Arvadının qazancını yeyir... özünə “kişi” deyir: Əsəbizəiflər oxumasın

17:24 / 19.05.2014

“QƏLBİQIRIQ” LAYİHƏSİNDƏ

 Ağ gəlinlikdə qara günlərə yola salınan qadının hekayəti

 

Yaşı 40 olmayıb. Amma çəkdiyi məşşəqətlər 40 ilin acısından da çoxdur. O, dərdlərini danışanda da gülə bilir. Belə anlardakı gülüşün şaqraqlığı olmur. Bu gülüş özünün talesizliyinə gülmək, həyatın acı üzünə ironiyadır.

 

- Mənə kömək edin, - deyə üz tutmuşdu. İki oğlu var, böyüyü hərbi xidmətdədir, kiçiyi isə orta məktəb şagirdidir. Kiçik oğlu ilə gəlmişdi. Özümə sizi simsar bilirəm, qardaşımın, bacımın evinə gəlirmiş kimi gəlirəm bura.

 

Hərbi xirmətdə olan oğlu məzuniyyətə gəlməli idi və nəyə görəsə ləngiyirdi:

 

- Komandirinə zəng vurarsan?

 

- Vuraram,- dedim. Narahat olma, sənin oğlun bişmiş uşaqdır.

 

Eyvanda oturub taleyinin qara günlərini vərəqləyir. Gözləri dolur, dodaqları səyriyir və acı-acı gülür:

 

- İnanmazsan, mənim çəkdiklərimi heç kəs çəkə bilməz… Hər kəsdən gizlin saxlamışam, balalarımın xatirinə dözmüşəm. Mən axı bunlara layiq deyildim.

 

Danışır və başınındakı örpəyin ucu ilə gözlərinin yaşını silir.

Xoşbəxt, atalı günlərini gözümün qabağına gətirir. Çoxlarının həsəd apardığı bir ailənin övladıdır. Qardaşları, bacıları, əmisi uşaqları yaşadıqları bölgənin ən nüfuzlu, tanınan nəsilindəndir.

  

GƏLİNLƏR MƏNİ QARDAŞLARIMA DÖYDÜRÜDÜ 

 

- Başıma daş onda düşdü ki, atam rəhmətə getdi. Gəlinlər mənimlə ayaq-ayağa qoydu. Özləri görəcəkləri işləri mənə həvalə edərdilər. Mən axı heç atamın sonbeşiyi, əziz xələfi idim. Mənim heç bir arzum, istəyim ləngiməmişdi. Məktəbə gedər, evə gələrdim. Kitab oxuyar, ev işlərində nəyi bacaradımsa, anama kömək edərdim. Gəlinlər dəfələrlə məni qardaşlarıma döydürdü. İnandırırdılar ki, onlarla ayaq-ayağa qoyuram. İki böyük qardaşım ayrı olurdu. O biri iki onlardan balacalar isə eyni həyətdə ev tikmişdilər.

 

İstəyənlərim çox idi. Qonşu kəndlərdən də elçi düşənimiz vardı. Amma hələ orta məktəbi bitirməmişdim. Elçilər məyus yola salınırdı. Mənə də gülməli gəlirdi hər şey…

 

İNDİDƏN SEVGİ KİTABI OXUYUR

 

Bir dəfə gəlinlərdən biri mənə iş tapşırdı. Atasıgilə gedəcəkdi. Dedim, edərəm, kitab oxuyuram. Gəlib kitaba baxdı. Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” kitabı idi. Qardaşıma dedi ki, bu indidən sevgi kitabı oxuyur, sonrası nə olacaq?

 

Qardaşım saçımdan tutub sürüdü, döydü. Qardaşlarım qəlbi qara idilər. Özləri ailə qurana qədər çox adamla oturub durduqlarından xoflu idilər. Demək olar ki, hər gün döyülürdüm. Bezmişdim, ağlaya-ağlaya dedim ki, rədd olub gedəcəm:

 

ATANIN GORUNA AND İÇMİŞDİN…

 

- Atamın goruna anda olsun, sizin zülmünüzdən kor, şikəst - kim elçi düşsə ona ərə gedəcəm… Təki, canım qurtarsın…

Elə həmin günün səhəri gəlinlərdən birinin əmisi nəvəsi üçün elçi gəldilər. “Yox” dedim.

 

Gəlin soruşdu: - Bəs atanın goruna and içmişdin, nə oldu?

 

Fikirləşdim ki, necə də olsa, ər evində buradan yaxşı olacaq, razılaşdım.

 

Toyumu çox yüksək səviyyədə keçirdilər. Ata yurdunda qalan kiçik qardaşım məni atalı qızlardan yaxşı yola saldı. Cehizlərim adla deyildi. Amma mən ağ gəlinlik paltarında qara günlərim üçün yola salınırmışam…

  

OĞLUMU QƏNDLƏ ÇAY İÇDİYİNƏ GÖRƏ VURDU

 

- İlk gündən hiss etdim ki, bu, gözlədiyim adam deyil. Hələ iki ayın gəlini idim, məni evin böyük gəlininin ayağına verdi. Dözdüm. 3 ildən sonra kənddə məhlə yeri aldıq. Çiy kərpicdən ikiotaqlı ev tikdik. Öz evimiz olduğu üçün yaxşı olar, fikirləşdim. Amma o, günlərlə işə çıxmazdı. Ac qalardım. Özü gedib anasıgildə, qardaşlarıgildə yeyərdi.

 

Böyük oğlumun 4 yaşı vardı. Çay içirdi. Qəndqabından ikinci qəndi götürüb ağzına apardı ki, çayını içib qurtarsın. Yoldaşım süfrənin qırağında dirsəklənib uzanmışdı. Təpiyi ilə onu arxadan vurdu ki, qəndi az ye. Zərbədən uşağın ağzından qənd yerə düşdü. Gözləri doldu. Gəlib sığındı mənə. 

 

 ARVADLARI QARDAŞLARIMI ƏSİR GÖTÜRMÜŞDÜ

  

Günlərlə ac qaldım. Yaxşı ki, əmimin evi  yaxınlıqda idi. Əmim oğlunun yoldaşı hiss etmişdi ki, vəziyyətimiz ağırdı. Hər gün çörək, çay, pendir, ət, bişirdiyi xörəkdən göndərərdi. Əl tutardı mənə. “Çəkinmə, qardaşının evidir, bu ev”, - deyərdi. Qardaşlarım isə heç gəlib dəyməzdi. Arvadları onları əsir götürmüşdü.

Çox vaxt, evimizdə heç nə olmurdu. Uşağımı ac saxlamırdım. Qucağıma alıb gedirdim ata evimə. Yemək təklif edirdilər, “toxam” deyirdim, elə bir az, uşağa verin. Mənə də yemək çəkərdilər, yeyərdim, gözümə işıq gələrdi. Bir neçə dəfə olmuşdu ki, yeməkləri az olmuşdu. Demişdim, çay içəcəm, yemərəm.

 

 ÜÇ DİLİM QIZARDILMIŞ KARTOF

  

Bir dəfə kartof qızardılmışdı və biz gedəndə naharı qurtarmışdılar. Tavanın qırağında bir-iki qaşıq qalmışdı. Gəlin çəkib oğlumun qabağına qoydu, “ye” dedi. Biz çıxdıq həyətdə oturduq. Bir azdan körpəm də çıxdı. Amma özünü çox narahat hiss edirdi. Mənə işarə elədi ki, bəri keç, evin arxasını göstərdi. Gəlin dedi ki, yəqin uşağın çölə çıxmağı var, gör nə deyir. Balamın ardınca getdim, ətrafa baxdı, əmin olduqdan sonra ki, heç kəs görmür, cibindən qızardılmış üç kartof dilimi çıxartdı:

 

- Ana, al ye, axı sən heç nə yeməyibsən, acsan...

 

 SƏNİ SARAYLARDA SAXLAYACAM

 

Ürəyim partladı az qala. Bağrıma basdım: “Yox bala, mən çöldə yedim, ac deyiləm. Sən onu da gərək özün yeyəydin”.

 

- Ana, qoy böyüyüm, səni saraylarda saxlayacam, - dedi. - Ana-bala ağladıq. Gəlin gəlib bizi hönkürtü içində gördü…

 

Deməzdim ki, yoldaşım işləmirdi. İşlədiyi vaxtlar olurdu. Qazandıqlarını isə qardaşı balalarına xərcləyirdi. Əsgər, tələbə olanları vardı. Gah Hərbi hissənin komandirinə kontur yükləyirdi, gah tələbələrin qiymətini yazdırırdı. Evə arada quru çay, qənd alırdı. Bir də çörək… Bir kisə un alırdı, deyirdi 4 ay çatmalıdır. Əmim oğlunun yoldaşı sabun verirdi, paltar yumaq üçün toz verirdi. Ərim deyirdi, az işlət.

Fəhləliyə gedən qonşu arvadlarına qoşuldum, mən də getdim. Sahədə günəbaxan qırırdıq. Günümüzə 7 manat verirdilər. Gələn kimi pulu alırdı. Özünə kontur alıb qardaşı uşaqları ilə danışırdı.

Yay vaxtı mənə də oğlanlarıma da deyərdi, girin evdə istidə yatın. Özü isə eyvanda miçətkənin içində yatardı. Yayda ağcaqanad çox olardı.

 

 

MƏNİ MƏFTİLLƏ DÖYDÜ

 

Bir dəfə qardaşının samanı döyülürdü. Köməyə getdik. İş qurtardıqdan sonra tozun-torpağın içində qayıtdıq evə. Su qızdırdım, çimdi. Məni qoymadı yuyunam. Tozdan bədənimi qaşınma tutmuşdu. “Tozlu yatacaqsan”, - dedi. Zarafata saldım, yuyunmaq istədim. Məftillə döydü məni. Gecədən keçmiş soyuq su ilə yaxalandım. Səhəri uşaqlarımı götürüb getdim atam evinə. Qardşıma dedim ki, məni incidir, boşanıram. Dedi, bizim nəsildə boşanma söhbəti ola bilməz. Gəlinin o evdən ancaq meyidi çıxa bilər. Qaldım onlarda. Anam da elə bil yadlaşmışdı mənə. Oğul nəvələrinə, gəlinlərinə daha çox diqqət edirdi. Pensiyasını onlara xərcləyirdi.

  

MƏNİ İLAN OLAN OTAĞA SALDI

 

Böyük oğlum məktəbə gedirdi. Ona dəftər lazım idi. Qardaşım almadı, “oxuyub dədəsindən artıq olacaq?” - dedi. Pis oldum. Yenidən gəldim evimə. Bu da anasıgildə qalırmış. Gördüm həyətdə oturub. Uşaqlarla evə keçmək istədim. İlahi, evin içində böyük bir ilan vardı. Qışqırdım. İlan qalxıb fısıladadı. Çölə qaçdım. Dedim, evdə ilan var. Məcbur etdi ki, gir içəri. Girmədim. Yenidən məni məftillə döydü. Qonşu arvadları gəlib məni onun  əlindən aldı. Bunu tənbeh etdilər: “Onun da adamı var, Allahı var, o bilirsən necə adamın usağı olub, niyə döyürsən? Bu qız axı sizin ocağa layiq deyildi…” – dedilər.

 

 ÖZ ARVADIMDIR, NƏ VAXT İSTƏSƏM DÖYƏRƏM

 

Dedi, onun heç kəsi yoxdur, öz arvadımdır, istəsəm döyəcəm. Hay-küyə yaxınlıqda olan əmimin məndən yaşca kiçik iki oğlu da gəldi. Lap kiçik əmim oğlu məni belə görcək, saldı yoldaşımı yumruğun altına. O biri qardaşı da qoşuldu ona. Dedilər, adə, oğraş, biz onun-bunun dalına vedrə bağlayırıq, sən bizim qızımızı döyürsən? Biləndə ki, məni ilan olan otağa salmaq istəyib, iki qardaş yapışdılar bunun qol-qıçından, atdılar ilan olan otağa. Qorxusundan elə qışqırırdı ki! Amma ilan artıq otaqdan yoxa çıxmışdı.

Bir müddət əmim oğlanlarının qorxusundan mənə toxunmadı. Onu məcbur etdilər ki, get işlə. Məni də danladılar ki, bunun bu əməllərini niyə bizdən gizlətmisən?!.

 

 

SAMOVAR ÇAYI…

 

Aclıq gözümə görünmürdü. Artıq vərdiş etmişdik. Bir dəfə həyəti alaqdan təmizləyirdim. Gördüm, qonşudakı gəlin həyətində samovara od salıb. Udqundum. Mədəmdə isti çayın hərarətini hiss etdim. Ay Allah, onlar çay içəcək, samovar çayı... yadıma sala bilmədim, nə vaxt çay içməyimi…  Uşaqlarımı da götürüb getdim əmimgilə. Əmim gəlini əl-ayağa düşdü, çay qoydu, yemək gətirdi, dovğa qoydu stola. Uşaqlarımı doyunca yedizdirdim. Mənə atamdan sonra əmim oğlu ata oldu. Oğlumla məşğul oldu. O da yoldaşı da müəllimdir. Elə uşaqları, gəlini də.

 

 

OĞLUM ƏZABLA BÖYÜDÜ

 

Niyə böyük oğlumdan sarı çox narahatam? O uşaq əzabla böyüdü. Bir dəfə düz bir həftə ac qaldıq evdə. Günorta, axşam, səhər süfrəni açırdım, bir əlcə çörək vardı evdə, qurumuşdu. Qoyurdum süfrəyə. Deyirdim, bala gəl, çörəyimizi yeyək. Gəlirdi, sakitcə otururdu, bir-iki dişləm qoparırdı və “ana doydum” - deyirdi. Bükürdüm çörəyi süfrəyə. Və bu, hər gün təkrar olunurdu. Oğlum hərbiçi olmaq istəyirdi. Hamı gülürdü ona. İnanmırdılar. Amma o prinsipial uşaq idi. İnadcıl idi. 9-cu sinifdən sonra sənədlərini Naxçivanski adına hərbi litseyə verdi. Fiziki hazırlıqdan keçdi, imtahanda yüksək bal topladı. O qədər sevinirdim ki… amma təbrikləri atasına ünvanlayırdılar. Filankəsin oğlu belədir. Arxayın idim ondan. Hökumət paltarını verir, yatmağa yeri var, yeməyi var. Əvvəl-əvvəl çətin oldu uşağa. Sümükləri də ac idi. Amma idmanla müntəzəm məşğul olması, hərbi rejim onu kişiləşdirdi. Müəllimlərinin  komandirlərinin təşəkküründən ürəyimiz açılırdı.

 

 

UŞAĞIN TƏQAÜDÜNƏ GÖZ DİKDİ

 

Balam təqaüdlərinə toxunmamışdı. Kəndə gələn kimi qardaşına velosiped, evə çanaq antenası aldı. Qalanını da verdi mənə: “Ana, qardaşım nə istəsə al. Əlaçı olduğuma görə hamıdan çox mən təqaüd alıram. Xalagil də mənə baxır. Altı-bazar günləri onlara gedirəm. Təqaüdüm yığışıb qalıb”, - dedi.

Yoldaşım işdən evə gələndə velosipedə əsəbiləşdi. Guya uşaq maşının altına düşər. Antenaya isə sevindi. Bütün günü oturdu televizorun qabağında, futbola baxdı.

Uşağın təqaüdünə gözünü dikmişdi. “Əmin uşaqlarına bir hədiyyə, şalvar-köynək al”, – deyirdi.

Öğlumdan təqaüd kartını aldı. Qardaşı balalarına xərcləyirdi. Mən yenə də qoşuldum kənd arvadlarına, çölə kartof yığmağa getdim, mal-heyvan tövləsi təmizlədim.

 

 

QARĞIŞ EDİRDİ

 

 

3 ildən sonra oğlum hərbi litseyi bitirb Hərbi Akademiyaya qəbul olundu. Uşaq vaxtı çəlimsiz xəstə olan balam böyümüş, kürəyi enlənmiş, kişiləşmişdi. Vaxtı ilə balama lağ edən qohumları qızları üçün elçi düşürdülər oğluma. Bu da istəyirdi. Amma oğlum qəti “yox” dedi. Öz oğlu ilə düşmən kimi oldu, ata da oğluna qarğış edər? Arvad kimi qarğış etməyə başladı…

 

Rayonda iş yox idi. Köçdük Bakıya. Şəhərdə yaşayan əmim oğlu var, yoldaşımı işə düzəltdi. Bir az işlədi, kirayə pulunu verdi. Balacanı orta məktəbə qoyduq. Məktəbdə pul-zad lazım olurdu. Vermirdi. Şəhərdəki bacılarım hər ay mənə pul verirdilər ki, məktəbə verək. Böyük oğlumun burada təqaüdü 145 manat idi. Hər ay özünə 15 manat pul götürüdü. Təqaüdü verirdi evə. Elə ki gördü uşağın təqaüdü var, işləmədi. Bu pulnan dolanarıq.

Uşağın kursant yoldaşları vardı. Bayramlarda istirahət günlərində bizə gələrdilər. Elə ki bu işləmədi uşaq xiffət etməyə başladı.

 

- Ana, bizim orda yeməyimiz boldu. Yeyə bilmirəm. Siz acsız axı. Boğazımdan heç nə keçmir.

 

 

30 MANATA GÖRƏ OĞLUM  MƏKTƏBDƏN QOVULDU

 

Balaca oğlum artıq 7-ci sinifdə oxuyur. Böyük uşaqlardı. Bacım, əmim oğlu ona bir-neçə dəfə köynək-şalvar alıb. Ali hərbi məktəbdə oğlumun kəsirləri olurdu. Təkrar imtahanla verirdi. Bəzən pul rol oynayır. Kursantlar öz təqaüdləri ilə müəllimlərlə aranı düzüb-qoşurdu. Müəllimlərin verdiyi bal həmişə aşağı olurdu oğlumda. Amma fəndlərdən aldığı bal hər kəsinkindən üstün olsa da, toplananda kəsiri olurdu. Axrıncı dəfə müəllimin biri ona tam aşağı qiymət yazmışdı və xəbər göndərmişdi ki, 30 manat gətirsin, düzəldim. Uşaq evə gəldi, vəziyyətimizi görüb pis oldu. Atasını kənara çəkib, pul istəyib. Atası qəzəblənib ki, canın çıxsın dərslərini oxu, mənə pulla qiymət alan uşaq lazım deyil. Beləliklə, oğlum imtahanda qruplarında hər kəsdən yüksək balı toplasa da, 1 balı çatmadı. Yeni Müdafiə nazirinin əmri ilə 100-dən artıq kursant müxtəlif kurslardan kəsirlərinə görə məktəbdən kənarlaşdırıldı və hərbi xidmətə yola salındı. Mənim də oğlumun zəhməti hədər getdi…

 

FİNAL

 

Bütün bunlar mənim yaza bildiklərimdir. Bir gənc ananın iztirabları, el qınağına, oğlanlarının tay-tuş yanında atasız kimi tanınmamasına görə dözür, tablayır. İşə düzəlib. Marketdə işləyir. Maaşı ilə kirayədə qaldıqları evin pulunu verir. İndi dolanışığı yaxşılaşıb. Əri isə oğlunun aldığı çanaq antenası ilə futbola baxır, arvadının qazancını yeyir... özünə “kişi” deyir…/axar.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM