Dəhşətli qətlin tükürpədən təfərrüatları

08:20 / 13.06.2017

Azər soyuqqanlılıqla yatan atasının başına iki zərbə vurub və boğazını kəsib
İkiqat cinayətin qan donduran detallarını Sputnik Azərbaycan-a Masallı rayon hüquq-mühafizə orqanlarının əməkdaşları açıqlayıb. Ona həyat bəxş edən valideynlərinə əl qaldırmağı oğulu nə vadar edib? Bu sual hüquq-mühafizə orqanlarına rahatlıq vermir və onlar indiyə qədər də gördüklərinə haqq qazandıra bilmirlər. İyunun 9-da yerli KİV Masallı rayonunda ikiqat qətl hadisəsi barədə məlumat yaymışdı. Miyenkü kəndinin sakini, 1989-cu il təvəllüdlü Azər Ağayev həyat yoldaşı Asudə Ağayeva ilə birlikdə valideynləri — atası Etibar Ağayevi və anası Rəfiqə Ağayevanı balta ilə doğrayıb. Sonra qatillər öz qurbanlarını tövlədə basdıraraq üstünü betonlayıblar. Bu ağır cinayət ailə-məişət münaqişəsi zəminində baş verib. Yalnız şənbə günü bu amansız qətlin təfərrüatları məlum olub.

Hamı onların Rusiyada olduğunu zənn edirdi Belə ki, iyunun 5-də Azər Ağayev Masallı rayon Polis Şöbəsinə valideynlərinin itkin düşdüyü barədə məlumat verib. O bildirib ki, valideynləri evdən gediblər və qayıtmayıblar. Əməliyyatçılar araşdırma aparıblar və müəyyən ediblər ki, Ağayevlər heç yerə getməyiblər. Eyni zamanda kənd sakinləri bildiriblər ki, Ağayevlərin evində daim valideynlərlə ailənin oğlu arasında münaqişələr olur. Yeri gəlmişkən, hüquq-mühafizə orqanlarına gəlin Asudənin Rəfiqə Ağayevanın qohumu olduğunu deyiblər. Təbii olaraq ilk şübhəlilər Azər və Asudə Ağayevlər olub. İstintaq-əməliyyat qrupunun əməkdaşları onları nəzarətə götürüblər. Valideynlərinin itkin düşməsi ilə bağlı polisə məlumat verdiyinin səhərisi günü Ağayev yenidən polis idarəsində peyda olaraq istintaqın gedişi ilə maraqlanıb. Oğul özünə elə görkəm verib ki, guya valideynlərinin taleyindən narahatdır. Polisdə Ağayevi valideynlərinin tapılacağına əmin etdikdən sonra evə yola salıblar. Kişi heç başa da düşməyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq onu izləyir və hər addımını öyrənirlər. Tezliklə istintaq-əməliyyat qrupunun üzvləri Ağayevlərə qonaq gedərək ehmalca əraziyə baxış keçiriblər. Kriminalistlərin diqqətini tövləyə yeni tökülmüş beton cəlb edib. Şübhəli şəxslərlə davam edən söhbətlər əsnasında cinayətin üstü açılıb. Ağayevlər etiraf etmək məcburiyyətində qalıblar ki, betonun altında ölmüş valideynlərin cəsədləri var. Amma Azər günahı dərhal boynuna almayıb. “O, nəyəsə ümid edərək əvvəlcə valideynlərini arvadı Asudənin öldürdüyünü, özünün isə qıraqda dayandığını dedi. Saxlanılan şəxslər bildirdilər ki, valideynlərlə yola getməyiblər, sonuncular onlara yaşamağa imkan verməyiblər. Bu səbəbdən onlar hətta iki dəfə ayrı yaşamağa cəhd ediblər və bu münasibətlə kirayə ev də tutublar. Amma valideynləri onları geri qaytarıblar ki, Azər evin yeganə oğludur (onun ərdə olan bacısı da var) və valideynləri ilə eyni evdə yaşamalıdır” — deyə hüquq mühafizəçiləri bildiriblər. Anasını qətlə yetirən şəxs polisə təslim oldu Növbəti münaqişə zamanı Azər valideynlərini öldürmək qərarına gəlib. Səhər o yuxudan duran kimi baltanı götürərək atasının yatdığı otağa gəlib. Azər soyuqqanlılıqla yatan atasının başına iki zərbə vurub və boğazını kəsib. Sonra həyətə düşüb. Bu vaxt anası ayaqqabını soyunaraq evə girməyə hazırlaşırmış. Oğul anasının kürəyinə balta ilə bir neçə zərbə vurub. Ölmüş ər və arvadın meyitlərini otağın bir küncünə yığaraq xəndək qazmaq üçün tövləyə gediblər. “Xəndək bir metr dərinlikdə idi. Biz hələ də gördüklərimizin şokundan özümüzə gələ bilməmişik. Bu adamlıqdan kənar olan şəxslər görüblər ki, valideynlərin cəsədləri xəndəyə yerləşmir, onları parçalayaraq basdırıblar və üstlərini betonlayıblar. Onlar hətta etdikləri əmələ görə peşman belə olmayıblar. Belə halları görəndə adam Azərbaycanda ölüm hökmünün ləğv olunduğuna təəssüf edir” — deyə hüquq mühafizəçiləri bildiriblər. Ağayevlərin üç uşağı var və onlar uşaq evinə veriləcəklər.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM