...Bayaqdan bəri gözünü üzümdən çəkməyən orta yaşlı kişini tanıdım. Firdovsiydi. Keçmiş döyüşçü...
1993-cü ilin dekabrında əsgərlərimiz Haramı düzündə ermənilərin bir neçə tankını vurmuş, xeyli canlı qüvvəsini məhv etmişdi.
Firdovsinin ürəyi dolu idi:
- Bir neçə gündən sonra erməni işğalçıları itkilərinin əvəzini çıxmaq üçün güclü əks-hücuma keçdilər. Əvvəlcə mövqelərimiz toplardan atəşə tutuldu, - keçmiş döyüşçü ötənləri xatırladı. - Amma kiçik bir hücumla bizi geri oturtmaq mümkün deyildi. Artilleriya atəşindən sonra qarşımızda düşmən piyadaları göründü. Bir az yaxına buraxdıqdan sonra qəflətən zərbə endirdik. Düşmən bu həmləni gözləmədiyindən başını itirdi. Bizə də bu lazım idi. Həmin gün ağır yaralandım. Güllə sağ çiynimi dəlib keçmişdi. Uzun müddət müalicə olunsam da, sağlamlığım bərpa olunmadı. Yenidən cəbhə bölgəsinə qayıda bilmədim.
Firdovsinin oğlu ora-bura qaçırdı. Söhbətinə ara verən ata onu yanına çağırıb çox uzaqlaşmamağı tapşırdı.
Bu dəcəl uşaqdan xoşum gəldi. Başına sığal çəkib adını soruşdum:
- Cəlaldır, - dedi.
- Cəlal mənim döyüşçü dostumun adı idi. Oğluma da onun adını qoymuşam. Bunu rəhmətlik məndən özü xahiş etmişdi, - Firdovsi alnını ovxalayıb dilləndi. - Cəlal çox igid və cəsur bir əsgər idi. Onunla Ağdam, Kəlbəcər və Füzuli rayonları uğrunda gedən döyüşlərdə bir səngərdə vuruşmuşduq. Yadıma gəlir, ermənilər Ağdam istiqamətində hücumlarını gücləndirəndə bizi də köməyə göndərdilər. Düşmən Muğanlı kəndini atəş altında saxlayırdı. Gərgin vəziyyət yaranmışdı. Kəndi qoruyan döyüşçülərin həyatı təhlükədəydi, yağılar onları əsir götürməyə çalışırdılar. Cəlal heç kəsin gözləmədiyi təhlükəli bir səmtdən kəndə girib qumbaraatanla ermənilərin mövqelərinə bir neçə dəqiq zərbə endirdi. Döyüşçülərimiz mühasirədən çıxdılar. Cəlal Cəvahirli kəndində ağır yaralandı. Həmin gün də, sonrakı vaxtlarda da qanlı döyüşlər oldu. Torpaqlar addım-addım ermənilərin əlinə keçirdi.
- Bəs Cəlal?
- Bir neçə gündən sonra hospitala gedib ona baş çəkdik. Cəlalın vəziyyəti ağır olsa da, çöhrəsi gülürdü, döyüşə can atırdı. Çox keçmədi ki, sağalıb hərbi hissəyə qayıtdı. Həmin vaxtlar biz Haramı düzündə mövqe tutmuşduq. Bir neçə gündən sonra düşmən gözlənilmədən zirehli texnikalarla hücuma keçdi. O gün işğalçıların yeddi tankı məhv edildi. Düşmənin iki zirehli texnikasını Cəlal vurdu. Qanlı döyüş üç gün ara vermədi...
Bir gün Cəlalla söhbət edirdik. Dostum mənə dedi:
- Firdovsi, sevdiyin varmı?
Nişanlı olduğumu eşidəndə gülümsündü. İti baxışlarını uzaqlara dikib dedi:
- Son günlər vəziyyət gərginləşib. Mən də nişanlıyam. İnşallah, hansımız müharibədən sağ çıxıb ailə həyatı qursaq, oğlumuza bir-birimizin adını qoyaq…
Çarəsizliklə gülümsündüm.
Soyuq bir qış günündə başıma gələn dəhşətli hadisə ömrüm boyu məni yandıracaq. Yanvarın ilk həftəsində Cəlalı itirdim.
Onun faciəli ölümündən sarsıldım.
Kövrəldi. Sonra özünü ələ alıb sözünə davam etdi.
- Rəhmətlik həmişə deyirdi ki, Firdovsi, müharibə qurtarandan sonra birlikdə biz tərəflərə gedərik. Görməli yerləri gəzib dolanarıq. Təəssüf ki, bu, ona qismət olmadı. Cəlalın ölümündən altı ay sonra döyüşçü dostlar bir yerə yığışıb Göyçay rayonuna - Cəlalın məzarını ziyarət etməyə getdik...
Ailə həyatı qurdum. İlk övladım oğlan oldu. Adını Cəlal qoydum. Uşağın ayağı yer tutan kimi onu Göyçaya apardım. "Balaca Cəlal sizin də övladınızdır," - dedim. Cəlalın atası da, anası da uşağı öpüb oxşadılar. Saab ana diqqətlə uşağa baxanda heyrətini gizlədə bilmədi:
- Aman Allah, Cəlalımın körpəliyinə necə oxşayır. Elə bil bir almanı iki yerə bölüblər…
Vahid MƏHƏRRƏMOV
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM