“Vəzifədən gedəcək məmurların siyahısı ...“

13:05 / 20.05.2014

Strategiya.az Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin aktual.az-a verdiyi müsahibəni təqdim edir

- Elşən müəllim, son günlər Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstarın Azərbaycan hakimiyyəti ilə bağlı verdiyi dolaşıq açıqlamaları hansı səbəblərlə bağlayırsız: sizcə bu Vaşinqtondan gələn təlimatdır, yoxsa səfirin şəxsi düşüncələrimi?

- Əvvəla, əgər söhbət şəxsi düşüncədən gedirsə, o zaman ondan başlayaq ki, səfir də daxil diplomatik korpusun istənilən nümayəndəsi həmin düşüncələri bəlli bir çərçivəni gözləmədən bəyan etməkdə, bölüşməkdə sərbəst deyil. Ola da bilməz! Niyə ola bilməz? Ona görə ki, adamın adı üstündə - Səfir! Yəni təmsilçi. Və ya Morninqstar Azərbaycana turist ya da siravi Amerika vətəndaşı olaraq deyil, diplomatik missiyanın nümayəndəsi, daşıyıcısı olaraq gəlib. Diplomatik fəaliyyətin təyinatı, səlahiyyət çərçivəsi və bu kimi sair-ilaxırlarsa daxili qanunvericiliyin, eyni zamanda Beynəlxalq Konvensiyaların tələbləri ilə müəyyən olunur. Həm də konkret göstərişlərlə. Və mən bildiyim qədər də həmin göstərişlər cənab səfirin son bəyənatları ilə tam ziddiyyət təşkil edir.

O ki qala, Vaşinqtondan hər hansı bir təlimat alma məsələsinə, düşünürəm ki, bu barədə az da olsa fikir yürütmək olar. Amma o mənada yox ki, tutaq Qərbin Azərbaycanla bağlı hər hansı bir planı var və s ilaxır. Qətiyyən. Sadəcə məsələ burasındadır ki, okeanın o tayında oturanlar bəzən özlərində hansısa sığortalayıcı addımların atlılma zərurətini hiss edirlər. Bu Rusiya faktoru ilə də bağlı ola bilər, digər səbəblərlə də. Ya da ümumən səbəbsiz. Əlqərəz, ortalıqda bəlli bir kriteriya yoxdur ki, barı o həndəvərdə baş sındırıb təfsilatlı bir qənaət hasil edəsən. Amma mövzunun bir də qaranlıq tərəfi var və həmin qaranlıq məqam bilirsinizmi özünü nədə ehtiva edir? – Qarşı tərəfin anlaşılmaz, abstrakt mərkəzdənqaçmalarında! Və ya fikrimi bu cür izah edim: bəzən dövlətə də, hakimiyyətə də, vətəndaş cəmiyyətinin ixtiyari bir nümayəndəsinə də, hətta mətbuatdan, ictimai-siyasi proseslərdən azacıq məlumatı olan siravi vətəndaşa da maraqlı gəlir ki, tutaq məsələn Morninqstarın “Azadlıq” radiosuna günün günorta çağı, durduq yerdə qıcıqlandırıcı müsahibə verməsinin səbəbi nə idi? Ya da belə deyək: Adam nə demək istəyib, amma deyə bilməyib? Bəlkə ümumiyyətlə heç nə demək istəməyib, sadəcə qaş düzəltmək istəyərkən vurub göz çıxarıb? Hər halda hər şeyin dəqiqliyini və təfsilatını cənab səfirin özü bilir.

- Amma yəqin razılaşarsınız ki, haqqında danışdığımız müsahibənin məzmunu sıradan bir xarakter daşımırdı.

-Tamamilə haqlısız. Çox böyük ehtimalla bu müsahibə öncədən razılaşdırılmışdı. Hətta güman edirəm, sualları belə səfir “Azadlıq”ın studiyasına özü ilə bərabər gətirmişdı. Yəni bu müsahibədən çox monoloq xarakterli idi.

- Konkret səbəb haqda mülahizələrinizi bölüşmədiniz.

- Bu dəmdə bilirsinizmi yadıma nə düşdü? Anadolu türklərinin gözəl bir aforizmi: “Bayram deyil, seyran deyil, eniştem beni nədən öpdü”? Bax səfirin qəfil müsahibəsi də mənə həmin söhbəti xatırlatdı. Və bir daha təkrar edirəm: Təbii, səbəbsiz heç nə yoxdur. Fəqət, kaş o səbəbləri səfirin öz dilindən eşidib biləydik ki, dil altda “mus-mus” eləməyin məram və məqsədi nədir.

- Morninqstar Azərbaycan hakimiyyətinin monolit olmaması haqqında da fikir yürüdüb...

- Məncə səfirin bu fikrinə ən tutarlı cavab, eyni zamanda həmin ittihamın fonunda ən bariz görk 20 illik bir müddətdə öz monolitliyinə toz belə qondurmayan hazırki hakimiyyətin, mövcud iqtidarın varlığıdır.

- Amma mətbuat illərdir daxili çəkişmələrdən yazır və iddia olunur ki, bu monolitlik sadəcə görüntü xarakterlidir. Yəni komandada ümumi qaydalara tabe olmayan yetərincə məmur var.

- Kökündən yalnış fikirdir.

- Həm də, bəzən sizin özünüzün belə üzərinə gedib konkret məsələlərdə ittiham etdiyiniz məmurların var olmasına rəğmən, eləmi? 

- (gülür) Elədir...

- Və ya?

- Dövlətə və vətəndaşa xidmət etməyən məmur enində - sonunda öz cəzasını alır. Həm də həmin haqqında danışdığımız monolitliyə zərər vurma fürsəti qazanmadan.

- Həmin məmurlardan bir neçəsinin adını çəkə bilərsiz?

- Mən öz müsahibələrimdə və açıqlamalarımda onların adlarını yetərincə çəkmişəm.

- Yaxşı bəs ideal, hesab etdiyiniz məmur varmı?

- Kifayət qədər.

- Bu sırada necə, ad çəkə bilərsiniz?

- İşinin peşəkarı olan hər kəs həmin sıradadır. Və mən sizə bir məqamı da deyim: Baxın, illərdir siyasətdəyəm, az-çox tanınıram və s ilaxır. Amma inanın, bəzən mən özüm tutaq hansısa məmura rahat bir formada sözümü və ya fikrimi deyə bilmirəm. Həmin adamla kontakta çıxa bilmirəm. Özlərini elə aparırlar, sanki alçaq dağları bunlar yaradıb. Və həmin anda dərhal, qeyri-ixtiyari düşünürəm ki, əgər üzdə olan birinə qarşı bu münasibət varsa, o zaman vay olub həmin məmurun qəbuluna gələn ya da ona işi düşən digərlərinin halına. Tam ciddi sözümdür. Hətta fakt da deyim sizə. Məsələn, mən rəsmi dövlət qeydiyyatlı bir partiyanın rəhbəri olmama rəğmən 10 ildir hörmətli Kərəm Həsənovdan rəhbərlik etdiyim təşkilata - həmin təşkilatın qanuni haqqı olan, daha dəqiqi dövlətin ona ayırlmalı olduğu qərərgahı ala bilmirəm. Və əgər belə bir durum mənim başıma gəlirsə gəlin hamımız oturub təsəvvür edək ki, Kərəm müəllimin idarəsinə iş dalınca gedən bir başqaları hansı əziyyətləri çəkir. 

- Sualım - sizin ideal hesab etdiklərinizlə bağlı idi, amma...

- İmkan verin, fikrimi bitirim. Sözümü ona gətirirdim. Mən ümumiyyətlə nə yaşadığımız həyatda nə də fərdi, subyekti olduğumuz cəmiyyətdə ideal anlayışını geniş mənada özümə yaxın buraxan insanlardan deyiləm. Bunun da çox ciddi səbəbləri var. Və təbii, o səbəbləri burada xırdalamayacam. Amma eyni zamanda bütün bu söylədiklərimlə bərabər, şəxsən mənim anlamımda, düşüncəmdə, ürəyimdə peşəkar, işini bilən, millətini sevən, öz dövlətinə gərəkli olan və ələlxüsus insanlığını, şərəfini, kişiliyini qorumağı bacaran məmurların da ayrı bir tablosu var. Onların isə hər bir ilə həm şəxsi anlamda, həm siyasi fərd olaraq, həm də bir vətəndaş kimi qürur duyuram. Bax, bayaq - dediyim fikirlərin tam əks qütbündə durduğunu düşündüyüm məmurdan misal çəkdim. Qoy bir bir ad da bu tərəfdən çəkim: Məsələn, Əli Həsənov. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri. Vəzifəsinə də, ağlına da, şəxsiyyətinə də görə çoxlarını geridə qoyacaq biri. Amma inanın, mən o insanla münasibətimdə bir dəfə də olsun subardinasiya xatırlatması hiss etməmişəm. Yəni o da böyüklüyünü bu cür göstərib. Bəzən hətta elə olub, bu qədər işin-gücün sahibini adi bir səbəbdən tez-tez narahat etdiyimin gec də olsa fərqinə varmışam. Fəqət, tam səmimi deyirəm: o insan hər dəfəsində öz böyüklüyünü göstərmiş olsa da, bir dəfə də olsun mənə öz kiçikliyimi xatırlatmayıb. Bax bu cür insanları qorumalıyıq. Həm vəzifəsinə, həm böyüklüyünə, həm də kişiliyinə sahib çıxanları. Və bu sözlərimi kim necə qəbul edəcəksə, etsin. Mən sadəcə içimdən gələnləri deyirəm.

- Elşən müəllim, son günlər dövri mətbuat hakimiyyət düşərgəsində ciddi kadr dəyişikliklərinin olacağı ilə də bağlı davamlı anonslar verir. Sizcə belə bir gözlənti varmı?

- Hakimiyyət komandasından gedəcək, ya da həmin komandaya gələcək məmurların adı və siyahısı yalnız Cənab Prezidentə məlumdur. Odur ki, indi və bundan sonra deyiləcək, söylənəcək, yürüdüləcək bütün ehtimallar ta ki, reallaşmayana qədər elə ehtimal olaraq da qalacaqdır.

- Və nəhayət, son sual: özünüzü məmur olaraq ciddi bir postda görürsünüzmü?

- Hesab edirəm ki, bir insanın özü haqqında müştəbeh danışmasından və özünü hardasa görməsindən səfeh bu həyatda heç nə ola bilməz...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM