Sanzın 20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasına rəsmi səfərini xoş təəssüratlarla xatırladılar.

Elmar Məmmədyarov Kosta Rikanın Azərbaycanda Səfirlik təsis etmə qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə etdilər.

Nazirlər bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan etdilər. Onlar həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladılar.

Manuel Gonzalez Sanz Kosta Rikanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmasını tam dəstəklədiyini bəyan etdi.

Nazirlər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etdilər. Bu xüsusda, Diplomatik Akademiyalararası əməkdaşlıq, tələbə və alim mübadiləsi xüsusilə vurğulandı.

Tərəflər hazırkı ticarət dövriyyəsinin iki ölkənin potensialını əks etdirmədiyini bildirdilər və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün iki ölkənin biznes icmaları arasında birbaşa təmasların qurulmasının təşviqi barəsində ortaq mövqelərini bölüşdülər. Daha sonra onlar təmsil etdikləri ölkələrdə Azərbaycan və Kosta Rika haqqında ictimai məlumatlılığın artırılması baxımından ictimai diplomatiya və mədəni tədbirlərin rolunu diqqətə çatdırdılar. Həmçinin bu kimi səylərin turist axınına tövfə verəcəyini əlavə etdilər.

Nazirlər həmçinin ikitərəfli münasibətlərin irəlilədilməsi baxımından parlament diplomatiyasının xüsusi rol oynadığını bildirərək, parlament nümayəndə heyətlərinin mübadiləsi barəsində ortaq təşəbbüslə çıxış etdilər.

Tərəflər beynəlxalq aləmdə baş verən hadisələr ətrafında geniş müzakirələr apararaq, qlobal məsələlərə münasibətdə Azərbaycan və Kosta Rikanın ortaq baxışları bölüşdüyünü və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, regional və qlobal sülhün qorunub-saxlanılması məqsədilə qanunlara əsaslanan beynəlxalq nizamnın gücləndirilməsinə sadiqliyini bəyan etdilər.

Mühüm beynəlxalq tədbirlər əsnasında görüşlərini xatırlayan nazirlər, bü xüsuda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və dayanıqlı qarşılıqlı dəstək təcrübəsinin təqdirəlayiq hal olduğunu bildirdilər.

Nazirlər “Diplomatik, xidməti və rəsmi pasporta malik şəxslərin vizadan azad edilməsi haqqında Razılaşma”nı imzaladılar və iki ölkə arasında, xüsusilə iqtisadi və humanitar sahədə müqavilə-hüquq bazasının gücləndirilməsi baxımından səylərin davam etdirilməsi barəsində razılığa gəldilər.

Həmçinin, nazirlər siyasi məsləhətləşmələrin növbəti raundunun Bakıda keçirilməsi haqqında razılığa gəldilər.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM