ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Azərbaycanın işğal altındakı Laçın rayonunda edilən hücumun yeni təfərrüatları məlum olub.
Həmsədrlər Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və İqor Popov (Rusiya) mayın 16-da və 17-də İrəvanda görüşlər keçirdikdən sonra Zod aşırımından keçərək ermənilərin çəkdikləri yeni yolla işğal altındakı Kəlbəcər rayonuna gəliblər.
Oradan həmsədrlərin maşın karvanı işğal altındakı Laçın rayonuna yola düşüb və burada vasitəçiləri separatçı “DQR” rejiminin təşkil etdiyi kütlə qarşılayıb.
Laçın şəhərinin mərkəzində 200-ə yaxın erməni həmsədlərin maşınlarının qarşısını kəsib və onların maşından düşməsini tələb ediblər. Toplaşanlar “Daşnaksütun” erməni inqilabi federasiyasının Qarabağ özəyinin gənclər təşkilatının üzvləri olublar.
Daşnakların hədəfi amerikalı həmsədr Ceyms Uorlik olub. Onlar C.Uorlikdən bir neçə gün əvvəl Vaşinqtondakı Karnegi Fondunda səsləndirdiyi sülh prinsiplərinə aydınlıq gətirilməsini tələb ediblər.
Xəbər verildiyi kimi, Ceyms Uorlikin açıqladığı sülh prinsiplərində Laçın rayonundan Dağlıq Qarabağın Ermənistanla birbaşa əlaqəsini təmin etmək üçün dəhliz ayrılmasını, ancaq rayonunun qalan hissəsinin Azərbaycana verilməsi də əksini tapmışdı. Uorlikin açıqladığı prinsiplərin xüsusən bu hissəsi erməniləri ciddi narahat edib. Belə ki, uzun illərdir danışıqlarda erməni tərəfi Laçının qaytarılması məsələsindən israrla imtina edir.
Avtomobildən düşən Ceyms Uorlik Laçının mərkəzində qanunsuz məskunlaşdırılmış erməni daşnaklarının hay-küyünü dinləyib. Daşnaklar onun hesabatını “antierməni” adlandırıblar, Uorlikə qarşı aqressiv davranıblar və onu “Azərbaycana işləməkdə” günahlandırıblar.
Amerikalı həmsədr isə erməniləri dinləyəndən sonra onlara qəti cavab verib. Diplomat bildirib ki, onun Vaşinqtonda açıqladığı sülh elementləri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə dair dövlət siyasətini əks etdirir.
Ermənilər həmsədrlərdən əl çəkməyiblər və onların aksiyası işğalçıların Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində yaratdıqları qondarma “Kaşataq rayonu”nun administrasiya binası qarşısında davam edib. Belə ki, həmsədrlər “Kaşataq rayonu başçısı” ilə qapalı görüş keçiriblər. Bundan sonra Xankəndinə gediblər və orada separatçı rejimin başçısı Bako Saakyanla görüşüblər. Sabah isə həmsədrlər Ağdərə-Tərtər istiqamətindən təmas xəttini keçərək Bakıya gələcəklər.
Amerikalı həmsədr İrəvanda olarkən “Şant” telekanalına müsahib də verib və ondan Vaşinqtonda açıqladığı sülh elementlərini soruşublar. Uorlik deyib ki, bu elementlər ABŞ-ın mövqeyini əks etdirir və həm Ermənistanda, həm Azərbaycanda müxtəlif aspektlərdən müzakirələrə səbəb olub.
C.Uorlik Karnegi Fondundakı çıxışında “işğal edilmiş ərazilər” ifadəsini işlətməsi ilə bağlı suala cavabında deyib ki, bundan əvvəl həmin ifadəni həmsədrlər də atəşkəsin 20 illiyi ilə bağlı bəyanatlarında işlədiblər.
“Hansı ifadənin işlədilməsinin əhəmiyyəti yoxdur. Bunu aydın şəkildə başa düşmək lazımdır ki, əgər Dağlıq Qarabağ ətrafındakı ərazilərlə bağlı nizamlama olsa o zaman ən mühüm vəzifələrdən biri bu ərazlərin Azərbaycanın nəzarətinə qaytarılmasıdır” - deyə C.Uorlik bildirib.
Virtualaz.org
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM