Peyğəmbərin orucu

21:39 / 03.06.2017

Orucluq - Allaha ibadət məqsədi ilə dan yeri söküləndən gün batana kimi onu batil edən (pozan) şeylərdən özünü qorumaqdır. Orucluq Uca Allahın Öz qullarına buyurduğu böyük ibadətlərdəndir. Əməlisaleh bəndə nəfsinə güc gələrək axirət yurduna, onun gözəl nemətlərinə can atır və o əbədi həyata özünü təmizləyərək hazırlayır. Sevinc hissi ilə aclığı və susuzluğu qarşılayır, ehtiyac içində olanların vəziyyətini hiss edir, nəfsini dünya ləzzətlərindən - yemək-içmək, eləcə də Allaha asi olmaqdan qoruyaraq şeytanın yollarını bağlayır. Bəndə bədənini və ruhunu itaətsizlikdən qoruyaraq onları cilovlayır. Bu, təqva cilovu, igidlərin qalxanı, Allaha yaxın olanların və xeyirxahların fərəhidir. Oruc aləmlərin Rəbbi Allah xatirinə tutulur. Oruc tutan heç nə etmir, o, nəfsinin həzz aldığı şəhvətdən, yemək-içməkdən çəkinərək Allahı sevdiyinə görə özünü qoruyur.

Strategiya.az zikr.az-a istinadən bildirir ki,oruc - qul ilə Rəbbi arasında olan bir sirdir. Elə bir sirr ki, onu Allah və qulundan başqa heç kəs bilmir. Oruc tutmağın fəziləti haqqında Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir:

"(Allah buyurur:) "Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc Mənim üçündür və elə buna görə də Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm". Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy desin: "Mən oruc tutmuşam". Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Allah qatında müşk qoxusundan daha gözəldir. Oruc tutan adamın iki sevinc anı vardır: iftar vaxtı, bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir". (əl-Buxari 1904).

"Kim Allah yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar". (əl-Buxari 2840).

"Cənnətdə "Rəyyan" adlı bir qapı var. Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcək..." (əl-Buxari 1896).

"Oruc və Quran Qiyamət günü qula şəfaət edəcək. Oruc deyəcək: "Ya Rəbb, mən gündüz onu yemək və şəhvətdən çəkindirdim, məni ona şəfaətçi təyin et!" Quran isə deyəcək: "Mən gecə onun yatmağına mane oldum, məni ona şəfaətçi təyin et!" Beləliklə, onlar şəfaət edəcəklər". (Əhməd 6626).

Orucun qəbul olması üçün iki əsas vardır:

1. Səhər dan yeri söküləndən gün batana kimi yeməkdən, içməkdən və cinsi əlaqədə omaqdan çəkinmək. Uca Allah buyurur: "Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın" (əl-Bəqərə, 187). Bu ayədə ağ sap və qara sap dedikdə, gündüzün ağlığı və gecənin qaranlığı nəzərdə tutulur.

2. Niyyət etmək. Orucu Allah rizası üçün tutmaq. Uca Allah buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (əz-Zəriyət, 56). Həmçinin, yəhudi və xristianlar haqqında buyurur: "Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!" (əl-Beyyinə, 5).

 

Peyğəmbər buyurmuşdur: "Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır..." (əl-Buxari, 1). Dinimizdə niyyəti dilə gətirmək çirkin bidətdir (dində olmayan, sonradan dinə gətirilən yenilikdir). Çünki Peyğəmbər bunu əmr etməmişdir.

Orucun iki növü var; vacib və müstəhəb. Vacib oruca - Ramazan orucu, kəffarə (günahların yuyulması) və nəzir orucları daxildir. Müstəhəb oruc isə vacib oruclardan başqa Peyğəmbərin ilin müəyyən günləri tutduğu oruclardır. Bu haqda Allah Elçisi belə demişdir: "Səbir (Ramazan) ayı və hər ay üç gün oruc tutmaq il boyu oruc tutmaq kimidir". (Əhməd, 9222).

"Kim Ərafa günü oruc tutarsa, bir il keçmiş və bir il gələcək günahları bağışlanar". (Əbu Yəalə, 7548).

İbn Abbas rəvayət edir ki, Allah Elçisi Mədinəyə gəldi və orada yəhudilərin Aşura (Məhərrəm ayının onuncu) günü oruc tutduqlarını görüb onlardan soruşdu: "Bu hansı gündür ki, bu gündə oruc tutursunuz?" Onlar dedilər: "Bu böyük gündür. Bu gündə Allah Musanı və onun qövmünü xilas etdi və Fironu tayfası ilə birlikdə suya qərq etdi. Musa şükr əlaməti olaraq həmin gün oruc tutdu. Biz də bu gün oruc tuturuq". Peyğəmbər: "Biz Musaya onlardan yaxınıq"- deyə buyuraraq həmin gün oruc tutdu və başqalarına da tutulmasını əmr etdi" (Muslim). Peyğəmbər Aşura gününün orucu haqqında demişdir: "Əgər gücüm çatsa, gələn il (Məhərrəm ayının) doqquzu da oruc tutaram" (Muslim).

"Aşura günü oruc tutun və yəhudilərə bənzəməyin - ondan bir gün əvvəl və ya bir gün sonra da oruc tutun" (Əhməd).

Bazar ertəsi və cümə axşamı günləri orucu haqqında Peyğəmbər demişdir: "Bu iki gündə insanın əməlləri aləmlərin Rəbbinə təqdim edilir" (ən-Nəsai).

Peyğəmbər Fitr (orucluq bayramı) və Adha (qurban bayramı) günləri oruc tutmağı qadağan etmişdir" (əl-Buxari, Muslim).

Həmçinin, Qurban bayramı günündən sonra üç gün, eləcə də cümə günləri oruc tutmaq olmaz. Aişə demişdir: "Mən Allah Elçisinin yalnız Ramazanda bütün ay boyu oruc tutduğunu görmüşəm" (əl-Buxari, Muslim).

Allahın oruc tutanlara hazırladığı böyük mükafatlar Muhəmməd Peyğəmbərin səhabələrini yarım il Ramazan orucunun qəbul edilməsi üçün, yarım il də gələn Ramazana qovuşmaq üçün Allaha dua etməyə sövq edərdi. Uca Allah bizi doğru yola yönəltsin, orucumuzu və digər ibadətlərimizi qəbul etsin!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM