Dünən axşam saatlarında Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Qara Qarayev prospekti 93 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Musayeva Nişanə Etibar qızı bacısı tərəfindən bıçaqlanıb.
M. Nişanə dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.
Bıçaqlayan şəxsin psixi problemlərinin olduğu bildirilir.//APA