Azərbaycanda hərbi mətbuatın inkişafı (XX əsrin birinci yarısında)

09:45 / 07.06.2017

 

Azərbaycanda hərbi mətbuatın tarixi respublikanın Sovet İttifaqına qatılmasından sonrakı dövrə təsadüf edir. Azərbayacan Xalq Cümhuriyyəti dövründə isə yeni formalaşdırılan Azərbaycan Ordusu ilə bağlı məlumat və məqalələr müxtəlif qəzetlərdə işıq üzü görürdü. Bu məqalələrdə Azərbaycanda milli hərbi xidmətin çətinliklərindən bəhs olunurdu. Çar Rusiyasında Azərbaycan vətəndaşlarının orduda xidmətdən uzaqlaşdırılması, əksər azərbaycanlıların Vətən qarşısında öz borclarını bilməmələri, çağırış yaşının qeydə alınması və sənədləşdirilməsi ilə bağlı ortaya çıxan problemlər bu məqalələrinin əsas məğzini təşkil edirdi.

AXC dövründə Azərbaycanın müdafə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlar və görülən tədbirlər barədə məlumatların şəffaflığına ciddi şəkildə riayət olunmasına çalışılmışdır. Məsələ ilə bağlı o dövrdə mətbuatda (“Azərbaycan”, “Açıq söz”, “İstiqlal” və başqa mətbuat orqanları) əksini tapmış bir sıra məlumatlar maraq doğurur. AXC-nin 80 illik yubileyi ilə bağlı 1998-ci ildə Azərbaycanda keçirilən rəsmi tədbirlər sislsiləsində çap olunmuş “Azərbaycan Demokratik Respublikası (1918–1920). Ordu” adlı kitabda o dövrdə mətbuatda ordu ilə bağlı əksini tapmış çoxsaylı məlumatlar, faktlar qərarlar, əmrlər və sərəncamlar əksini tapmışdır [5, s.6].

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublikada da hərbi sahədən yazan mətbu orqanlar nəşr edilməyə başlasa da, hərbi mətbuat, əsasən, mərkəzin tabeliyində olan və istiqamətinə uyğun orqanlardan ibarət olmuşdur. Tanınmış hərbi jurnalist Şəmistan Nəzirlinin “Hərbi bilik” jurnalının 1993-cü ildə dərc olunmuş ilk sayındakı yazısında Azərbaycanın hərbi mətbuat tarixindən söhbət açılırdı... [4, s.4].

Azərbaycanda ilk hərbi qəzetin tarixi 1920-ci ildən nəşr edilən “Qırmızı əsgər”lə başlanır. Azərbaycan atıcılıq diviziyasının siyasi şöbəsinin orqanı olan bu qəzet 1925-ci ildən “Qızıl Əsgər” adı ilə nəşr olunmuşdur. Respublika hərbi mətbuatının inkişafında xüsusi yer tutan bu qəzet on ildən çox nəşr edilmişdi. Diviziya və alay qəzetlərini öz ətrafında birləşdirən qəzetin baş redaktoru görkəmli yazıçı Hacıbaba Nəzərli olub. Eyni zamanda məhz onun rəhbərliyi ilə qəzetin nəzdində Hərbi Nəşriyyat yaradılmışdı. Ş.Nəzirlinin araşdırmalarına görə, sözügedən Nəşriyyatın buraxdığı kitabların əksəriyyəti tərcümə ədəbiyyatından ibarət idi. Nəşriyyatın işıq üzünə çıxartdığı orijinal əsərlərdən yalnız general Əliağa Şıxlınskinin iki hərbi əsəri – “Ruscadan türkcəyə qısa döyüş sözlüyü” (1926-cı il), “Fəhlə-Kəndli Qızıl Ordusu topçusunun döyüş təlimatnaməsi” (1927-ci il) mövcuddur.

Araşdırmalar göstərir ki, Azərbaycanda hərbi sahədə ilk jurnal 1922-ci ilin sentyabr ayında fəaliyyətə başlayan “Savadlı Qırmızı Əsgər”dir (indiki “Hərbi bilik”). Ş.Nəzərlinin araşdırmalarına görə, ayda bir dəfə nəşr olunan siyasi, ictimai, ədəbi-elmi məcmuə yeni yaranmış Azərbaycan atıcılıq diviziyasının orqanı idi. Əsgərlərin savadlanması üçün nəzərdə tutulan jurnalda döyüş hazırlığı, silaha qulluq qaydaları, əsgər və ordu həyatından yumorlar, ədəbi-bədii yazılar dərc edilirdi. Eyni zamanda bu nəşr ordudakı vəziyyətlə bağlı bir növ ictimai məlumatlandırma məqsədi güdürdü. “Hərbi bilik” jurnalının məsul redaktorları komissar Hüseyn Rəhmanov və diviziya komandiri Cəmşid Naxçıvanski idilər [5, s.52]. 1993-cü il yanvarın 1-dən etibarən Müdafiə Nazirliyinin Hərbi-elmi tədqiqatlar və nizamnamələr şöbəsi tərəfindən “Hərbi bilik” jurnalı yenidən nəşrə başladı. Həmin vaxtdan indiyə qədər “Hərbi bilik” jurnalı müntəzəm olaraq iki ayda bir dəfə i.ıq üzü görür.

Azərbaycanda hərbi jurnalistikanın sonrakı inkişafına nəzər yetirəndə məlum olur ki, 1934-cü ildə bölük və alay qəzetlərinin ümumi sayı səksənə yaxın idi. “Qızıl Əsgər” qəzeti ilə yanaşı, “Dəmir mübariz”, “Qızıl topçu”, “Döyüşçü səsi”, “Qızıl bayraq”, “Fəhlə-kəndli qızıl ordusu” adlı çoxsaylı alay qəzetləri nəşr

olunurdu. Bütün bu mətbu orqanlar hərbi sahədə informasiya əldə etmək istəyində olan ictimaiyyət üçün bir növ mənbə hesab edilirdi [5, s.52].

Böyük Vətən müharibəsi SSRİ-də hərbi jurnalistikanın inkişafına təsirsiz ötüşmədi. Professor Cahangir Məmmədlinin tədqiqatlarında II Dünya müharibəsi zamanı mətbuatın vəziyyəti haqqında maraqlı məlumatlar var: “1941-ci ildə rus-alman müharibəsinin başlanması ilə mətbuatın tipologiyasında da dərhal dəyişikliklər baş vermişdir. Dövlət informasiyasına daha etibarlı nəzarət etmək məqsədi ilə müharibə başlayandan cəmi iki gün sonra “Sovinformbüro” yaradılmışdır. Dövlətin rəsmi informasiyası da ilk növbədə “Sovinformbüro”dan – Sovet İnformasiya Bürosundan yayılırdı. Sovet qəzet tipində hərbi mətbuatın çəkisi artmışdı. Hətta cəbhə bölgələrində milli dildə hərbi mövzunu işıqlandıran qəzetlər yaradılmışdı. Hərbi qəzet şəbəkəsinin artırılması mülki qəzet tiplərinin sayını azaltmağa gətirib çıxarmışdı. Mərkəzi qəzetlərin sayı 2 dəfə azaldılmışdı. Respublika, rayon qəzetlərinin həcmi aşağı salınmış. Milli respublikalarda gənclər mətbuatı ləğv edilmişdi. Gənclərin problemlərinin işıqlandırılması partiya qəzetlərinə həvalə olunmuşdu” [3, s.184-185]. Sovet İttifaqında radionu və mətbuatı rəsmi məlumatlarla “Sovinformbüro” təchiz edirdi... Müharibə illərində “Sovinformbüro”nun bütövlükdə 2 mindən artıq məlumatı efirə getmişdir. 2300 “son xəbərlər” buraxılışının, 7 mindən artıq korrespondensiyanın, 8 mindən artıq “Cəbhədən məktub”un və “Cəbhəyə məktub”un, demək olar ki, hamısında onun materiallarından istifadə edilmişdir [1, s.34-35].

II Dünya müharibəsi illərində cəbhə bölgələrində vuruşan azərbaycanlı əsgərlərin döyüş ruhunu qaldırmaq və arxa cəbhə ilə əlaqələri saxlamaq naminə Azərbaycan dilində bir çox cəbhə qəzetləri buraxılmışdır. Azərbaycan dilində “Fəhlə-Kəndli Qızıl Ordusu döyüşçüsü”, “Qızıl Ordu”, “Sovet döyüşçüsü”, “Həyəcan”, “Suvorovçu”, “Vətən eşqi”, “Hücum”, “Vətən qəhrəmanı”, “Vətən yolunda”, “İrəli” adlı cəbhə, ordu və diviziya qəzetləri nəşr edilirdi [2, s.6].

Zaqafqaziya cəbhəsində “Fəhlə-Kəndli Qızıl Ordusu döyüşçüsü” qəzeti (“Pravda” qəzetinin yarım formatında, günaşırı çıxırdı, redaktoru Cəfər Xəndan Hacıyev idi) döyüşçüləri yeni igidlik göstərməyə çağırırdı. Qəzetin işçiləri cəldlik,

təşəbbüskarlıq göstərərək, maşınlarla, təyyarələrlə, hərbi qatarlarla cəbhəyə gedib döyüş vərəqələri buraxırdılar. Müxbirlər Novorossiysk, Mozdok ətrafında gedən döyüşlərdən redaksiyaya telefonla, hərbi sahə poçtu vasitəsi ilə məlumatlar çatdırırdılar [2, s.26-27].

“Vətən eşqi” qəzeti vuruşma günlərində əsgərlərin ən sevimli qəzetlərindən biri sayılırdı. Qəzet gündəlik hadisələri nəzərdən qaçırmır və döyüş əməliyyatlarının gedişini gündəlik işqlandırırdı. Qəzeti oxuyanlar onun arxa cəbhə ilə yaxından əlaqə saxladığının şahidi olurdular. Qəzetdə “Vətəndən məktublar, “Sovet İttifaqı” və “Sovet Azərbaycanı” guşələri əsas yer tuturdu. Elə bir mühüm hadisə olmazdı ki, qəzet döyüşçülərin nəzər-diqqətini bu hadisəyə cəlb etməsin [2, s.37]. “Vətən eşqi” qəzeti Ukrayna torpaqlarında gedən vuruşmalar zamanı böyük işlər görürdü. Qəzet döyüş əməliyyatlarının gedişinə dair xəbərləri olduqca operativ surətdə verə bilirdi [2, s.116]. Azərbaycan dilində hərbi dairənin “Həyəcan” qəzeti də çap edilirdi. Qəzetdə sistematik olaraq hərbi andda və nizamnamədə təsadüf edilən bu və ya digər komandanın və ayrı-ayrı sözlərin mənasını izah edən lüğət guşəsi verilirdi. Beləliklə, əsgərlərimiz bu və ya digər komandanın mənasını, nizamnamə tələblərini yaxşı başa düşmək üçün müəyyən söz ehtiyatına malik olurdular [2, s.108].

Cəbhə və ordu qəzetlərindən başqa, Vətən müharibəsi təcrübələrini dərindən öyrənmək məqsədi ilə qoşun növləri üzrə məcmuələr də nəşr edilirdi. SSRİ Müdafiə Nazirliyinin Baş Siyasi İdarəsi tərəfindən rus dilində və SSRİ xalqlarının dilində “Qızıl Ordu agitatorunun bloknotu” jurnalı buraxılırdı. Jurnal 250000 tirajla çap edilirdi. Azərbaycan dilində nəşr edilən “Qızıl Ordu agitatorunun bloknotu” jurnalı (məsul redaktoru N. Burıçev, redaktor və mütərcimi X.Vəzirov idi) ayda bir dəfə bir çap vərəqəsi (vərəqi) həcmində buraxılırdı. Jurnalda sistematik olaraq döyüş əməliyyatları barədə materiallar verilirdi [2, s.108-109].

Cəbhə qəzetlərində Cəfər Xəndan, Seyfulla Əliyev, Seyfəddin Abbasov, Əhməd Cəmil, Eynulla Ağayev, İbrahim Novruzov, Nüsrət Bağırov və başqaları çalışmış, əməkdaşlıq etmişlər. Məşhur yazıçı Ənvər Məmmədxanlı da 1941–1945-ci illərdə Stalinqrad və Şimali Qafqaz cəbhələrində “Qızıl Ordu” qəzetinin xüsusi

müxbiri kimi fəaliyyət göstərmiş, daha sonra Təbrizdə çıxan “Vətən naminə” hərbi qəzetinin müxbiri olmuşdur [6].

Qəzetlərin əsas məqsədi Qızıl Ordunun əldə edilən qələbələr və azad edilən bütün ərazilərdə kommunist ideyalarının yayılmasının təşviqatını yerinə yetirmək idi. Sovet kütləvi informasiya vasitələrinin mövcudluğu dövründə ilk dəfə yüzlərlə, minlərlə ən istedadlı sovet yazıçısı “qaynar nöqtələr” və hərbi əməliyyatların mərkəzindən reportaj və məlumatın hazırlanması ilə məşğul olmaq üçün çap və yayım orqanlarına göndərilmişdi. Bu cür tədbirlər nəticəsində mətbuatdakı ənənəvi janrlar da xeyli dəyişdi. Müharibə və ondan sonrakı hərbi jurnalistikanın yaradıcılığının böyük əksəriyyətini mükəmməl oçerklər və qısa hekayələr təşkil edirdi [8].

Sovet İttifaqında həmin dövrdə hərbi müxbirlərin fəaliyyəti “Cəbhədə hərbi müxbirlərin fəaliyyəti haqqında Sov.İKP (b) Mərkəzi Komitəsinin Təbliğat və Təşviqat İdarəsi və Qızıl Ordunun Siyasi İdarəsi tərəfindən təsdiq olunmuş 1042a saylı Qaydalar” tənzimləyirdi [7]. Orada hansı mətbuat orqanlarının cəbhə bölgələrinə öz müxbirlərini göndərmək hüququ olduğu dəqiq təsbit olunurdu: “Pravda”, “İzvestiya”, “Krasnaya zvezda”, “Stalinskiy sokol”, “Komsomolskaya pravda” və s. Həmin dövrlərdə SSRİ-nin tərkib hissəsi olan Azərbaycanda da eyni proses gedirdi. Bu vəziyyət qələm sahiblərinin sonrakı yaradıcılıqlarında da təsirsiz ötüşmədi. Müharibə illərində hərbi müxbir olan Rəsul Rza bu təcrübədən sonra xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmi əksetdirən əsərlər yaratmışdır.

Sovet dövründə təbii ki, hərbi münaqişələrlə bağlı məlumatlar siyasi iradəyə uyğun süzgəcdən keçirilib ötürülürdü. Buna görə də ötən əsrin əvvələrində, xüsusilə sosialist düşərgəsində hərbi jurnalistikanın inkişafından, müxbirlərin döyüş bölgələrində iştirakının xüsusi mexanizmindən danışmaq yersiz idi. Yəni hərbi müxbirlərin hesabatı tam məlumat deyil, mühafizəkar xarakterli hesabat idi.

Sovet İttifaqının dağılmasından sonra ortaya çıxan müharibələr jurnalistikanın bu sahəsinin yönümünə də, inkişafına da xüsusi təsir göstərmişdir. Bu

münaqişələrin işıqlandırılması üçün həm yeni yaranan müstəqil qəzetlər, həm də hərbi orqanların təsis etdiyi qəzetlər bu yöndə böyük əmək sərf etmişdir.

 

ƏDƏBİYYAT

 

1. Əhmədli N.A. Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində. Bakı: BDU nəşriyyatı, 2004, 76 s.

2. Quliyev H.İ. Cəbhə qəzetləri: 1941–1945. Bakı: Azərnəşr, 1965, 140 s.

3. Məmmədli C.Ə. Müasir jurnalistika. Bakı: BDU nəşriyyatı, 2003, 436 s.

4. Nəzirli Ş. Ə. General Əliağa Şıxlinski ömrü. Bakı: Uğur, 2005, 248 s.

5. Sümərinli C. M. Hərbi sahədə informasiya əldə etmək mədəniyyəti: Azərbaycan və dünya təcrübəsi. Bakı:Apostrof, 2010, 85 s.

6. http:// www. azertag.az/ru/xeber/ Narodnyi_pisatel_Enver_Mamedhanly _vnes_ bolshoi_ vklad_v_razvitie_azerbaidzhanskoi_literatury_teatra_i_kino-258273 7. http://www.newsman.tsu.ru/library/main/kuznetsov_history_of_russian_journalism_1917_2000/reading_book/9.html 8. http://www.warpress.ru/jyrn_pol/poyavlenie.php 212.

Qaşqay Ziyəddinoğlu


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM