Erməni mətbuatı ölkədə müşahidə edilən hakimiyyət böhranı ilə bağlı düşündürücü informasiyalar yayır. Göstərilir ki, 2018-ci ildə indiki prezident Serj Sarkisyan baş nazir ola bilər. Buna görə də Karen Karapetyanı vəzifəsindən uzaqlaşdıracaqlar. İndiki baş nazirin artıq iki dəfə istefa ərizəsi yazdığı barədə informasiyalar da mövcuddur. Hər bir halda erməni siyasi dairələrində 2018-ci ildə ciddi dəyişikliklərin olacağı barədə məlumatlar dolaşır. Bununla yanaşı, ölkəni varlı adamların tərk etdiyini də erməni KİV-i vurğulayır. Həmin prosesin arxasında siyasi faktorların dayandığını deyirlər. Belə çıxır ki, artıq Ermənistanda gözlənilən dəyişikliklərdən yaxa qurtarmağa cəhd edənlər var. Yekun olaraq bütün bu proseslərin Ermənistanı daha pis vəziyyətə sürüklədiyini demək mümkündür. Onun yarada biləcəyi fəsadlardan biri də regionda xaosun meydana gəlməsi ola bilər. Ermənistan hələ də Cənubi Qafqazda təhlükə mənbəyi olaraq qalmaqdadır.
Hökumətin qara günləri: qeyri-müəyyənliklə üz-üzə
Karen Karapetyanı ermənilər hurreylə baş nazirliyə gətirəndə böyük vədlər verirdilər. Ekspertlər yeni baş nazirin həyata keçirəcəyi islahatlardan ağızdolusu danışırdılar. Ehtimal olunurdu ki, Moskvaya yaxınlığı ilə tanınan yeni hökumət başçısı fəal işləməklə, çalışacaq ki, Kremlin ümidlərini doğrultsun. Lakin bir sıra erməni ekspert əvvəlcədən bütün bunların bir oyun olduğu haqqında fikir bildirirdilər. Onlar Ermənistanın real siyasi vəziyyətini təhlil edərək, proqnozlaşdırırdılar ki, əsas məqsədin vəzifə uğrunda savaş olması yaxın zamanlarda bəlli olacaq.
Artıq erməni mətbuatı bu proqnozun doğru olduğunu təsdiq edən informasiyalar yayır. Onlardan "Joxovurd" (Xalq) və "Jamanak" (Zaman) qəzetləri açıq surətdə vurğulayırlar ki, hakimiyyət baş nazirin dəyişdirilməsi oyununu başlayıb. Əsas siqnal kimi Ermənistan parlamentinin sədr müavini, Serj Sarkisyanın partiyasından olan Eduard Şarmazanovun bir fikrini göstərirlər.
E.Şarmazanov deyib: "...parlament seçkilərinin nəticələrinə görə xalq 2022-ci ilə qədər Respublika partiyasına hökuməti formalaşdırmaq və baş naziri təyin etmək hüququ verib... bu, parlament sistemidir, baş nazir sistemi deyil, burada hər şeydən önəmlisi baş nazirin kimliyi deyil, məsuliyyət daşıyan komandanın olmasıdır" (bax: Пресса: Правящая партия готовит общественность к отставке премьер-министра Армении / "Verelq.am", 6 iyun 2017).
Ekspertlər bu sözləri 2018-ci ildə Ermənistanın tamamilə parlament üsul-idarəsinə keçməsi ilə indi prezident olan Serj Sarkisyanın baş nazir təyin ediləcəyinin ilk ifadəsi kimi qiymətləndirirlər. Bəs, S.Sarkisyan nəyə görə bu addımı atsın? Onun səbəbi ilə bağlı erməni mətbuatı bir arqumenti irəli sürür.
Məsələ ondan ibarətdir ki, E.Şarmazanov 2018-ci ildə baş nazir postuna ölkənin təhlükəsizlik doktrinasını ən yaxşı şəkildə həyata keçirənin yiyələnəcəyini deyib. "Jamanak" bununla bağlı yazır: "Respublika partiyasının mətbuat katibinin sözlərinə qarşı əks arqument gətirmək çətindir. Çünki Ermənistan hakimiyyəti nə qədər keyfiyyətsiz olsa da, onun formalaşmasında əsas amil təhlükəsizlik komponenti olacaq. Həll edilməmiş münaqişəsi və iki qonşu ilə sərhədləri bağlı olan bir ölkə üçün başqa cür ola bilməz" (bax: əvvəlki mənbəyə).
Ermənistandakı siyasi vəziyyət bütövlükdə aydındır. Əvvəla, erməni iqtidarı olduqca çətin situasiyadadır. Yarıtmaz xarici və daxili siyasət ölkəni iflic halına salıb. Belə bir vəziyyətdə hökumətə iqtisadi və siyasi islahatlar apara bilən, idarəetməni şəffaf və demokratik hala gətirən adam başçılıq edə bilməz. Diqqət edirsinizsə, hökumət rəhbərini seçmək üçün əsas faktor kimi təhlükəsizliyi götürürlər. Deməli, demokratiya, insan haqları, iqtisadi islahatların aparılması, xarici siyasətdə barışa və əməkdaşlığa üstünlük vermək yada düşmür. İrəvanın bu kimi sivil məqsədlərlə arası yoxdur. Lakin sözdə rəsmi İrəvan və havadarları daha çox demokratiyadan, insan haqlarından və şəffaflıqdan danışırlar. Yəni bütün bu gəlişigözəl sözlər real acınacaqlı vəziyyəti gizlətmək üçün deyilir.
İkincisi, aydın olur ki, S.Sarkisyanın dərin korrupsiya sistemi ölkədə demokratik idarəetməyə və real iqtisadi-sosial islahatlar aparmağa imkan vermir. Buna görə də hökumətə başçı Respublika partiyasından, yəni korrupsiyanı yaradan siyasi dairədən olmalıdır. Bu keyfiyyətdə isə daha çox S.Sarkisyan fərqlənir. O, hökumətə ya özü başçılıq etməklə, ya da daha optimal variantda prezident qalaraq ən yaxın korrupsiyaçını gətirməklə vəziyyətdən çıxa bilər. Necə deyərlər, "filankəs filankəsin ayağını basmaz". Buna görə də K.Karapetyanın vəzifədən uzaqlaşdırılması mümkündür.
Region təhlükədə: Ermənistan xaos və risk mənbəyi kimi
Nəhayət, başqa bir məqamı da vurğulamaq lazımdır. Ermənistan KİV-i informasiya yayır ki, ölkədən varlı adamlar qaçırlar. Onların sırasında keçmiş baş nazirin yaxın adamları (məsələn, qardaşı) vardır. Onlar özləri bunu siyasi səbəblərlə izah etmirlər. Ancaq fakt faktlığında qalır – bir zamanlar yüksək vəzifə tutmuş və xeyli kapital toplamış adamlar, yavaş-yavaş aradan çıxmağa başlayıblar. Səbəb nədir?
Əsas səbəb ölkənin çox ağır sosial-siyasi və iqtisadi durumda olması ilə bağlıdır. Artıq imkanlı adamlar belə ölkədə vəziyyətin düzələ biləcəyinə ümid etmirlər. Bütün sahələr üzrə böhran getdikcə daha da dərinləşir. Sərmayə qoyub, fəaliyyət göstərmək imkanları da minimumdur. Çünki bütün sferalar hakimiyyətdəki bir qrupun tam nəzarəti altındadır. Onların başı üstündə də Kremldəki havadarları dayanır. Belə bir şəraitdə Ermənistanda varlı olmaq təhlükəlidir, risklidir.
Bunlarla yanaşı, hakimiyyətdə olmuş adamların ölkədən qaçması arxasında onların da korrupsiyaya qurşanması faktı dayanır. Bəzi ayıq oliqarxlar anlayırlar ki, müəyyən müddətdən sonra onları meydana çıxacaq yeni korrupsiya sistemi çökdürə bilər. Bu səbəbdən indidən bütün varidatlarını daha təhlükəsiz olan Avropaya daşıyırlar, sonra da özləri gedirlər.
Bütün bunların fonunda baş nazir Karen Karapetyanın iki dəfə istefa ərizəsi yazmaq istəməsi ilə bağlı erməni KİV-də yayılan informasiyaların təsadüfi olmadığı görünür. Ya doğurdan da, K.Karapetyan çarəsizlikdən canını vəzifədən qurtarmaq fikrinə düşüb, ya da ona dolayısı ilə xəbərdarlıq edirlər ki, sıra sənə də gələ bilər. Hər iki variantda indiki baş nazirin çox pis vəziyyətə düşdüyünü demək olar. Onun siyasi taleyinin necə olacağını yəqin ki, Serj Sarkisyan yox, Kremldəki ağaları müəyyənləşdirəcək.
Yuxarıda ifadə edilən fikirlərin fonunda bir məqam tam aydın olur – Ermənistanda müşahidə olunan sosial, siyasi və iqtisadi böhranın müxtəlif səbəbləri vardır. Bütövlükdə bu ölkədə dövlətçiliyin böhranı meydana gəlib. Bütün sistem iflic vəziyyətinə düşüb. Sözdə parlament idarəetmə sisteminə keçid, reallıqda konkret nəticə verə bilməz. Çünki bütün hallarda demokratik idarəetmə aydın şərtlərin olduğu mühitdə mövcud ola bilir. Burada da inqilabi deyil, liberal transformasiyalar əhəmiyyət kəsb edir.
Ermənistanda korrupsiyanın hakimiyyətin və cəmiyyətin dərinliklərinə qədər işləməsi durumunda hansı şəffaflıqdan, yaxud demokratik idarəetmədən danışmaq olar? Mümkün deyildir, çünki bütün hallarda islahatlar korrupsiya sistemində ilişib qalacaq. Kadrlar da bacarığa, peşəkarlıq və demokratikliyə görə deyil, korrupsiya sisteminin marağına görə həyata keçiriləcək. İndi müşahidə edilən proseslər bunu təsdiq etməyə imkan verir.
Unutmaq olmaz ki, parlament seçkisində uğur qazananlar sırasında "Daşnaksütyun" da var. Daşnakların demokrat olduqlarını heç özləri də deyə bilməzlər. Onların amalları başqadır – terror. Yalnız bu üsulla siyasi məqsədlərinə çata biləcəklərini düşünürlər. Daşnaklar indi hökumətdə daha çox yer tutmağa çalışırlar. Onda yeni hökumət mahiyyətcə kim olacaq – demokrat, yoxsa daşnak! Təbii ki, daşnakların olduğu yerdə demokratiyadan danışmaq gülüncdür Deməli, hökumətdə bir oyun gözlənilir. Bu prosesdə Ermənistan demokratikləşmə və iqtisadi inkişafa deyil, yeni xaos mərhələsinə qədəm qoyacaq.
Bunlardan aydın olur ki, hazırda Ermənistanda müşahidə edilən siyasi hakimiyyət böhranı kifayət qədər ciddi nəticələr verə bilər. Kənardan olan təsirlər və regionda gedən geosiyasi proseslər fonunda Ermənistan hakimiyyətinin olduqca çətin vəziyyətə düşməsinə şübhə yoxdur. Bu isə başqa fəsadlarla yanaşı, Cənubi Qafqazda müharibə riskini artırmış olur. Çünki Sarkisyan rejimi aranı qarışdırmaqla əsas təzyiqləri özündən yayındırmağa çalışacaq. Bunun mümkün əlamətlərindən biri də Dağlıq Qarabağ istiqamətində yeni erməni təxribatlarının olması ehtimalı ilə bağlıdır.
Ermənistan hərbi təxribatlar törətməklə bölgəni xaosa sürükləyə bilər. Bu da öz növbəsində müəyyən qüvvələrin burada daha çox silah və hərbi qüvvə yerləşdirməsinə imkan yaradar. Təbii ki, belə həssas vəziyyətdə münaqişənin ədalətli həllindən söhbət gedə bilməz. Deməli, Ermənistan dövlət olaraq öz mənfur fəaliyyətini davam etdirir.
Newtimes.az
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM