Bakıda yanğın qeydə alınıb.
Strategiya.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd “Samsung” markalı kondisioner yanıb.
Ev yanğından mühafizə olunub.
Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.