"Keyrəki palçıq vulkanı ətrafındakı tikililər sökülməlidir. Orada yaşamaq təhlükəlidir".
Strategiya.az xəbər verir ki, bunu lent.az-a açıqlamasında ETSN-nin Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.
C. Paşayev bildirib ki, Keyrəki palçıq vulkanı ərazisinin 31,35 hektarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir: "Azərbaycanda 400-ə yaxın palçıq vulkanı var, 43-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindədir. Keyrəki vulkanı 2011-ci ilin sentyabr ayında bizim qoruğun tabeliyinə verilib. Oradakı yaşayış evlərinin əksəriyyəti 2011-ci ilə qədər tikilənlərdir və ətrafdakı yaşayış məskəni ilə bağlı məsələ hər zaman aktual olaraq qalır. Nazirliyə məxsus olan 31,35 hektar ərazidə bir dənə də olsun kənar tikili yoxdur. Bizə məxsus olan ərazidə 20-yə qədər "Palçıq vulkanı təhlükəlidir!", "Əraziyə zibil atmaq qadağandır!", "Əraziyə giriş qadağandır!" kimi xəbərdarlıq lövhələri yerləşdirilib. Vulkanın dörd tərəfində 500-700 metr xəndək qazmışıq.
Bundan başqa da bizim əməkdaşlar mütəmadi olaraq orada yaşayan insanlar arasında maarifləndirmə işləri aparır. Hər həftə əhali ilə görüş keçirilir və onlara bildirilir ki, yaşadıqları ərazi təhlükəlidir. Bizdən tələb edilən insanları daimi olaraq təhlükə ilə bağlı məlumatlandırmaqdır".
C.Paşayev qeyd edib ki, həmin ərazi ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılıb və bəzi tədbirlər görülməsi istənilib: "Qeyd etdiyimiz ərazinin vəziyyəti ilə bağlı 2011-ci ildən bu yana müvafiq qurumları məlumatlandırmışıq və bildirmişik ki, ərazidə olan neqativ halları aradan götürmək üçün müəyyən tədbirlər görülməlidir. Mən özüm bilavasitə bu işlə məşğulam və orada yaşamağın təhlükəli olduğunu da bilirəm.
Vulkan ərazisi bizim qoruğa verildikdən sonra şəxsən özüm vulkana ən yaxın evlərlə bağlı aidiyyatı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarı ilə 3 vaqon tipli evi köçürtmüşük və bir ev də sökülüb. Yerdə qalan evlərlə bağlı və ərazidə vəziyyətin stabil saxlanması üçün tədbirlər görülsün deyə aidiyyatı qurumlara müraciət etmişəm.
Ən azından həmin yaşayış massivinin genişləndirilməsinin qarşısı alınsın. Ərazidə 5 yaşayış evi varsa, sayının artmasına, yeni evlərin tikilməsinə qarşı çıxmaq lazımdır. Sakinin bir mərtəbə evi varsa, onun ikinci mərtəbəsini qaldırmasına, 5 kvadrat ərazisini 15 kvadrat etməsinə icazə vermək olmaz. Bu, bizim səlahiyyətimizdə olmadığından müdaxilə edə bilmirik. Ancaq hansısa vətəndaş gəlib bizə məxsus olan 31,35 hektar ərazidə ev tikmək istəsə, o zaman mən onu cərimə edə, üstəlik evini sökdürə bilərəm. Qətiyyən imkan vermərəm ki, bizə aid olan ərazidə hansısa tikinti işi aparsın. Mümkün deyil, çox təhlükəlidir. Bizim ərazidən kənar yerlərdə ev tikilən zaman sadəcə o insana məsləhət verə bilərik ki, bu ərazi təhlükəlidir. Dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm ki, burda belə qanunsuzluq olur".
ETSN əməkdaşı xüsusi vurğulayıb ki, palçıq vulkanlarının yaxınlığında yaşayış məskəni salmaq olmaz: "Palçıq vulkanlarının yaxınlığında nə yaşayış məskənləri, nə də sənaye-istehsalat fabrikləri salına bilər. Hətta orda kommunikasiya xətləri də çəkmək doğru deyil. Qaz xətləri, neft kəmərləri çəkmək qadağandır. Vulkan püskürməsi tektonik prosesdir və vulkanın nə zaman püskürəcəyini təxmin etmək mümkün deyil. ETSN-nin mövqeyi bu məsələdə birmənalıdır və palçıq vulkanlarının yaxınlığında ev tikərkən ən azından 1 km məsafəni gözləmək lazımdır".
C.Paşayev əlavə edib ki, həmin ərazidə məskunlaşan sakinlər imkan daxilində ordan köçsələr, yaxşı olar: "Ora təhlükəli yerdir. Bizim əməkdaşlar hər dəfə xəbərdarlıq edir ki, təhlükəlidir. Son püskürmə zəif olmuşdu, heç bir evə ziyan dəyməmişdi. Hazırda vulkan ərazisində əlavə axıntı olmayıb, heç bir aktivlik müşahidə olunmayıb, durum sabitdir. Püskürmə zamanı ətrafa yayılan tullantıların 70-80%-i artıq quruyub. Ancaq imkan daxilində ordan köçmək daha yaxşı olardı. Bundan başqa, vulkan olan ərazilərdə yaşayanlar bəzi qaydalara də əməl etməlidir. Vulkanı zibilləmək, tapdalamaq, vulkanın yaratdığı formaları dağıtmaq olmaz".
Xatırladaq ki, bir neçə gün əvvəl Abşeron yarımadasında, Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşən Keyrəki palçıq vulkanı püskürmüşdü. Keyrəki Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır. İlk dəfə vulkan 1824-cü ildə, indiyədək isə cəmi 17 dəfə püskürüb. Ən böyük püskürmə isə 1952-ci ildə baş verib. Püskürmə həmin vaxt 30 hektar ərazini əhatə edib. Yeni minilliyin başlanması Keyrəki vulkanının aktivləşməsi ilə də yadda qalıb. 2001-ci ilin iyun ayında onillik sakitlikdən sonra güclü püskürmə baş verib. Püskürmə müəyyən fasilələrlə 2 saat davam edib.
Rəsmi informasiyada deyildiyi kimi, vulkanın püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metrdir.
Püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM