Rufiz Qonaqov: “Ermənistanın işğalçılıq siyasəti region üçün böyük təhlükəyə çevrilib”

10:45 / 23.06.2017

 

İyunun 22-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri” layihəsi çərçivəsində “Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda ictimai forum keçirib. Forumda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin səfirləri, media, Millət Vəkilləri, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, QHT və KİV rəhbərləri, ziyalılar, tanınmış ekspertlər iştirak edib.

Forumu giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq Rufiz Qonaqov açıb. Tədbir iştirakçılarını salamlayan Rufiz Qonaqov bildirib ki, Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri illərdir davam edir: “Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, dinc qonşuluq prinsipinə hörmət etməsinə rəğmən Ermənistandakı cinayətkar rejim təcavüzkar siyasətindən, işğal planından əl çəkmir. Ermənistanın bu siyasəti illərdir davam edir və nəinki Azərbaycan üçün, eləcə də bütün region üçün ciddi təhlükəyə çevrilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistana, onun rəhbərlərinə xəbərdarlıq edib ki, Azərbaycan bu işğalla barışmayacaq və torpaqlarımız azad ediləcək. Artıq Ermənistan dərk etməlidir ki, bu çağırışa əməl etməklə öz təhlükəsizliyini təmin etmiş olacaq. Əks təqdirdə Azərbaycan öz torpaqlarını azad etmək hüququna malikdir və bu yaxın zamanlarda baş verəcək.

Azərbaycan Respublikasının Prezident Administrasiyasının məsul əməkdaşı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev giriş nitqi edib. O, bildirib ki, Ermənistanın təcavüzkar siyasəti sülhə və əmin-amanlığa hər zaman

təhlükə olub və bu təhlükə indi də davam edir. Lakin Azərbaycan dövlətinin qüdrəti, cənab Prezidentin apardığı siyasət bunu deməyə əsas verir ki, işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək: “Bunu Ermənistanda yaxşı bilirlər ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqı, Azərbaycan Ordusu heç zaman bu işğalla barışmayacaq və bir qarış torpağımız belə düşəmən işğalında qalmayacaq”.

Daha sonra Forumda ayrı-ayrı mövzular üzrə məruzələr dinlənilib.

Milli Məclisin deputatı, professor Elman Nəsirov “Ermənistan-Azəbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi yeni mərhələdə”, Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi”, Qarabağ Araşdırmalar Mərkəzinin sədri, professor Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddialları və hərbi təcavüzünün nəticələri”, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Məmmədov “Ermənistanın işğalçılıq siyasəti, Cənubi Qafqazda təhlükəsizliyi təhdidi edən əsas faktor kimi” Daha sonar “Cumhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov “Ermənistanın isğalçılıq siyasətinin ifşasında media və sosial şəbəkələrin fəalliyəti”, Azərbaycan Respublikası Milli Məclis jurnalının baş redaktoru Ülviyyə Abdullayeva “Qafqazın başı üzərində nüvə kabusu: “Metsamor” Atom Elektrik Stansiyası” Filologiya elmlər doktoru Rövşən Məmmədov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda transmilli informasiya siyasəti” , “Gündəlik Teleqraf” Holdingin rəhbəri Aynur Camalqızı “Ermənistanın işğalçılıq siyasəti: İnformasiya təhlükəsizliyinin təmin olunmasında medianın rolu” İqtisad elmlər doktoru, professor Fikrət Yusifov “Ermənistanın isğalçılıq siyasəti və humanitar fəlakət”, mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzələr bitdikdən sonra Forumda ayrı-ayrı Panellər üzrə müzakirələr davam etdirilib.Müzakirələrdə Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi xüsusi vurğulanıb. Bildirilib ki, dünya ölkələri Ermənistanı

təcavüzkar dövlət kimi tanıyır və işğalçıdan bu məkrli siyasətindən əl çəkmək tələb olunur. İllər öncə açıq şəkildə deyilməyən işğal faktı indi birbaşa deyilir. Ona görə də bu proses yeni bir mərhələyə qədəm qyub. Ölkəmiz diplomatik sahədə də Ermənistandan da üstün mövqeyə malikdir. Ermənistan bilməlidir ki, sərhədlərin dəyişdirilməməsi prinsipi, ali prinsipdir və işğalçı bütün mümkün vasitələrlə Azərbaycan torpaqlarından qovulacaq.

Vurğulanıb ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycan üçün deyil, həm də regionumuz üçün də təhlükə olaraq qalır. Cənubi Qavqaz regionu böyük iqtisadi layihələrin əhatə etdiyi regiondur. Lakin Ermənistanın hərbi təcavüzü bu layihələrə də təhlükə yaradır. Ermənistan faktiki olaraq regionda sülhü pozan, xalqlar arasında qarşıdurma yaradan bir subyektə çevrilib.

BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar, aparıcı dövlətlər də daxil olmaqla bir çox ölkələr Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın torpaqlarını azad etməyi tələb edən qərar və qətnamələr qəbul edib.

Müzakirələrdə “ Metsamor” Atom Elektrik Stansiyasının region üçün böyük bir təhlükə mənbəyi olduğu, bu stansiyanın bağlanması üçün aparılan kompaniya. Ermənistanın regionda humanitar fəlakətə aparan addımları, informasiya müharibəsi sahəsində görülən işlər ətrafında çıxışlar edilib.

Daha sonra məruzələr ətrafında çıxışlar və ayrı-ayrı panellərdə müzakirələr keçirilib. Müzakirələr də Millət Vəkilləri Sahib Alıyev, Flora Qasımova, Qənirə Paşayeva, QAT sədri Akif Nağı, Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, politoloq Mübariz Əhmədoğlu, xarici ölkələrin səfirləri, professor Qüdrət İsakov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və digər ekspertlər, Forum iştirakçıları təkliflərlə çıxış ediblər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM