Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycan Evinin birgə təşkilatçılığı və Səməd Vurğun ev-muzeyinin maliyyə dəstəyi ilə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq Şairi Vaqif Səmədoğlunun fransız dilində nəşr olunmuş “Bir gün təbəssüm olmuşdum” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində səfir Elçin Əmirbəyov Vaqif Səmədoğlunun yaradıcılığından söz açıb, onun xalqımızın tarixini və kimliyini sevən şəxs olduğunu bildirib. Qeyd edib ki, V.Səmədoğlunun yaradıcılığı sovet dövrünə-yaradıcı insanların düşündüklərini azad ifadə edə bilmədikləri dövrə təsadüf edib. Şeirlərinin birində “Doğuldum 1939-da, 1937-də tutuldum” deyən şair hələ doğumundan əvvəl repressiya yaşadığını söyləyir. Bununla o, 1937-ci il repressiyalarını xatırladır. Vaqif Səmədoğlu daim ölkəsinin yenidən müstəqilliyə qovuşması arzusu ilə yaşayır və şeirlərində şifrələnmiş mənalarla bunu ifadə edir. V. Səmədoğlu bir gün onun da ölkəsinin öz rəngi ilə dünya xəritəsinə yazılacağına ümid edirdi. Azərbaycanın müstəqilliyi arzusu ilə yaşayan şair nəinki ölkəsinin müstəqilliyinin bərpa olunmasını gördü, o hətta 2000-2005-ci illərdə müstəqil ölkənin parlamentinin deputatı oldu.
Fransız dilin tərcümə edilmiş “Bir gün təbəssüm olmuşdum” kitabının tərcüməçisi və redaktoru kitabın ərsəyə gəlməsindən söz açıb və şairin şeirlərindən səsləndiriblər.
Səməd Vurğun ev-muzeyinin direktoru Nüşabə Vəkilova Vaqif Səmədoğlunun yaradıcılığından söz açaraq, onun keçən əsrin 60-cı illərindən yazmağa başladığını, amma şeirlərinin ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra işıq üzü gördüyünü bildirib. Qeyd edib ki, Vaqif Səmədoğlu haqqında nə yazılıbsa, onun şəxsiyyəti həmişə ön planda olub. Şair zarafatları, sərbəstliyi və daxili azadlığı ilə özünü hamıya sevdirib.
V. Səmədoğlunun şeirlərinin özəllikləri haqqında danışan direktor onun müasir Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. Sərbəst şeirə xas olan bir çox özəl keyfiyyətlər onun poetik təfəkkürünün zənginliyini nümayiş etdirdiyi bildirib.
Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun və Azərbaycanın Dostları Assosiasiyası inzibati şurasının üzvü Jan-Pyer Allali və tarixçi, şair Payen Appenzeller Azərbaycan poeziya tarixindən danışaraq, şairin şeirlərindən səsləndiriblər.
Tədbirin sonunda şairin nəticəsi, gənclər üçün Prezident mükafatı laureatı, Paris Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov fortepianoda Azərbaycan və xarici bəstəkarların musiqilərini ifa edib.
UNESCO-nun "Sülh naminə incəsənət xadimi" xanım Hedva Ser bildirib ki, şair cümlələr yox, sözlər vasitəsi ilə bütün təsəvvürləri yaradıb, hissləri, emosiyaları əks etdirib. V. Səmədoğlunun şeirlərini dinlədikcə müasir poeziyanın əhəmiyyətini anladıq, hər söz, hər ifadə vasitəsi ilə şairin sonsuz və dərin daxili aləmi ilə tanış olduq.
“Şeirləri vasitəsi ilə şairin incə musiqi duyumu, mötəbər incəsənət xadimi olduğunu gördük”,-deyə H.Ser vurğulayıb.
Avropanın ən böyük şəhərlərindən biri olan Parisdə Azərbaycanın tanınmış şairi Vaqif Səmədoğlunun fransız dilində dərc edilmiş “Bir gün təbəssüm oldum” kitabının təqdimatının keçirilməsi ədəbiyyat sevərlərə ən böyük hədiyyədir.
Bu fikri AZƏRTAC-a Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova söyləyib. Qeyd edib ki, Vaqif Səmədoğlu yaradıcılığı çox şaxəlidir. O, istər dramaturgiya sahəsində, istərsə də poeziya sahəsində sözünü demiş ədiblərdəndir. “Azadlıq mənim doğma anam”,- deyən şairin gücü şifahi xalq yaradıcılığından gəlirdi. O, bəxti gətirmiş şairlərdən idi. Bəstəkarlar ən çox onun yaradıcılığına müraciət ediblər. Onun sözlərinə bəstələnmiş musiqilər onun adını uzaq sahillərə aparıb çıxarıb.
“Bu gün dünyada informasiya müharibəsi aparılır. XXI əsrdə ən güclü silahı mədəniyyətdir. Dağıdıcı kimyəvi silahlar belə sənətin, mədəniyyətin yanında gücsüzdür. Hər xalqın dilində dərc edilən bədii əsərlər o xalqın insanlarının qəlblərini fəth edərək zəfər bayrağını ucaldır. Ona görə müxtəlif dillərə tərcümə edilən əsərlərin sayı nə qədər çox olarsa, bir o qədər dünya ictimaiyyətinə tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız haqqında məlumat vermiş, onları tanıtmış və dostlar qazanmış olarıq.
Bu gün Vaqifin kitabınin fransız dilinə tərcümə edilməsi Azərbaycan ədəbiyyatının təbliğatı sahəsində təqdirə layiq haldır”,-deyə S.Yusifova bu işlərin davamlı olmasını diləyib.
Fransız tarixçisi, şairi və yazıçısı Payen Appenzeller qeyd edib ki, eyni əsrdə yaşayırıqsa bir-birimizi tanımadan bir-birimizə çox yaxınıq. Bu gün Azərbaycan şairi V.Səmədoğlunun şeirlərini dinləyəndə sanki qardaşımla görüşdüm.
Roman yazanda yazıçı başqasının dili ilə danışır, amma şair öz dili ilə danışır. Şeirdə sual işarəsi çox vacibdir, o sonsuzluğu göstərir. Şair bu işarə ilə poemanın bitmədiyini bildirir.
“V.Səmədoğlunun şeirlərində hər söz, hər ifadə bir tablodur. Onlar şairin mədəniyyətini, tarixini göstərir”, - deyə P. Appenzeller diqqətə çatdırıb.
Şəhla Ağalarova
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM