Bu proses son nəticədə Azərbaycanın tam müstəqilliyi və inkişafını təmin etmişdir
Müasir Azərbaycan Respublikasının tarixində elə əlamətdar günlər var ki, onlar tarixin dönüş nöqtəsi kimi qiymətləndirilir. 15 iyun tarixi də həmin əvəzolunmaz günlərdəndir. Ən yeni tariximizin son 24 illik dövrü üçün göstərici rolunu oynayan 15 iyunun bayram kimi qeyd olunmasını labüdləşdirən də onun təkrarsızlığıdır. Dönüb ötən illərə nəzər salanda 15 iyunda baş verən hadisənin dəyəri bir daha sübut olunur. Bu 24 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkədəki sabitlik 15 iyun hadisəsinin baş verdiyinə sevinməyin düzgün və bu günün bayram kimi qeyd olunmasının ədalətli olduğunu bir daha ortaya qoyur.
15 iyun 1993-cü ilə qədər baş verən faciələrlə dolu hadisələri yada salanda da yenə bu tarixi olayın dəyərini bir daha anlayırsan. Ona görə ki, o tarixə qədər baş verənlər Azərbaycanın nəinki həmin dövrü üçün, gələcəyi üçün də sağalmaz yaralar vurmuşdur. Müstəqillik elan olunduqdan sonra ölkənin zorən müharibəyə cəlb olunması, bu xaos vəziyyətində hakimiyyətə can atan qüvvələrin heç bir hazırlıq görmədən müharibə variantından fürsət kimi istifadəsi Azərbaycanın təkcə Vətən övladlarını deyil, Vətən torpaqlarını da itirməsi ilə nəticələndi. Bu itkilər 1988-1993-cü illərdə respublikaya rəhbərlik edənlərin üzaqgörənlik nümayiş etdirməməsindən qaynaqlanırdı. Bunlardan ən faciəlisi Xocalı soyqırımı idisə ən dəhşətlisi Qarabağda millətimizin yenilməzliyinin rəmzi olan Şuşa qalasının süqutu idi. Bu süqutun dəhşəti bundan sonra ermənilərin bütün qoşun növlərini cəlb etməklə müharibəyə başlamasına imkan verən Laçının işğalına, ardınca Kəlbəcərin əldən getməsinə imkan yaratması idi. Bu məğlubiyyətlər Azərbaycanın indi də həllinə çalışdığı çətin vəziyyətlə üzləşdirdi.
1992-ci ildə hakimiyyətə gələn səriştəsiz qüvvələr heç bir təcrübə olmadan müharibəyə girişməklə torpaqların düşmən əlinə keçməsinə şərait yaratdılar. 1992-ci ilin yayında genişmiqyaslı hərbi əməliyyata qərar verilməsi Rusiyanın adamı olan sabiq müdafiə naziri R.Qaziyev və Qarabağdakı qoşunların korpus komandiri S.Hüseynovun müharibə vəziyyətindən özlərini reklam etmək və nüfuz qazanmaq üçün istifadəyə imkan yaratdı. Hətta 1992-ci ilin iyulun 2-də ovaxtkı prezident Ə.Elçibəyin fərmanı ilə S.Hüseynov baş nazirin müavini və prezidentin Qarabağ və ətraf rayonlar üzrə fövqəladə və səlahiyyətli nümayəndəsi təyin edildi. Xüsusi səlahiyyət əldə edən “yun polkovniki” AXC-Müsavat iqtidarının mükafatının əvəzində tezliklə Xankəndiyə girəcəklərini vəd edirdi. Lakin üstündən heç iki ay keçməmiş müdafiə naziri R.Qazıyev və Qarabağ üzrə səlahiyyətli nümayəndə S.Hüseynov cəbhədə təxribat işini gücləndirdilər. Sentyabrın əvvəlində Ağdam cəbhəsində strateji əhəmiyyətli məntəqələr xəyanət nəticəsində itirildi. S.Hüseynovun yüksəlişi isə davam edirdi.
1992-ci ilin oktyabrın əvvəlində S.Hüseynovun Laçın istiqamətində apardığı əməliyyat iflasa uğradı və bunun “mükafatı” lap “yerində” oldu: Ə.Elçibəy oktyabr 1992-ci il tarixli fərmanı ilə onu “Milli qəhrəman” adı ilə təltif etdi. İqtidar S.Hüseynov girovuna çevrilmiş, cəbhədə uğursuzluq getdikcə çoxalmışdı. Qısa fasilədən sonra Ermənistanın silahlı qüvvələri 1992-ci ilin dekabrında Qubadlı və Zəngilan rayonlarının sərhəd kəndlərini ələ keçirdilər. 1993-cü ilin fevralında Ermənistanın ekspedisiya korpusu Ağdərə rayonuna hücuma başladı. S.Hüseynov bölgədəki qoşunları strateji məntəqələrdən geri çəkməklə bu hücuma daha əlverişli şərait yaratdı.
Mart ayında artıq Ağdərənin əksər kəndləri işğal olundu. Daha sonra – 1993-cü ilin aprelində Kəlbəcər işğal edildi. Dövlətə xəyanəti və satqınlığı göz qabağında olan “yun polkovniki” öz sahəsinə qaytarılsa da, artıq iddiaları böyük olan S.Hüseynov faktiki olaraq əlində saxladığı hərbi qüvvələrlə birlikdə nəzarətdən çıxmışdı. AXC-Müsavat hakimiyyəti bu iflası gerçəkləşdirən sonuncu uğursuz addımı atdı – 1993-cü il iyunun 4-də S.Hüseynovun və Gəncə şəhərində bazalaşmış nəzarətində olan hərbi hissənin rəhbərliyinin neytrallaşdırılması üçün əməliyyat həyata keçirildi. Bu hadisə Azərbaycanı vətəndaş müharibəsinə sürükləyə biləcək qədər təhlükəli idi.
Gəncə olayları mövcud iqtidarı tam iflic vəziyyətinə salmışdı. Xalq hakimiyyətdəkilərdən əlini üzüb son ümidini xalqın xilaskarı Heydər Əliyevin dövlət idarəçiliyində görürdü. Artıq xalqın tələbini nəzər almağa məcbur olan səbatsız iqtidar təmsilçiləri o vaxt Naxçıvana rəhbərlik edən Heydər Əliyevə yalvarmağa başladılar. 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Ümummilli lider isə S.Hüseynovun qarşısında əlacsız qalanların yalvarışlarını deyil, Azərbaycan dövlətçiliyini və Azərbaycanın gələcəyini göz önünə alaraq bu addımı atdı.
1993-cü il iyunun 15-də parlamentin fövqəladə iclasında Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Xalqımızın böyük xilaskarı Heydər Əliyevin iyunun 15-də siyasi hakimiyyətə yenidən qayıtdığı gün yaddaşlarda tarixi bir gün – qurtuluşun başlanğıcı, tarixin dönüş günü kimi qaldı. Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli dövlətçilik təcrübəsi, düzgün daxili və xarici siyasəti, müdrikliyi və uzaqgörənliyi Azərbaycanı parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən, ağır siyasi, iqtisadi, hərbi və mənəvi böhrandan qurtardı.
Böyük çətinliklər bahasına görülən bu işlərdən sonra həmin hadisənin tarixi qiyməti verilməliydi. 27 iyun 1997-ci ildə Azərbaycan Milli Məclisi həmin gündən sonra 15 iyun tarixinin Milli Qurtuluş günü qeyd olunması və həmin tarixin qeyri-iş günü olması barədə qərar qəbul etdi. Bununla da 15 iyun Azərbaycanın müstəqillik dövrünün ən əlamətdar və şərəfli günlərindən biri kimi tarix salnaməmizdə layiqli yerini aldı. Artıq 20 ildir həmin gün dövlət bayramı kimi qeyd olunur.
1993-cü ildən sonrakı 24 ilə qısaca nəzər salsaq, bu illərin Azərbaycan xalqı və dövləti üçün həqiqətən böyük yeri olduğunu yəqin edə bilərik. Bəzi üzdəniraqlar həmin tarixdən sonra
cəbhədə baş verən uğursuzluqlar və digər hadisələri (əslində hələ hakimiyyətdən vaz keçmək istəməyən qüvvələrin təxribatlarını) qabardaraq Heydər Əliyevin xidmətlərinə kölgə salmağa çalışsa da, bu faktdır ki, o dövrdə müharibə vəziyyətində olan ölkənin çətin durumdan xilası üçün bütün tədbirlər görülməyə başlandı. Bunun nəticəsi idi ki, cənubda separatçı qüvvələrin zərərsizləşdirilməsindən sonra cəbhədə dönüş yaratmaq işi aparıldı.
1993-cü ilin oktyabrında xalqın tam əksəriyyətinin səslərini alaraq Azərbaycanın Prezidenti seçilən H.Əliyev qısa vaxtdan sonra xalqa müraciət edərək Vətən övladlarını onun müdafiəsinə çağırdı. Bu çağırışa cavab olaraq minlərlə vətənpərvər insan cəbhəyə yollandı və 1994-cü ilin əvvəllərindən cəbhədə dönüş yarandı, Füzuli rayonunda işğal olunmuş bir çox məntəqəsi azad edildi. Azğınlaşmış düşmənə döyüş meydanında layiqli cavab verildikdən sonra ermənilər atəşkəsə razılıq verdilər və 1994-cü ilin 12 mayında Bişkekdə atəşkəs sazişi imzalandı. Dövlətin xilaskarı atəşkəs dövründə ayrı-ayrı qüvvələrə tabe olan dəstələrdən ibarət silahlı qüvvələrdən böyük bir ordu yaratmağa nail oldu. Bu Ordu artıq düşqmənə layiqli cavab verməyə hazır vəziyyətdədir.
Yuxarıda qeyd olunanlar Ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra hərbi sahədə gördüyü işlər barədə idi. Azərbaycan Prezidenti H.Əliyev 1994-cü ildə əldə olunan atəşkəsdən sonra ölkənin bütün sahələrində, o cümlədən iqtisadi sahədə bir çox işlər gördü. Bunlar arasında həmin ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi”, 1995-ci ildə Azərbaycanda dövlət quruculuğu və islahatların başlanması, Azərbaycanda hərbi çevriliş, zor gücünə hakimiyyətə gəlmək ənənəsinə son qoyulması, müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbulu, Milli Məclisə ilk seçkilərin keçirilməsi, torpaq islahatının aparılması, “Əsrin müqaviləsi” çərçivəsində ilk neftin çıxarılması, Azərbaycan neftinin dünya bazarlarına nəqlinin başlanması, ölkədə demokratik və hüquqi islahatların dərinləşməsi, senzuranın ləğvi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinə başlanması, ölkədə ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsi, Azərbaycanın Avropa Şurasına qəbulu kimi tarixi hadisələr var.
1998-ci ildə keçirilən demokratik seçkilərdə yenidən ölkənin prezidenti seçilən Ümummilli lider Heydər Əliyev bu işləri xalqın tam dəstəyi ilə görə bilib. Yəni Azərbaycan dövlətçiliyinin həmin çətin dövrdə qorunub saxlanması, nə qədər çətin idisə, onu sonrakı 10 il ərzində qoruyub saxlamaq daha da çətin və taleyüklü idi. Yuxarıda sadalanan nailiyyətlər sadəcə bir neçə kəlməlik ifadələr deyil, hər birinin altında hazırda həyata keçirilən nəhəng layihələr dayanır.
Görkəmli liderin yaratdığı bu əsərlərin müstəqillik dövründə yenidən hakimiyyətə gələn Ümummilli liderin qayıdışının töhfəsi olduğu üçün qurtuluş, xilas günü kimi 15 iyunun önəmi böyükdür. Parçalanmaqdan, “quzğunlara yem olmaqdan” qurtulan Azərbaycan, demək olar ki, bütün sahələrdə, iqtisadi, siyasi, hərbi, sosial sahələrdə yüksəlişə nail oldu, 2003-cü ildən Ümummilli liderin başladığı bu müstəqil inkişaf yolunu davam etdirən Prezident İlham Əliyev
15 iyunda əsası qoyulan və xalqın xilaskarı Heydər Əliyevin açıq şəkildə bəyan etdiyi həmin amala sadiqdir: “Mən Azərbaycanın müstəqilliyi Azərbaycan xalqı üçün böyük nailiyyət hesab edirəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə sərf edəcəyəm”.
Qaşqay ZİYƏDDİNOĞLU
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM