Yeni erməni hökuməti: siyasi spekulyasiyalar və ziddiyyətlər

09:18 / 08.06.2017

Ermənistanda parlament seçkisində respublikaçıların qalib gəlməsindən sonra meydana yeni problemlər çıxıb. Daşnakların başçılıq etdiyi parlament bloku ilə S.Sarkisyanın Respublika partiyası koalisiya yaratmalıdır. Həm parlamentdə yerlər konkretləşməli, həm də hökumət formalaşdırılmalıdır. Ekspertlər bu yolda İrəvan Ağsaqqallar Şurasına olan seçkinin əhəmiyyətli rol oynayacağını proqnozlaşdırırdılar. Həmin seçki olub və yenə də respublikaçılar qalib gəliblər. Deməli, yeni hökumətin formalaşdırılması ziddiyyətlərdən yaxa qurtara bilməyib. Burada digər faktorlarla yanaşı, siyasi-ideoloji məqam da ciddi rol oynayır. Çünki daşnakların siyasi mövqeləri kifayət qədər radikaldır. Onların XXI əsrin tələblərinə cavab verməyən ideoloji konsepsiyaları vardır. Bu səbəbdən hökumətdə yer almaları bütövlükdə problemlər meydana çıxara bilər. Onları önləmək üçün baş nazir Karen Karapetyan konkret addımlar atmalıdır. Lakin o da müstəqil kadr deyil – kənardan sifarişlə bu vəzifəyə gətirilib. Bu da onu göstərir ki, Ermənistanda hökumətin formalaşdırılması mürəkkəb bir prosesə çevrilib. Bunun hansı nəticələr verə biləcəyi maraqlıdır.

Saxta seçki: AŞ PA niyə həqiqəti gizlədib?

Ermənistanda hökumət böhranı davam edir. Parlament seçkisində Serj Sarkisyanın partiyası qalib gəldikdən sonra, onunla birlikdə "Daşnaksütyun"un yeni hökuməti təşkil edəcəyi haqqında proqnozlar verilirdi. Ekspertlər bu məsələnin asan həll olunmayacağından bəhs edirdilər. Məsələ ondan ibarətdir ki, Ermənistan kənardan tam asılıdır və hökuməti quranda bu məqam öz təsirini göstərir. İndiki halda ekspertlər Ermənistan iqtisadiyyatının çox çətin vəziyyətdə olduğunu əsas götürərək, sağlam hökumət qurmağın mümkünsüzlüyünü qeyd edirlər.

Məsələ ona görə ciddidir ki, Ermənistanda iqtidarla yanaşı, cəmiyyət də korrupsiyalaşıb. Bunu parlament seçkisində aydın görmək mümkün idi. Seçki kifayət qədər qanun pozuntusu ilə müşayiət olunub. "Aravot" qəzeti yazır ki, Avropa Şurası Parlament Assambleyasından (AŞ PA) olan müşahidə missiyası seçkidəki pozuntular haqqında əvvəlcə məlumat yaymışdı. Sonra, nədənsə, bu məqamlar məruzədən çıxarılıb. İtaliyalı deputat Adel Qambaro bununla bağlı deyib: "Biz çoxlu sayda qanun pozuntularının şahidi olduq. Bu, xüsusilə başqa ölkələrlə müqayisədə çox idi" (bax: Пресса: Амбиции "Дашнакцутюн" вырасли, однако у премьер-министра Армении другие планы / "Verelq.am", 28 aprel 2017).

Xanım A.Qambaro təəccüb edib ki, AŞ PA bu faktları nəyə görə gizlədib. Əslində, səbəb məlumdur. AŞ PA növbəti dəfə ikili standartlar mövqeyini nümayiş etdirib. İllərdir Ermənistanda demokratiya və insan haqlarının olduğundan dəm vuran bir qurum öz qeyri-obyektiv mövqeyini açıq göstərmək cəsarətinə malik deyil. Başqa tərəfdən, Ermənistanın aciz durumda olduğunu dünyadan gizlətməyə çalışan bəzi xristian dairələr, təcavüzkar və demokratiyadan çox uzaq bir qondarma ölkəni layiq olmadığı pozitiv obrazda təqdim etməkdə davam edirlər.

Bununla AŞ PA iki böyük səhv buraxıb. Birincisi, Cənubi Qafqaz ölkələrinə qarşı ikili standartlar siyasəti yeritməklə əhalinin ona olan inamını sıfıra endirib. İkincisi, Ermənistanda real olaraq demokratiyanın təntənəsi işinə ciddi zərbə vurub. Çünki hətta erməni ekspertlər vurğulayırlar ki, seçkidə nəinki hakimiyyət dairələrinin, hətta cəmiyyətin dərin korrupsiya xəstəliyinə tutulduğu aydın olub. Müxtəlif yerlərdə seçicilər siyasi mövqeyə deyil, qrup maraqlarına, bölgə təəssübkeşliyinə, korporativ maraqlara görə səs veriblər.

Eyni zamanda, əksər seçki dairələrində zor tətbiq olunub. Hakim partiyanın nümayəndələri heç bir məntiqi fikir bildirmədən adamları onlara səs verməyə məcbur ediblər. Bir sıra hallarda isə hazır bülletenlər qutulara atılıb. Bütün bunlar müşahidəçilər tərəfindən qeyd olunub və KİV-ə bildirilib. Ancaq yenə də son məruzə "demokratik" məzmun kəsb edib.

Lakin indi bütün bu saxtakarlıqların əziyyətini sadə ermənilər çəkirlər. Çünki saxtalıqla seçilən adamlardan yeni hökumət formalaşdırılmalıdır. Real olaraq Respublika partiyası və "Daşnaksütyun" qalib gəlməyiblərsə, onların təmsilçilərindən formalaşdırılan hökumət xalqın iradəsini ifadə edə bilməz.

Mayın 14-də İrəvanın Ağsaqqallar Şurasına keçirilən seçkilər bu fikirləri təsdiq edib. Orada respublikaçılar 71 faiz səs toplayaraq, üstünlüklərini saxlayıblar. İndi parlamentdə vəzifələr bölüşməli, daşnaklara nə qədər nazir portfelinin verilməsi də müəyyənləşməlidir. S.Sarkisyan bu məsələ ilə bağlı daşnakları təmsil edən nümayəndələrlə müzakirələr aparır. Ermənistan mediasının bununla bağlı yaydığı informasiyalarda vəziyyətin mürəkkəb olduğu xüsusi vurğulanır.

Siyasi radikalizm: Ermənistanın ənənəvi bəlası

Burada əsas maneə daşnakların daha çox nazir yeri almaq tələbi ilə bağlıdır. Baş nazir Karen Karapetyan isə başqa cür düşünür. Bu barədə yazan "Aykakan jamanak" qəzeti tərəflərin yalnız mayın 18-dən sonra konkret qərar verə biləcəyini ayrıca qeyd edir. Belə ki, daşnaklar həm nazir yerlərini artırmaq, həm də yerlərdə onların adamlarının rəhbərlik etməsinə nail olmaq fikrindədirlər.

Bunun hansı nəticələr verə biləcəyini K.Karapetyan yaxşı bilir. Onu ehtiyatlandıran məqam Avropada ultramillətçilərin getdikcə daha çox siyasi dividend qazanmaları ilə bağlıdır. Qərb ölkələrində gedən siyasi proseslər və keçirilən seçkilər erməni ultramillətçiliyinin zehniyyətinə uyğun görüşlərə malik siyasətçilərin fəallaşdığını təsdiq edir. Bu, "Daşnaksütyun"a stimul verir. Yerli icra orqanlarında adamlarını yerləşdirməklə daşnaklar gələcəkdə daha çox uğur qazanmaq və hətta parlamenti tamamilə ələ keçirmək arzusunda olduqlarını dolayısı ilə ortaya qoyurlar. Yəni Ermənistanda siyasi radikalizm rəsmi olaraq qələbə qazanmaq şansı əldə edib.

Bu məqamda bir incəliyi vurğulamaq lazımdır. Əslində, Ermənistanda siyasi qüvvələrin böyük əksəriyyəti radikal millətçilik xəstəliyinə tutulublar. Onların demokratiyadan qətiyyən anlayışı yoxdur. Yalnız Levon Ter-Petrosyanın qismən demokratik düşüncələri vardı, onu da hakimiyyətdən kənarlaşdırıblar və bir daha ora buraxmaq fikirləri yoxdur. Bunların fonunda daşnaklar daha əcaib görünürlər. Onlar bütün qonşu ölkələrə qarşı ərazi iddiasındadırlar, son dərəcə aqressiv və kor siyasi kursa malikdirlər. XXI əsrdə daşnak siyasəti bütövlükdə insanlığa bir ləkədir.

Karen Karapetyanın məqsədi isə sivilizasiya və mədəniyyətlə bağlı deyil. O, vəzifəsini itirməkdən qorxur. Daha doğrusu, K.Karapetyanı Ermənistana baş nazir göndərən qüvvələr müəyyən şeylər tələb edirlər. Hələlik isə baş nazir kimi Karapetyan heç bir ciddi iş görməyib. Məsələn, 2017-ci ilin ilk rübündə Ermənistanın idxalı ixracatdan iki dəfə çox olub.

Hökumətdə sözdə islahatlar aparılsa da, idarəetmədə yeni heç bir real faktor yoxdur. Bütövlükdə hökumətin sistemli islahatlar planı mövcud deyil. Onun olacağına da ümid etmirlər. Çünki Ermənistan hökuməti kənardan olan diqtə ilə işləyirsə, hansısa düşünülmüş kurs yeridə bilməz. Bu, mümkün deyil.

Deməli, qalır vəzifəni əldə saxlamaq və ondan maksimum dərəcədə öz marağı üçün istifadə etməyə çalışmaq. Hazırda Ermənistanda məhz bu istiqamətdə proses gedir. Yüksək vəzifəli şəxslər gəlirlərini artırmaq üçün müxtəlif cinayətlərə əl atmaqda davam edirlər. Hərbi sferada da ciddi problemlər qalmaqdadır. Məsələn, son günlər bir neçə erməni əsgərinin həlak olmasında bəzi zabitləri günahlandırırlar.

Və müdafiə naziri orduda kadr dəyişikliyi edəcəyinin anonsunu verib. İqtisadiyyat, maliyyə, informasiya və digər sahələrdə də eyni acınacaqlı vəziyyət hökm sürür. Ermənistan iqtidarı konkret real addımlar atmaq qabiliyyətini itirmiş kimi görünür. Bu kontekstdə ekspertlər S.Sarkisyanın Çinə deyil, Qətərə səfər etməsinin məntiqini dərk edə bilmədiklərini yazırlar. Görünür, rəsmi İrəvan "Yeni İpək Yolu" layihəsində ciddi iştirak edə biləcəyini gözləmir. Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaqla, Ermənistan öz yoluna böyük əngəllər çıxarıb və bu, zəbt etdiyi torpaqlardan çəkilib gedənə qədər davam edəcək.

Bütün bunlar Ermənistanda yeni hökumətin müəyyən siyasi spekulyasiyalar əsasında qurulacağını göstərir. Daşnakların başçılıq etdiyi blokun daha çox nazir postu aldığı halda koalisiyanın intriqa ocağı olacağı şübhəsizdir. Bu baş verməsə belə, hazırkı siyasi, sosial və iqtisadi şərtlər daxilində Ermənistanda yeni işlək hökumətin formalaşdırılması şansı minimumdur. Deməli, ölkədə iqtisadi tənəzzül davam edəcək. İnsanların həyat səviyyəsi aşağı olaraq qalacaq. İmkan tapanlar Ermənistanı tərk edəcəklər. Bu aspektdə yeni hökumət qurmaq çalışmaları reallıqda Ermənistanı yeni ziddiyyətlər müstəvisinə çəkmək anlamına gəlir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM