Dua etməyin 10 şərti

19:47 / 18.06.2017

Hədislərimizin buyurduğuna görə, yerinə yetən dua - o duadır ki, hər kəs hansı zamanda olursa-olsun, Allaha dua edər və duası qəbul olar.

Strategiya.az deyerler.org-a istinadən bildirir ki, bu insan duanın şəraitini və ədəbini bildiyi üçün etdiyi duaları geri qayıtmaz, yerinə yetər.

Əgər dua edən evində əyləşib, heç bir iş görmədən Allahdan ona ruzi verməsini istəyərsə, belə bir dua yerinə yetməz.

Əgər kimsə həyat yoldaşından əziyyət və zülm görərsə və əyləşib ağlayar və Allaha dua edərsə ki, onu bu insandan xilas etsin - belə bir dua yerinə yetməz.
Əgər kimsə ahıl yaşında dua edər ki, məni 20 yaşıma qaytar - belə dua yerinə yetməz.
Əgər kimsə dua edərsə ki, Allahım, yerin üzərində olan bütün xəzinələri və mədənləri mənə inayət et - bu dua yerinə yetməz.

Yerinə yetən o duadır ki, orada duanın şəraitlərinə riayət olunsun. Bu duada bəndənin dünya və axirət mənfəətləri təmin olunsun. Onun kamala çatmasına yardım etsin. Həyatını təyyibə həyat qərar versin.
Duanın 10 şəraiti vardır ki, onlara işarə edək:

1. Şərəfli vaxtlara diqqət etsin. O cümlədən: Ərəfə gününə, Ramazan ayına, cümə gününün səhərinə, gecə yarısına... İmam Baqir (ə) buyurur: "Allah hər cümə gecəsində ərşinin yuxarısından gecənin əvvəlindən tutmuş axırına qədər nida edər: "Elə bir mömin bəndə vardırmı ki, Məni fəcrin doğmasından əvvəl dini və dünyası üçün çağırsın və Mən də onu yerinə yetirim? Elə bir mömin bəndə vardırmı ki, fəcrin doğmasından əvvəl tövbə etsin və Mən onun tövbəsini qəbul edim? Elə bir mömin bəndə vardırmı ki, ruzisi daralmışdır və fəcrin doğmasından əvvəl ruzisinin artmasını Məndən istəsin və Məni onu artırım? Elə bir mömin bəndə vardırmı ki, xəstəliyə düçar olar, fəcr doğmazdan əvvəl Məndən istəsin və Mən ona şəfa verim? Elə bir qəmgin məhbus mömin bəndə vardır ki, Məndən azad olmasını istəsin, onu azad edib yolunu açım? Elə bir zülm görmüş mömin bəndə vardırmı ki, fəcr doğmazdan əvvəl Məndən zülmünün dəf olmasını istəsin və zülmkardan intiqamını alar və zülmü dəf edim?"".

2. Duanın yerinə yetdiyi zamanları qənimət bilmək. O cümlədən: yağış yağan zaman, vacib namazları iqamə edən zaman, namazdan sonra, azanla iqamə arasında, oruc zamanı... Əmirəl-möminin (ə) buyurur: "Haqdan istəməyi, ehtiyacsız Mövlaya dilənçilik etməyi və dua etməyi dörd həqiqətin həyata keçdiyi zamanlarda qənimət bilin: Quran oxuyan zaman, azan zamanı, yağış yağan zaman, haqla batil ordusunun qarşılaşdığı zaman". Həzrət Peyğəmbər (s) buyurur: "Bəndənin Allaha yaxın halı - səcdə zamanıdır, ona görə də səcdədə çoxlu dua edin".

3. Üzü qibləyə əyləşib əlləri göyə qaldırmaq. Cabir ibn Abdullah nəql edir: "Allahın Peyğəmbəri (s) Ərəfə günündə Ərəfatda dayananda üzünü qibləyə çevirər və davamlı olaraq dua halında olardı ki, günəş batardı". İmam Sadiq (ə) buyurur: "Bəndə əllərini Cabbar və Əziz Allaha tərəf qaldırmaz, məgər o halda ki, Allah o əli boş qaytarmaqdan həya edər, rəhmətinin fəzlindən hər nə istəsə, dua edənə əta edər. Sizlərdən hər biriniz duaya müvəffəq olarsa, əlini üzünə və başına çəkməmiş geri qaytarmasın".

 

4. Dua edən zaman nə səsi yüksəltmək lazımdır, nə də çox sakit dua etmək lazımdır. Hədislərin birində oxuyuruq ki, insanlar Həzrət Peyğəmbərə (s) tərəf hərəkət edirlər və Mədinəyə yaxınlaşırlar, yüksək səslə təkbir deyirlər. Həzrət (s) onlara buyurur: "Ey insanlar! Çağırdığınız Allah nə kardır və nə də qaib. O kəsi çağırırsınız ki, sizin aranızdadır, miniklərinizin arasındadır". İmam Rza (ə) buyurur: "Bəndənin gizlində etdiyi bir dua, aşkarda etdiyi 70 duaya bərabərdir".

5. Bəndə gərək Allahdan haram istəməsin, qohumluq əlaqəsini kəsməyi istəməsin. Həzrət Peyğəmbər (s) buyurur: "Sizləri dua etməməkdən və yersiz istəklər istəməkdən çəkindirirəm". İnsan gərək dualarında Allahdan dünya və axirət xeyirini istəsin.

6. Duanı zarıltı ilə, yalvararaq etmək. Allahın əzəmətindən qorxaraq və itaətkar qəlblə istəmək. İmam Səccad (ə) buyurur: "Dərgahına, yalvarmaq və zarıldamaqdan savayı mənim üçün nicat yolu yoxdur".

7. Dua edən zaman ciddi olmaq və qəbul olacağına ümid bəsləmək. Həzrət Peyğəmbər (s) buyurur: "Allahı, qəbul olacağına yəqinliyiniz olduğu halda çağırın və bilin ki, Sübhan Allah Haqqın rəhmətinə və qüdrətinə diqqət etməyən, qafil qəlbdən qalxmış duanı yerinə yetirməz".

8. Duanı israrla etmək. Hər bir duanı üç dəfə təkrar etmək. İbn Məsud nəql edir: "Peyğəmbər (s) nə zaman dua etsə idi, üç dəfə dua edərdi və nə zaman Allah Təaladan bir şey istəyərdi, üç dəfə istəyərdi".

9. Dua gərək Allahı mədh edərək və salavat deyərək başlansın, Allahı zikr etmədən və salavat demədən dua edilməsin. İmam Sadiq (ə) buyurur: "Nə zaman sizlərdən biriniz dünya hacətlərini Allahdan istəyirsiniz, Allahı mədh edərək və Peyğəmbərə (s) salavat göndərərək başlasın. Sonra hacətini Allahdan istəsin".

10. Duanın yerinə yetməsinə təsir edən amillər: tövbə, insanların malını özünə qaytarmaq, qəlbin saf və təmiz olması, bədənin itaətkar olması və göz yaşı tökməsi.
Allah Təala bizləri həqiqi dua edənlərdən və duaları qəbul edilənlərdən qərar versin.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM