Göyçay rayonunda yeniyetmə qız intihara cəhd edib.
"Report"un xəbərinə görə, rayonun İnçə kənd sakini, 2001-ci il təvəllüdlü Səma Zaur qızı Cabbarova bu məqsədlə sirkə turşusu içib.
Vəziyyətinin ağır olduğunu görən valideynləri S.Cabbarovanı Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxanadan verilən məlumata görə, Pediatriya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti qənaətbəxşdir və artıq həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.